Söhrab Abbasovun başı üstündə “kabus dolaşır”
Sosial
Oxunub: 1 525
10 noy 2017 | 16:35
Söhrab Abbasovun başı üstündə “kabus dolaşır”











Ola bilər ki, aparılan yoxlamalardan sonra Oğuz rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsi rəhbərinin yolu məhbəsdən keçsin

Son bir-iki il ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyində çalışan bəzi vəzifə sahiblərinin istehfaya göndərilmələri və bu yöndə davamlı addımların atılması, bir daha onu sübut edir ki, ölkə rəhbərinin etimadını doğrultmayan, öz mənafeyini dövlət-xalq mənafeyindən üstün tutan vəzifə sahiblərinin cəzalandırılmaları, sanki zamanın tələbidir.

Onu da bildirək ki, bu gün sosial mediada daha çox ittiham olunan qurumlardan biri də, ETSN-dir ki, bu da adı çəkilən nazirliyə rəhbərlik edən şəxsin gələcək karyerasına yəqin ki, ciddi təsir edəcək. Maraqlı haldır ki, sosial mediada bu yöndə informasiyalar yayılan kimi nazirliyin bəzi əməkdaşları dərhal hərəkətə keçirlər və həmin məlumatların xəbər portallarından yığışdırılmasına da çalışırlar. Yaşanan olaylarla bağlı silsilə tənqidi açıqlamaların dərcinə, yuxarıda qeyd etdiyimiz kimi adı çəkilən qurumda hökm sürən “bezpredel” idarəçiliyin varlığı səbəb olur. Maraqlı hal odur ki, tənqidi açıqlamalar dərc olunan kimi rəhbərlik vəziyyətdən çıxış yolu tapmağa çalışır və bəzi rayonların meşə təsərrüflarına rəhbərlik edən şəxsləri tez-tez daşıdıqları vəzifələrindən uzaqlaşdırır. Amma atılan addımların varlığına baxmayaraq, bu gün də meşə təsərrüfatı sahəsində vəziyyət düzəlmir ki, düzəlmir. Buna səbəb olan amillərdən ən əsası, rəhbərliyin yarıtmaz kadr siyasətinin varlığı olur. Məsələn, hələ bir müddət bundan əvvəl nazirlkdə ən böyük departamentlərdən olan--Meşələrin İnkişafı Departamentinin direktoru vəzifəsindən uzaqlaşdırıldı və həmin vəzifəyə Milli Hidrometeorologiya Departamentinin direktor əvəzi Xəlil Ramazanov təyin olundu. Belə bir təyinatın verilməsinə baxmayaraq, Xəlil Ramazanov da rəhbərliyin etimadını doğrulda bilmədi. Çox keçmədi ki, bir çox rayonların meşə təsərrüfatlarına rəhbərlik etmiş Söhrab Abbasov, ETSN, Meşələrin inkişafı departamentinin direktor əvəzi, departamentin meşəbərpa və meşəsalma sektorunun müdiri vəzifəsinə irəli çəkildi.
Adı çəkilən bu şəxsin belə bir vəzifəyə təyinatı, sanki meşə zolaqlarının məhv edilməsinə “yaşıl işıq” da yandırdı. Çünki, Söhrab Abbasov vəzifə səlahiyyətindən sui-istifadə etməklə, məhz yaxın təmasda olduğu və ixtisas profili heç bir halda uyğun gəlməyən bir çox dost-tanışlarını müəyyən vəzifəyə təyin etdirdi. Məsələn, bu gün Oğuz rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə rəhbərlik edən Əlövsət müəllim də, Söhrab Abbasovun təyin etdirdiyi kadrlardandır. Bu şəxs uzun müddət hüquq-mühafizə orqanlarında çalışmış, son daşıdığı vəzifəsi isə, Quba RPŞ-də cinayət axtarış şöbəsinin rəisi vəzifəsi olub. Əldə etdiyimiz məlumatlara görə Əlövsət müəllim sonuncu vəzifəsini daşıdığı illər ərzində, onun əsas işi-gücü odun satışı ilə məşğul olmaq olub. Təqaüdə çıxdıqdan sonra o, Quba rayonunda illər uzunu qazandığı təcrübə üzrə işə düzəlir. İndi sual oluna bilər ki, polisdə vəzifə daşımaq hara, meşə təsərrüfatına rəhbərlik etmək hara? Görəsən bu şəxsə kim dayaq olub ki, təqaüdə çıxdıqdan sonra Oğuzun meşə təsərrüfatına direktor təyinatı ala bilib? Verilən məlumatlara görə Əlövsət müəllimlə bağlı təyinatın verilməsində Söhrab Abbasovun müstəsna xidmətləri olub. Ona görə ki, Söhrab Abbasov Qubada meşə təsərrüfatına rəhbərlik edərkən Əlövsət müəllimlə onun sıx işbirliyi olur və belə bir bağlılığın varlığı da, bu cür təyinatların verilməsində əsas rol oynayır.

Onu da vurğulayaq ki, neçə illərdir Oğuzun meşə təsərrüfatı problemli ərazilərdən biri hesab olunur və tez-tez də rəhbərlik dəyişdirilir. Əlövsət müəllimin Oğuz rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə rəhbərlik etməsi də, heç də “bulanlıq sular”ı durultmadı. Yəni, çox keçmədi ki, adı çəkilən rayonun meşə zolaqlarında elə bir “qətliamlar” həyata keçirildi ki, görüb eşidən sanki dəhşətə gəldi. Əlövsət müəllimin təyinatından sonra acınacaqlı vəziyyətin əmələ gəlməsi, əldə etdiyimiz məlumatlara görə artıq nazirlik əməkdaşlarını da hərəkətə keçirib. Belə ki, bu gün Oğuzun meşə zolaqlarında silsilə yoxlamalar aparılır. Hesab etmək olar ki, aparılan yoxlamalardan sonra Söhrab Abbasovun təyin etdirdiyi “etibarlı kadrı” daşıdığı vəzifəsinə “əlvida” deyəcək və atdığı addımlarına görə ola bilər ki, onun yolu məhbəsdən də keçsin. Ümumiyyətlə, yaşananlar onu söyləməyə əsas verir ki, ixtisas profilləri uyğun gəlməyən kadrların vəzifə başına irəli çəkilmələri, çox keçmir ki, onların gələcək karyeralarına son qoyur.

Ümumiyyətlə, Azerinfo.az saytı olaraq ötən müddət ərzində bir çox şəhər və rayonların meşə zolaqlarında, o cümlədən Oğuzun meşə təsərrüfatında yaşanan acınacaqlı durumun varlığı haqda silsilə tənqidi açıqlamalar dərc etmişik. Hətta elə hallar olub ki, dərc etdiyimiz açıqlamalar əsasında nazirliyə rəsmi məktublar ünvanlamışıq və qarşı tərəfdən rəsmi cavablar da almışıq. Məsələn, bir müddət bundan əvvəl, daha dəqiq desək 30 oktyabr 2017-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Meşələrin inkişafı departamenti direktorunun imzası ilə təsdiq olunmuş 14/1445 saylı cavab məktubu almışıq. Verilmiş cavab məktubunda bizim yazdıqlarımız birbaşa təsdiq olunur. Yəni, həmin məktubda istər 2016-cı ildə, istərsə də 2017-ci ilin ötən 9 ayı ərzində Oğuzun meşə zolaqlarına vurulmuş ziyana görə aktlaşdırılmış ziyanın məbləği, neçə nəfər əməkdaşla bağlı intizam tədbirinin seçilməsi, neçə nəfər barəsində cinayət işinin qaldırılması və s. açıq-aydın şəkildə qeyd olunub.

Təəccüb və təəssüf doğuran hal odur ki, bir xəbər portalı olaraq daim belə bir problemləri qabardırıq, baş verənlər haqda hər kəsi məlumatlandırmağa çalışırıq, dərc etdiklərimizi nazirliyin rəsmi şəxsləri də təsdiqləyir, digər tərəfdən isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi bizi Azərbaycan Respublikası MPM-nin149-cu və 150-ci maddələrinin tələbləri əsasında, 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə sürükləyir. Azerinfo.az saytında yazdıqlarımızı şər-böhtan adlandırmaqla bərabər, dərc olunanlara görə təkzib verilməsini, hətta xəbər portalının rəhbərliyindən 5 min manat məbləğində pulun alınaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hesab nömrəsinə köçürülməsi də xahiş olunur. Bu kimi halların varlığı isə, artıq əndazənin aşılması deməkdir.

Oğuzun meşə zolaqlarında yaşananları və bu yöndə aparılan yoxlamaların nəticəsini diqqətdə saxlayacağıq. Araşdırmamız davam edəcək.

Azerinfo.az
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ