"Gilan Holdinq " -in Qaradağ kərpic zavodundan ŞİKAYƏT
Sosial
Oxunub: 1 382
17 noy 2017 | 13:36
"Gilan  Holdinq " -in  Qaradağ  kərpic zavodundan ŞİKAYƏT



























Azərbaycan Respublikası Prezidenti yanında
Hüquq Mühafizə orqanları və Hərbi Məsələlər
üzrə köməkçisi Fuad Ələsgərov cənabına

Azərbaycan Respublikasının Baş Prokuroru
Zakir Qaralov cənabına

Azərbaycan Respublikası Əmək və Əhalinin
Sosial Müdafiəsi Naziri Səlim Müslümov
cənabına

Surəti : Azərbaycan Respublikası Dovlət Əmək
Müfəttişliyinin rəisinə

Qaradağ rayonu Qobustan qəsəbəsi , massiv 1 küçə 3,ev 2 -
də yaşayan Səfərova Fəridə Rüsxət qızı tərəfindən

Əlaqə tel:(012)544-56-15;(050)471-42-32;(055)935-83-73




MÜRACİƏT


Hörmətli Fuad müəllim !
Hörmətli Zakir müəllim !
Hörmətli Səlim müəllim !
Hörmətli Rəis !


Mən, 2009 -cu ildən "Gilan Holdinq " in Qaradağ kərpic zavodunda fəhlə kimi işə başlamışam. Ayağımda rezin çəkmə, əynimdə kombinezon fəhlə paltarı , əlimdə əlcək vaqonlara kərpic vurub fəhləliyimi kişilərlə bir yerdə çiyin - çiyinə çalışırdım. Çünki evimdə xəstə övladım və heç bir yerdən gəliri olmayan başsız qadın idim. Ona görə də rəhbərliyin dediyi bütün işi layiqincə yerinə yetirirdim. İşlədiyim müddət ərzində mənə qarşı kompaniya başlayana qədər rəhbərlik tərəfindən işimə görə nə bir irad , nə bir xəbərdarlıq , nə də ki, bir töhmət almışdım. Çünki evimdə xəstə övladımın müalicəsinə, gündəlik qidalanmasına , ailəmin heç bir yerdən gəliri olmadığından dolanışığımıza pul lazım idi. Hələ işlədiyim ilk aylarda sahə rəisi Yaşar mənə bir qadın kimi müxtəlif təkliflər etmişdi. Lakin mən yuxarıda qeyd etdiklərimin xətrinə , iş yerimi itirməmək naminə bir təhər bu təkliflərdən yayınıb , imtina edib işimdə nöqsan olmasın deyə çalışmışam. 2 il belə bir təhər işləyəndən sonra Yaşarın sahə rəisi olmağına baxmayaraq onu az-az görmək , onun xoş olmayan təkliflərini eşitməmək üçün növbəmi növbəti işə dəyişdim. Çünki Yaşar sahə rəisi də olsa növbəti işlə tanış olmağa gəlir, az müddət sonra gedirdi.Bu az müddət ərzində yenə də fürsət tapıb , o iyrənc təkliflərini edib ,məni təhdid etməyindən əl çəkmirdi.Bir təhər işimi yola verirdim. 2011- ci il idi, sahə rəisi Yaşar növbəti dəfə mənə yaxınlaşıb bildirdi ki , bəs bizim hamımızın əmək müqaviləsi 2011- ci ildən tərtib ediləcək. 2 illik əmək stajımız necə deyərlər nəzərə alınmayacaq. Yaşar bunu deyəndə həmdə bildirdi ki, bu barədə heç kimə deməsin və o iki ilin tələbini rəhbərlikdən etməsin . Lakin mən iki ilimin itməməsi üçün ,əziyyətlərimi nəzərə alıb , bu barədə idarənin kadrlar şöbəsinin rəisi Ziya müəllimdən soruşanda , O , mənə kobud cavab verərək otağından qovdu.Mən Ziya müəllimin yanından çıxanda şikayət edəcəm desəmdə , işimi itirməmək xatirinə heç kimə heç bir yerə şikayət etmədim.Amma mənə qarşı nəzarətin gücləndirildiyini ,məni artıq işlə yükləməklərini , bir sözlə basqıların artdığını gördüm. Ancaq bütün bu illər ərzində dözərək işlədim. Necə deyərlər zülümə qatlaşaraq, övladımın, ailəmin xətrinə işlədim.
Belə ki, mənimlə birgə işləyən bir neçə iş yoldaşım Rəhim ,briqadirlə , sahə rəisi ilə danışdıqlarına görə müxtəlif səbəblərdən bir neçə saat işə çıxmayanların yerinə gedib işləyirdi.Bununlada işə çıxmayanın günü yazılırdı. Rəhim həmin saatlara görə əlavə haqq alırdı.İşə çıxmayanın gününü yazan briqadirdə öz payını götürürdü. Mən isə iş yoldaşım Rəhimlə görməli olduğum işi Rəhim gələnə qədər təkbaşına görürdüm. Bu minvalla işimi görüb , zülümlərə,basqılara dözürdüm. yenə deyirəm , öhdəmdə xəstə övladım , onun gündəlik müalicəsi , qidalanması və özümüzün dolanmağımıza görə pul lazım idi.
Başımı aşağı salıb bu işlərlə məşğul olduğum bir zamanda, küncdə - bucaqda mənə baxıb xısın-xısın söhbət edən , hərdən birdə atmacalar atan briqadir Saqini , sahə rəisi Yaşarı , iş yoldaşım Rəhimi görüb atdıqları atmacalara fikir verməyərək , işimi görürdüm. 2016 - cı ilin ortaları idi . Bu basqının , bu işgəncənin nə olduğunu mənim haqqimda qulağıma çatan bir çox xoşa gəlməyən ifadələri eşidib , buna aydınlıq gətirilməsini istəyəndə barəmdə eşitdiklərimdən şoka düşdüm. Haray - həşir saldım. Bu zaman özümdən getdim. Təcili yardım çağırdılar. Məni təcili yardımla evə apardılar. Bu barədə sahə rəisi Yaşara dedim .O, isə bildirdi ki, bu bizlik deyil, get ver polisə. Mən polisə gedib ərizə yazdım.İlkin tədqiqat başladı, iş verildi Qaradağ rayon Prokurorluğuna. Bu gündə iş prokurorluqdadır.

Hörmətli Fuad müəllim !
Hörmətli Zakir müəllim !
Hörmətli Səlim müəllim !
Hörmətli Rəis !


Mən özümdən gedən zaman Təcili yardım maşını ilə evimizə yola salınandan sonra iş yoldaşlarımızı toplayıb iclas keçirirlər. Mənim əleyhimə qərar qəbul edirlər.Mənim polisə getdiyimə , polisin iş yerinə gəldiyini , mənə polisə getməyimi məsləhət görən Yaşar isə bildirir ki, rəhbərliyin iş yerinə polis çağırdığına görə yaman əsəbləşib. Məni işdən çıxardılar. Daha doğrusu 200 nəfər işçi arasından mənimlə müqavilənin bitdiyini bildirdilər. Mən bu barədə " Gilan Holdinqdə" vitse - Prezident kimi tanıdığım Cəmil müəllimin yanına dəvət edildim.Cəmil müəllim məni dinləyib , polisin iş yerinə gəlməsində heç bir qəbahət olmadığını bildirib , yanımdaca kimlərləsə danışıb işimə çıxmamı mənə bildirdi. Lakin məni işə buraxmadılar. Əmək kitabçamı korlayacaqlarını , maddəylə işdən çıxarılacağımı bildirib məni məcbur etdilər ki , öz xahişimlə ərizə yazım. Məcbur olub ərizə yazdım. Mənə heç bir xəbərdarlıq edilmədən müqavilənin vaxtının bitməsini bəhanə gətirərək 200 nəfər işçi arasında tək mənimlə müqavilə bağlanmaması , buna görə mənə əvvəlcədən xəbər verilməməsi , bir qanun pozuntusudur. Özüdə kobud. Hansı ki , mənə təklif edirlər ki , heç hara şikayət etməyəcəksənsə sənə son iki ayın pulunu kompensasiya kimi verərik .
Mənim öhdəmdə qan çatışmamazlığından əziyyət çəkən övladım var. Tək anayam. Bu yaşımda hara gedim ? Harada işləyim? Evimin gəlir gətirəni tək mənəm.
Qaradağ rayon prokurorluğunda olan işimlə maraqlananda müstəndiq bildirir ki, həmin şəxslərə zəng çatmır, onların telefon nömrələrini tap mənə ver.
Sahə rəisi Yaşar , briqadir Saqi açıq-aydın mənə bildirir ki , Kadrlar şöbəsinin rəisi Ziya müəllim , Cəmil müəllimə sənin haqqında bəs deyən məlumat verib. Ona görə də səni işdən çıxardılar.Burada qolunu itirən , əlini itirən neçə- neçə adam olub , kimə neyləyiblər ki, sənin şikayətinlə kiməsə neyləsinlər. Bu işlərin arxasında Cəmil müəllim durub və bunları Cəmil müəllim bağlayacaq.

Hörmətli Fuad müəllim!

Odur ki , Sizdən artıq dərəcədə xahiş edirəm , bu iş nəzarətiniz altında araşdırılsın, öhdəmdə xəstə övladım , evin tək qazanc gətirəni olduğumu nəzərə alıb, mənim işimə qaytarılmağıma köməklik edəsiniz.


Hörmətlə : Səfərova F.R.
Bu gün, 13:44
Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?