İcra Hakimiyyətində nöqsanlar aşkarlandı - Ştat cədvəli 10 dəfə dəyişib, qeyri-qanuni maaş ödənilib
Sosial
Oxunub: 470
3 noy 2017 | 12:40
İcra Hakimiyyətində nöqsanlar aşkarlandı - Ştat cədvəli 10 dəfə dəyişib, qeyri-qanuni maaş ödənilib















Hesablama Palatası Hacıbala Abutalıbovun rəhbəırlik etdiyi Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Yaşıllaşdırma Təsərrüfatı Birliyinə dövlət büdcəsindən ayrılmış vəsaitlərin icra vəziyyətini yoxlayıb. Bu barədə Palatanın məlumatında bildirilir.

Məlumat "Hesablama Palatası haqqında” qanuna əsasən və "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 5.7-ci bəndinin icrası olaraq hazırlanıb.

"Nizamnaməsinə əsasən, Birliyin əsas vəzifəsi Bakı şəhərində və Abşeron yarımadasında yaşıllaşdırma və mövcud yaşıllıqlara qulluq işlərini mərkəzləşdirilmiş qaydada həyata keçirmək, yaşıllığın və toxumçuluğun inkişaf etdirilməsi, yeni parkların, bağların, bağçaların, istirahət sahələrinin, zeytun plantasiyalarının, güllüklərin salınmasını, onların qorunmasını təmin etmək, şəhər əhalisinin gül və gül məhsullarına olan təlabatını ödəmək, və qanunla qadağan olunmayan digər fəaliyyətdən ibarətdir. Birliyin tabeliyində müstəqil balansa malik "Yaşıllıqtikinti” Podrat İxtisaslaşdırılmış Təmir-Tikinti Müəssisəsi, Ağac-Bəzək Bitkiləri Sovxozu, Avtomobil Nəqliyyatı İdarəsi, Su Quyularının İstismarı və Təmiri Xidməti Müəssisəsi fəaliyyət göstərir. Birlik tərəfindən qulluq edilən yaşıllıq ərazisi faktiki olaraq hər ay orta hesabla 2015-ci ilin IV rübündə 3 032,8 hektar, 2016-cı ildə 3 778,3 hektar təşkil edir. Auditlə ümumilikdə 17 144,2 min manat məbləğində vəsait əhatə olunub.

Birliyin Nizamnaməsinin bəzi tələblərinə riayət edilməyib, onun strukturunu və ştat cədvəlini BŞİH təsdiq etməyib, strukturu "İdarə aparatı” və "sahə işçiləri” olmaqla Birliyin rəhbərliyi təsdiqləyib. Nəticədə 2016-cı ildə aparat işçilərinin ştat cədvəli üzrə 10 dəfə, sahə işçilərinin ştat cədvəlində isə 15 dəfə dəyişiklik edilib.

Bakı şəhərinin yaşıllıqlara xidmət göstərilməsi üçün "Abadlaşdırma xidmətləri haqqının ödənilməsi” paraqrafı üzrə dövlət büdcəsi layihəsinə təqdim olunan və icra prosesində Birlik tərəfindən qulluq edilən sahə göstəriciləri arasında əhəmiyyətli fərqlər olub, müvafiq illər üzrə "abadlaşdırma xidmətləri haqqının ödənilməsi” paraqrafı üzrə yaşıllıqlara qulluq xərcləri üzrə təqdim olunmuş proqnozlaşmada Birlik tərəfindən yaşıllıqlara xidmət xərclərinin tərkibində norma ilə nəzərdə tutulmayan xərclər nəzərdə tutularaq proqnozlaşdırılıb.

Birliyin təsdiq edilmiş ştat cədvəllərində yaşıllıq sahəsi işçilərinin əmək haqları qüvvədə olan normativ-hüquqi aktların tələblərinə uyğun müəyyənləşdirilməmiş, aqronom vəzifəsinə uyğun olmayan ixtisaslarda (müəllim, mühəndis, iqtisadçı və s.) audit dövründən əvvəl 13 nəfər şəxs işə qəbul edilib və onlara əmək haqqı ödənilib, yaşıllıq sahəsi işçilərinin icbari sığorta haqqı ödənilərkən işdən çıxan işçilər üzrə sığorta haqqı azaldılmayıb.

Birlik qanunvericiliyin tələblərinə riayət etməyərək, balansında olan yaşıllıq sahəsinin, habelə həmin sahədə ağac və kolların, çəmənlik və gül sahəsinin, çoxillik əkmələrin inventarizasiyası aparılmamış, alınması rəsmiləşdirilmiş əkin materiallarının, o cümlədən ağac və kolların, hazır çimin, gül şitillərinin yaşıllıq sahələrində əkilməsi sahə üzrə (rayon üzrə) aktla sənədləşdirsə də, ünvan və say barədə məlumatlar əks olunmayıb.

Birlik Nizamnaməsinə uyğun təsərrüfat fəaliyyəti göstərməsi üçün əlavə gəlir mənbələri axtarmayıb, fəaliyyətini yalnız dövlət büdcəsindən Bakı şəhərinin yaşıllıqlarına qulluq məqsədi ilə ayrılmış vəsait hesabına formalaşdırıb”, – deyə məlumatda qeyd edilib.

Onu da deyək ki, bundan əvvəlki illərdə də Hesablama Palatası Hacıbala Abutalıbovun rəhbəri olduğu meriyanın ayrı-ayrı strukturlarında mənimsəmə halları aşkarlayıb. Və belə görünür, bundan lazımi nəticələr çıxarılmayıb. Ona görə də Palata meriyanın tabeliyindəki qurumlarda yeyinti üzə çıxarmağa davam edir. \\mia.az\\
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb