Efir məkanında yaş məhdudiyyətlərinin qoyulması qaydaları açıqlandı
Sosial
Oxunub: 483
30 okt 2017 | 09:29
Efir məkanında yaş məhdudiyyətlərinin qoyulması qaydaları açıqlandı














“Milli Televiziya və Radio Şurası (MTRŞ) uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, mənəvi və əqli inkişafına ziyan vura bilən və televiziya məkanında kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlardan qorunması üçün daimi monitorinqlər aparır və müvafiq tədbirlər həyata keçirir”.
Bunu Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

T.Dadaşov bildirib ki, tele-radio haqqında qanunvericilikdə konkret tələblər var ki, televiziya kanalları o tələblərə riayət etməlidir.
Onun sözlərinə görə, uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, mənəvi və əqli inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün xüsusi qaydalar var: “Bu qaydalarda bir çox məsələlər öz əksini tapıb ki, bunların da məqsədi uşaqların və yeniyetmələrin mənafeyini qorumaq üçün nəzərdə tutulub. Efirdə fiziki və psixi zorakılıq hallarının əks olunduğu səhnələrin, qorxulu və dəhşətli filmlərin yer alması, tibbi əhəmiyyət kəsb edən əməliyyatların, hipnoz əməliyyatların, kriminal fəaliyyəti, spirtli içkilərin, narkotik vasitələrin, tütün məmulatlarının istifadə edilməsinin əks olunduğu səhnələrin yayımlanması, qumar oyunlarının, idman mərc oyunlarının təbliği ilə bağlı olan və digər məsələlər bu qaydalarla tənzimlənir. Bizim tez-tez rast gəldiyimiz məsələ bu halların qeyd olunduğu səhnələrin yayımı efirdə məhdudlaşdırılır. Bu məhdudlaşdırma səhər saat 07:00-dan axşam saat 23:00-ə qədər müddətdir. 12+, 18+ və digər yaş məhdudiyyətlərinin qoyulması isə televiziyaların daxili yaradıcılıq işidir”.

T.Dadaşov qeyd edib ki, əgər yuxarıda qeyd olunan hallar aşkar olunursa, MTRŞ tərəfindən bununla bağlı müvafiq tədbirlər görülür: “Qeyd edim ki, əvvəlki dövrlərdə belə hallara tez-tez rast gəlinirdi. MTRŞ bununla bağlı müvafiq tədbirlər görüb, cərimələr edirdi. Son vaxtlar bu məsələlər müəyyən qədər azalıb, amma yenə də bu o demək deyil ki, belə hallar tam aradan qaldırılıb. MTRŞ daimi monitorinqlər keçirir və bunları izləyir”.
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi