"İl yarımdır əməkhaqqı almırıq" - NARAZILIQ
Sosial
Oxunub: 514
2 noy 2017 | 11:45
 "İl yarımdır əməkhaqqı almırıq" - NARAZILIQ
















AzTV sədri Arif Alışanov Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanımın nəcib təşəbbüslərindən birinə kölgə salmaqla məşğuldur.

AFN xəbər verir ki, A.Alışanov Mehriban Əliyevanın təşəbbüsü, Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən muğam müsabiqəsinin qalibi olan gənc xanəndələrə əngəl yaradır. Bu barədə həmin xanəndələrdən bir neçəsi ilə söhbətdən aydın olub. Gənc muğam ifaçıları bildirirlər ki, müsabiqə bitdikdən sonra onlarla müqavilə bağlanıb AzTV-yə solist kimi işə götürülüblər: “Rəsmi əmək müqaviləsi bağlandı işə götürüldük. Lakin bir müddətdən sonra bizə bildirildi ki, ictimai əsaslarla iş prinsipinə keçilir. Bizə verilən əməkhaqları (420 manat yazılıb 350 manat verilirmiş-red.) kəsildi, il yarımdır əməkhaqqı almırıq. Müqaviləmiz olan vaxt bizə AzTV, “İctimai” TV, “Mədəniyyət” və “İdman” kanallarından başqa heç bir kanala çıxmağa icazə vermirdilər. İctimai əsaslara keçdikdən sonra bu barədə heç bir qadağa tətbiq olunmadı, biz də müxtəlif kanallardan gələn dəvətləri dəyərləndirməyə başladıq. Bu müddət ərzində AzTV-yə dəfələrlə müraciət etməyimizə baxmayaraq, bizi verilişlərə çıxartmırlar. Adları çəkilən digər kanallar isə bizdən pul istəyirlər, xüsusilə də “İctimai” TV. İndi bizə Az.TV-dən zəng edib deyirlər ki, sədr əmr edib, yuxarıda adları qeyd edilən TV-lərdən başqa heç bir TV-yə çıxmamalıyıq. Bizə bu haqda Az.TV-müvafiq qurumlarından zəng edərək bildiriblər. Bu, Arif Alışanovun özbaşınalığından başqa bir şey deyil. Adımızı solist siyahısına yazıb, heç bir əməkhaqqı ödəmədən, verilişlərə çıxarmadan bizi inkişaf etməyə, tanınmağa qoymamaq cəhdinə başqa ad verə bilmirik. Mehriban xanım, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu çox uğurlu bir təşəbbüs irəli sürüb, gözəl layihə reallaşdırılıb. Amma təəssüflər olsun ki, Arif Alışanov kimiləri bu uğura, nəcib təşəbbüsə kölgə salırlar, uğurunu azaltmağa çalışırlar”.
Gənc xanəndələr üzləşdikləri problemlə bağlı Heydər Əliyev Fonduna və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etməyə hazırlaşdıqlarını deyirlər. 20-yə yaxın sənətçinin bu problemlə üzləşdiyini deyən həmsöhbətlərimiz hesab edirlər ki, M.Əliyeva onlara növbəti dəfə dəstək göstərəcək və A.Alışanovun özbaşınalığının qarşısını alacaq: “Bizim heç olmasa Az.TV-də, İTV-də proqramlara çıxışımızı təmin etsələr, bu kanalların səsyazma studiyalarında lentlərimizin yazılmasına şərait yaratsalar, qoyduqları qadağada haqlı saymaq olar. Arif Alışanov əzərə almalıdır ki, biz xalqın sənətkarı olmaq, səsimizi, istedadımızı xalqa həsr etmək istəyirik. Bizə qadağa tətbiq edərək o, nəcib təşəbbüsü dəyərdən sala bilməz!”

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi
Dünən, 12:15
İlham Əliyev Portuqaliya prezidentini COP29-a dəvət edib
Dünən, 11:45
Sülhməramlıların Qarabağı tərk etməsinin yeni görüntüləri - VİDEO
Dünən, 11:36
MN: Azərbaycan Ordusu Ermənistanın kvadrokopterini zərərsizləşdirib - FOTO
Dünən, 11:14
Azərbaycan XİN Fransaya cavab verib
Dünən, 10:59
“Atam heç bir xəstəlikdən əziyyət çəkmirdi” - Tural Rəcəbli
Dünən, 10:48
Əsgəran avtomobil yolunun inşasına start verilib
Dünən, 10:40
İlham Əliyev Kayrat Sarıbayı qəbul edib
Dünən, 10:35
Hadı Rəcəblinin müəllimlər, sosial şəbəkələr, gəlinlər haqda dedikləri gündəm olmuşdu...
Dünən, 10:27
Sərhədlərin bağlı saxlanmasında İran nüansı... - AÇIQLAMA
Dünən, 10:06
Azərbaycan QHT-si Narkotiklər üzrə Vyana QHT Komitəsinə üzv qəbul edildi
Dünən, 09:55
Aytən Səfərovanın maşını aşdı, xəstəxanadadır - VİDEO
Dünən, 09:37
Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bəlli olub
Dünən, 09:18
Fransa səfiri Azərbaycandan geri çağırıldı
Dünən, 09:10
Hadı Rəcəbli vəfat edib - YENİLƏNİB - AÇIQLAMA
Dünən, 09:00
KİV: Rusiya sülhməramlıları Azərbaycanı tərk edir: TAM VƏ BİRDƏFƏLİK - VİDEO
16-04-2024, 16:00
R.Vardanyan - “Çirkli pulları yuma” hesabatlarında, yoxsa Nobel namizədliyində - ARAŞDIRMA
16-04-2024, 15:30
8 kəndlə bağlı qəti addım: Ordu hazır duruma gətirildi - GƏLİŞMƏ
16-04-2024, 14:57
İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
16-04-2024, 14:34
Akademik Zərifə Əliyeva
16-04-2024, 14:22
Ermənistanı sərhəddə Qərb qızışdırır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
16-04-2024, 14:22
İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq”