BAX bunu heçkim gözləmirdi - “Sabah bu insanlar necə pensiya alacaqlar?” – BAX BUDA SON
Sosial
Oxunub: 4 220
1 noy 2017 | 00:59
BAX bunu heçkim gözləmirdi - “Sabah bu insanlar necə pensiya alacaqlar?” – BAX BUDA SON











“Sabah bu insanlar necə pensiya alacaqlar?” – DEPUTATDAN ÇAĞIRIŞ

Deputat Qənirə Paşayeva Milli Məclisin bugünkü iclasında çıxış edərək əmək müqavilələri olmadan çalışan və ya əmək müqaviləsində əmək haqları az göstərilən işçilərin pozulan hüquqlarının müdafiəsi istiqamətində ciddi işlər görülməli olduğunu deyib.

Oxu.Az Şərq.az-a istinadən xəbər verir ki, bu gün Milli Məclisdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklərin edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı çıxış edən millət vəkili Qənirə Paşayeva qanun layihəsində bir sıra vacib məsələlərin öz əksini tapdığını və onları dəstəklədiyini bildirməklə yanaşı qısa zamanda müəssisələrdə, şirkətlərdə əmək müqavilələri ilə bağlı problemlərin də öz həllini tapmasının vacibliyini bildirib:

“Təbii hamımız istəyirik ki, sahibkarlıq daha da inkişaf etsin. Çünki iqtisadiyyatın inkişafı, iş yerlərinin açılması üçün bu çox vacibdir. Hamımız sahibkarla qarşı süni maneəler, qanunsuz yoxlamaların əleyhinəyik, amma sahibkarlar tərəfindən işçilərin hüquqlarının pozulmasının da əleyhinəyik. Bu gün özəl sektorda əmək müqaviləsi olmadan çalışan və ya əmək haqları əmək müqaviləsində az göstərilən insanların sayı az deyil. Sabah bu insanlar pensiyaya çıxanda necə olacaq? Necə pensiya alacaqlar? Yaşlananda heç olmasa özlərinə yetə biləcək pensiya ala bilməkdən məhrum olacaqlar və bu dövlət üçün ciddi bir problem olacaq. Unutmamalıyıq ki, biz pensiya təminatı ilə bağlı fərdi uçot sisteminə keçmişik, yəni hər bir insan öz əmək haqqında DSMF-na nə qədər vəsait ödəyibsə, ona müvafiq də pensiya alacaq.

Əmək müqaviləsi olmadan çalışan insanların əmək müqavilələri və buna müvafiq olaraq DSMF-na ödəmələri olmadığı üçün gələcəkdə onların pensiyaları sual altında qalacaq və ya əmək müqaviləsindəki əmək haqqı gerçək əmək haqqından az göstərilənlər gələcəkdə o az əmək haqqına görə pensiya alacaq və yüzlərlə insanın gələcəyi böyük təhlükə qarşısında qala bilər. Ona görə də əmək müqaviləsi olmadan və ya əmək haqqını sənədlərdə real əmək haqqından az göstərən, işçi çalışdıran şirkət və qurumlara qarşı mübarizə aparılmalıdır. İnsanlar iş tapmaq asan olmadığından və işlərini itirməmələri üçün bəzən əmək müqaviləsi olmadan və ya sənədlərdə maaşı real əmək haqqından az göstərilməsinə razı olaraq işləməyə məcbur olurlar.

Amma müvafiq dövlət qurumu bu cür şirkət, qurumlara qarşı bu kimi hallara son qoyulması istiqamətində mübarizə tədbirləri aparmalıdır, çünki bu şərtlərlə işləməyə məcbur olan insanlar bu gün müəyyən problemlərlə üzləşməklə bərabər, onların gələcək pensiya təminatında da çox ciddi problemlər yaranacaq.

Ona görə də bu sahəyə cavabdeh nazirliyin – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu istiqamətdə yoxlamalar aparmaq imkanları olmalı və bu məsələ ilə sərt mübarizəni ondan tələb etməliyik. Eyni zamanda əhalinin bu istiqamətdə hüquqları ilə bağlı maarifləndirilməsi məsələsini də daha da genişləndirməliyik”.
Bu gün, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Bu gün, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Bu gün, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Bu gün, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Bu gün, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Bu gün, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Bu gün, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Bu gün, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Bu gün, 12:09
Tarixi əməkdaşlıq
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ