Yol polisindən vəzifəli şəxslərə xəbərdarlıq: “Day-day” dövrü bitdi
Sosial
Oxunub: 458
26 okt 2017 | 12:41
Yol polisindən vəzifəli şəxslərə xəbərdarlıq: “Day-day” dövrü bitdi













Artıq bir müddətdir ki, mediada bəzi yüksək vəzifəli şəxslərin, məmurların xidmətində olan avtomobillərin yol hərəkəti qaydalarının əməl etməmələri, yol polisi tərəfindən yazılmış cərimələri ödəməmələri barədə məlumatlar yer alır.

Məsələ ilə bağlı milli.az-ın sorğusunu cavablandıran Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib ki, ötən 5 ildə Bakıda baş verən yol qəzalarının, eləcə də ölən və xəsarət alanların sayı getdikcə azalır. Hətta ötən illə müqayisədə inzibati məsuliyyətə cəlb edilən sürücülərin də sayında azalma müşahidə edilib. Bütün bunlar isə qanunvericilikdə edilən dəyişiklər və yol polisi tərəfindən görülən tədbirlər nəticəsində əldə olunub:

"Bu o deməkdir ki, yol polisi yerindədir, işləyir, həmçinin, tətbiq edilən cəzalar və onların təsir mexanizmi müsbət nəticələr əldə etməyə imkan verir. Hadisələr, ölən və xəsarət alanlar azalırsa, bu yaxşıya doğru dəyişiklik deməkdir. Konkret faktlar üzrə tərəfimizdən qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülür. Əgər İnzibati Xətalar Məcəlləsində vəzifəli, yaxud hüquqi şəxslərin cərimələnməsi nəzərdə tutulubsa, birmənalı olaraq bu barədə protokol tərtib edilir. Artıq "mən filankəsəm, məsuliyyətə cəlb edilə bilmərəm” söhbəti yoxdur.
Bu gün paytaxt ərazisində, ümumiyyətlə, ölkədə yollarda tətbiq edilən müasir texnologiya, yol polislərinin istifadə etdikləri yeni texniki vasitələr artıq "day-day”, "filankəsəm”, "dosta zəng” kimi şeyləri tanımır”.

Bölmə rəisi qeyd edib ki, qanun kimliyindən, peşəsindən və vəzifəsindən asılı olmayaraq hamı üçün eynidir: "Əgər mən özüm yol polisi polkovniki olaraq şəxsi avtomobilimi könüllü sığortalayıramsa, onu vaxtında texniki baxışdan keçirirəmsə, bunları həm qanunlara hörmət naminə, həm də cərimə ödəməmək üçün edirəm. Bunu ona görə etmirəm ki, kimdənsə qorxuram. Xeyr, sadəcə qanun deyir ki, bu belə olmalıdır. Hamı bilir ki, avtomobil sığorta olunmayanda, texniki baxışdan keçməyəndə, sürücü kəməri taxmayanda müasir texnika və texnologiyanın tətbiq edilməsinin nəticəsində avtomatik məsuliyyətə cəlb edilir.

Artıq milli xüsusiyyətimiz, mentalitetimizlə bağlı təhlükəli vərdişlər yavaş-yavaş unudulur. Bizdə də yol hərəkəti mədəniyyəti getdikcə formalaşır. Təhlükəsizlik kəmərini taxanların sayı gün-gündən artır. Vaxtilə işıqforun qırmızı işığında keçənlər özünü qəhrəman hesab edirdisə, indi açıq-aşkar başa düşür ki, bu qəza deməkdir. Vaxtilə sükan arxasında mobl telefonla danışmaq dəb idisə, indi buna görə yüksək məbləğdə cərimə olunduğunu anlayıb etmirlər. Vaxtilə sərxoş vəziyyətdə avtomobili idarə edənlər kiməsə və ya nəyəsə arxalanırdısa, indi statistik göstəricilər onu deməyə əsas verir ki, kimliyindən asılı olmayaraq belə hal aşkarlanırsa, o, qanun qarşısında cavab verməli olur.
Bir daha bəyan edirəm ki, indiki dövrdə "dosta zəng” və ya "görmədim”, "bilmədim”, "filankəsəm” kimi ifadələrin işlədilməsi keçərli deyil!”.
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ