SAHIBKAR ULU ÖNDƏRIN QƏBRINDƏN KÖMƏK ISTƏDI VIDEO
Sosial
Oxunub: 1 728
29 okt 2017 | 21:59
SAHIBKAR ULU ÖNDƏRIN QƏBRINDƏN KÖMƏK ISTƏDI VIDEO















İki oğlu həbs təhlükəsi ilə üz-üzə qalan ana, böyrəklərini satışa çıxardır





İsmayıl Hüseynov: “1993-cü ildən bu günə kimi sırf Əliyevçi olmuşam və bugünkü siyasi hakimiyyətin yürütdüyü daxili- xarici siyasəti, imkanım daxilində də dəstəkləmişəm”

Bir neçə gün bundan əvvəl Tovuz rayonu Qovlar qəsəbəsi K.Məmmədov küçəsi ev-49 ünvanda yaşayan Hüseynov İsmayıl Qara oğlu, 2013-cü ildən üz-üzə qaldıqları problemlərlə bağlı redaksiyamıza lazımi məlumatları redaksiyamıza çatdıraraq bildirdi ki, “mən 1976-cı ildə “Arsenal” kiçik müəssisəsini yaratmışam və uzun illər idi ki, rayonun adı çəkilən qəsəbəsində, digər ərazilərində həm əkinçiliklə, həm də heyvandarlıq təsərrüfatı ilə məşğul olurdum. Həyat yoldaşım Lətifə Hüseynova isə, toxumçuluq təsərrüfatı ilə məşğul olmaqla bərabər, eyni zamanda “Arsenal” firmasında direktor müavini vəzifəsini də daşıyır. Onu da vurğulayım ki, mən bu gün Tovuz rayon Sahibkarlar Şurasının sədri, “Arsenal” fermer təsərrüfatının direktoru, eyni zamanda Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının da həqiqi üzvüyəm. 1993-cü ildə mərhum prezidentimiz Heydər Əliyev yenidən siyasi hakimiyyət kürsüsünə qayıdarkən beş qurban kəsdim və olduqca da sevindim. Çünki, mən sırf Əliyevçiyəm. 1998-ci ildə PA-da sahibkarlarla keçirilən görüş zamanı, digər sahibkarlarla bərabər mən də mərhum prezidentimiz Heydər Əliyevlə görüşə bildim. O, həmin vaxt bir çox firmaların istehsal etdikləri məhsulların, o cümlədən mənim də rəhbərlik etdiyim firmanın istehsal etdiyi məhsulların tamını daddı və olduqca da bəyəndi. Həmin görüşdə mərhum prezidentimiz sual etdi ki, “nə kimi problemləriniz var?” Yalnız kredit pulla bağlı problemim var deyə sualını cavablandırdıqda, onun cavabı o oldu ki, “tapşıraram, problem həllini tapar”. Bəli, bu belə də oldu. Mərhum prezidentimiz Heydər Əliyevin tapşırığı əsasında, təqribən bir ay ərzində mənə güzəştli şərtlərlə, yəni 6%-lə 100 min manat kreditə pul verdilər. Həmin kredit pulla heyvandarlıq təsərrüfatımda 5 min qoyun-quzuya, 500 iribuynyzlu mal-qaraya sahib oldum və əkinçilik təsərrüfatımı xeyli genişləndirdim. Təsərrüfatımda təqribən 28-30 nəfər işçi işləyirdi ki, onlar belə bir yolla ailələrini saxlayırdılar. Əldə etdiyim nailiyyətlərlə bağlı AZTV-nın “Kənd həyatı” proqamında bir neçə dəfə çıxışlarım oldu və gələcəkdə atacağım addımlarla bağlı açıqlamalar da söylədim. Ulu Öndər dünyasını dəyişdikdən sonra, təsərrüfatımı Tovuz rayonunun Gürcüstan Respublikası ilə sərhəd ərazisinə “Ceyrançöl”ə köçürdüm və həmin ərazidə 2 min ha torpaq sahəsini icarəyə götürdüm. Amma çox keçmədi ki, yerli vəzifə sahibləri var-dövlətimi ələ keçirmək məqsədilə mənə qarşı hücumlarını intensivləşdirdilər və fermalarımı, torpaq sahələrimi müxtəlif yollarla əlimdən aldılar. Belə bir addımların atılmasında, yerli hüquq-mühafizə orqanı əməkdaşları xüsusi rol oynadılr.

Bütün bunlara baxmayaraq, bu gün də mövqeyimdən çəkinmirəm və haqlı mübarizəmi yenə də davam etdirirəm. Çünki, 1993-cü ildən bu günə kimi sırf Əliyevçi olmuşam və bugünkü hakimiyyətin yürütdüyü daxili- xarici siyasəti imkanım daxilində də dəstəkləmişəm. Öz-özümə sevinirəm ki, möhtərəm prezidentimiz cənab Ilham Əliyevin namizədliyi ilə bağlı məsələ müzakirə olunan zaman, mən respublika “Təşəbbüs qrupları”ndan birinin rəhbəri olmuşam.

Amma, bu gün məni və ailəmizi narahat edən digər ciddi bir problem var ki, o da iki oğul övladımızın qanunsuz həbs təhlükəsi ilə üz-üzə qalmalarıdır. Oğul övladlarımdan biri Rahib Hüseynov 2013-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC-də şöbə müdiri işləyirdi. Tovuz RİH-nin başçısı Tofiq Zeynalovun oğlu Qoşqar Zeynalovun yazmış olduğu şikayət ərizəsi əsasında, onunla bağlı 2013-cü ildə DİN-nin Mütəşəkkil Cinəyatkarlıqla Mübarizə Baş İdarəsində cinayət işi açılmış və oğlum Rahib Hüseynov 11 ay müddətinə həbsdə saxlanmışdı. Bir qədər vaxt keçdikdən sonra isə, başlanmış cinayət işinə xitam verilmişdi. Çünki, aparılan araşdırmalar zamanı bəlli olmuşdur ki, Rahib Hüseynovla bağlı şikayətin əsasını sırf mülki məsələ təşkil edir. Onu da vurğulayım ki, şikayətçi Qoşqar Zeynalov 20 fevral 2014-cü il tarixdə MCMBİ-də verdiyi izahatında, onun Rahib Hüseynova qarşı hər hansı iddia tələbinin olmadığını da qeyd edib. Amma bu gün hər iki oğlum heç bir günahları olmadan, yenə də həbs olunmaq təhlükəsi ilə üz-üzə qalıblar.

Açıq-aydın şəkildə bildirim ki, hər iki oğlum Qoşqar Zeynalov və Elnar Əsgərov arasında əmələ gələn və hələ də həllini tapmayan yüksək məbləğdə pul mübahisəsinin qurbanı olublar. Çünki, həmin illərdə Elnar Əsgərova pul lazım olub və o, ona bu və ya digər yollarla bağlı olan Qoşqar Zeynalovdan telefon vasitəsilə pul istəyib. Elnar Əsgərov da Rahib Hüseynovu pulu alıb ona çatdırmaq üçün, onu Qoşqar Zeynalovun yanına göndərir və oğlum ona verilmiş pulu götürdükdən sonra hamısını Elnar Əsgərova çatdırır. Bütün bunlara baxmayaraq, Qoşqar Zeynalov Elnar Əsgərova vermiş olduğu pulları tam ala bilmədiyi üçün, 2016-cı ildə DİN-nə təkrar şikayətini ünvanlayır və qeyd edir ki, guya oğlum Rahib Hüseynovun ona 7 milyon dollar pul borcu var. Belə bir səbəb üzündən də, o, oğlumu həbs etdirmişdi.

Kiçik oğlum Emin Hüseynov isə RF-nın Astana şəhərinə işləməyə getsə də, Qoşqar Zeynalov onunla da bağlı iddia qaldırdı və guya kiçik oğlumun da ona 1,5 milyon dollar pul borcu var. Beləliklə, İnterpolun vasitəsilə onu saxlatdırıb həbs etdirmişdi. Baxmayaraq ki, bu gün Emin Hüseynov da azadlığa çıxıb, amma yenə də həbs təhlükəsi ilə üz-üzədir. Bizim ailə bir müddətdir ki, belə bir durumu yaşamaqdadır. Aparılan araşdırmalar bitərəfli aparılır, tərəflər istintaqa cəlb olunmurlar. Ünvanladığım ərizə və şikayətlərimə isə, aidiyyəti qurumlar məhəl qoymurlar. Çünki, hər iki oğlumu həbs etdirən şəxslərin arxa-dayağı güclü olduğundan, biz nəsə edə bilmirik. Həyat yoldaşım Lətifə Hüseynova bir ana olaraq belə bir dərdə heç cür dözə bilmir. Artıq o, məcburdur ki, hər iki böyrəyini satışa çıxartsın və əldə olunan pulları övladlarımızın guya borclu olduqları şəxslərə olan borc pulların ödənilməsinə yönəltsin”.

Bəli, səslənən ittihamları əsas götürərək bunları Hüseynovlar ailəsinin faciəsi, düşdükləri dözülməz dərdin varlığı kimi qiymətləndiririk. Amma, bir media qurumu olaraq həyata keçirilən həbs motivini, tərəflər arasında yaşanan problemlərin varlığını və yaşanan digər olayları bundan sonra da diqqətdə saxlayacağıq. Açıqlamada adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb