“Nikoil Bank” cinayət işində yeni gəlişmə – Komandası Vasili Xamazanı qurban verilir
Sosial
Oxunub: 495
1 noy 2017 | 11:45
“Nikoil Bank” cinayət işində yeni gəlişmə – Komandası Vasili Xamazanı qurban verilir














“Nikoil Bank” -ın keçmiş rəhbərliyinin maliyyə maxinasiyaları və məsələ ilə bağlı cinayət işi açılaması barədə oxucularımıza məlumat vermişdik.

Həmin məlumatda vurğulamışdıq ki, keçmiş sədr Vasili Xamaza və komandası “Nikoil Bank”da çoxlu sayda saxtakarlıq edərək banka milyonlarla dollar ziyan vurublar. 2 həftə öncə keçmiş sədri Vasili Xamazanın “Nikoil Bank”ın 20 milyon manat vəsaitini mənimsəməsi və buna görə də onun haqqında cinayət işinin açılması barədə hakimiyyətə yaxın mediada məlumat yayıldı. Həmin məlumatda bildirilirdi ki, “hazırda Azərbaycan Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində istintaq davam etdirilir. Bundan başqa, “Nikoyl” İnvestisiya Kommersiya Bankı” ASC- də onlara dəyən ziyanın məbləğini müyyənləşdirmək üçün araşdırma aparır. Məlumata görə, V.Xamazanın bankdan mənimsədiyi pulların məbləği daha çox ola bilər”.

AzMedia.info oxuculara verdiyi məlumatda da qeyd edilirdi ki, Vasili Xamaza və onun bankdakı keçmiş komandası vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bankın milyonlarla manat vəsaitini müxtəlif adlarla mənimsəyiblər. Yeni rəhbərliyin təyinatından sonra isə V.Xamazanın komandasının demək olar ki, böyük əkəsriyyəti bankdan qovulub. Bunun da səbəbi köhnə komandanın talançı siyasət apararaq bankı iflas həddinə çatdırmalarıdır. “Nikoil Bank”-ın keçmiş sədri Vasili Xamazaya maliyyə maxinasiyalarına görə başlanan cinayət işi ilə bağlı AzMedia.info-ya ilginc məlumat daxil olub.

Həmin məlumatda vurğulanır ki, vaxtı ilə V.Xamazanın komandasının parlayan ulduzları olan və bankda həyata keçirilmiş maliyyə maxinasiayalarında müstəsna xidmətləri olmuş şəxslər, İdarə heyyətinin keçmiş üzvüləri Emil Məmmədov, Zaur Abıyev, Fazil Hüseynov və bankın hüquq departamentinin keçmiş müdiri Ayxan Rüstəmzadə və digər yetkili şəxslər bütün maxinasiyaları eks- patronlarının üzərində fokuslaşdırıblar. Çünki Vasili Xamaza ölkədən çıxıb və hansısa Avropa ölkəsində gizlənib. Xamazanın tutularaq ölkəyə gətirilməyəcyini “həll” edən komanda artıq planlarının bir hissəsini həll etmiş olublar.

“Nikoil Bank”dakı mənbəmizin bildirdiyinə görə, yuxarıda adlaırnı çəkdiyimiz bəzi şəxslər hazırkı bank rəhbərliyi ilə sövdələşmələrə gedərək məsuliyyətdən qurtulmaq istəyindədirlər. Belə ki, keçmiş komanda mənimsədikləri vəsaitlərin bir hissəsini banka qaytarmağa razılıq veriblər. Yerdə qalan milyonların isə keçmiş sədr Vasili Xamaza tərəfindən mənimsənildiyi və bütün məsuliyyətidə onun daşıdığını bildiriblər. Məlumata görə bankdakı talanla bağlı açılan cinayət işində adı keçən şəxslər öz izahatlarında əsas günahkarın keçmiş sədr V.Xamazanın olduğunu və saxta sənədləri onun məcburi göstərişi ilə tərtib etdiklərini bildiriblər. Digər məlumatda isə vurğulanır ki, “Nikoil Bank” dan çıxarılan milyonlara manat vəsaitlər hesabına köhnə komanda üzvlərinin paytaxt yaxınlığında inşa etdikləri zavodu təcili şəkildə başqa şəxslərin adına keçirdiblər. Bunu açılacaq cinayət işinin böyümə ehtimalının olması və onların da məsuliyyətə cəlb edilməsi ilə bağlı olduğu iddia edilir.

Məqalədə adı çəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.
Bu gün, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Bu gün, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Bu gün, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Bu gün, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Bu gün, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Bu gün, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Bu gün, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Bu gün, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Bu gün, 12:09
Tarixi əməkdaşlıq
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ