“MELİSSA PARK”dan ŞOK FAİZ FIRILDAĞI – Müştəriləri necə aldadırlar?
Sosial
Oxunub: 534
12 noy 2017 | 13:34
“MELİSSA PARK”dan ŞOK FAİZ FIRILDAĞI – Müştəriləri necə aldadırlar?














Paytaxtda fəaliyyət göstərən tikinti şirkətləri “4,4 % effektiv üsul” adı ilə müştəriləri aldadır. Belə ki, Xırdalan, Yeni Günəşli, Nizami, Yasamal və Biləcəri ərazilərində inşa edilən binalardakı mənzillər bazar qiymətindən dəfələrlə baha qiymətə satılır. Bu barədə axar.az məlumat yayıb.

“Melissa Park” kimi inhisarçı tikinti şirkətləri hazırda bu yolla müştəriləri özlərinə cəlb etməyə çalışır.

Xırda hesablama aparaq: “Melissa Park” yaşayış komleksində (Həsən bəy Zərdabi, küç 92A) mənzilin bir kvadratının qiyməti mərtəbədən asılı olaraq 1560-1790 manat arası dəyişir. Kompleksdən 92.9 kv.m sahəsi olan mənzili almaq istəsəniz hər kv. metr üçün 1790 ödəməlisiniz. Mənzilin tam dəyəri – 92.9×1790=166,291 manat edir.

İlkin ödəniş 10 % (16,629 manat) ödəsəniz, yerdə qalan məbləği (166,291 – 16629 = 149,662 manat) 20 il hər ay 1251 manat ödəməlisiniz.

Beləliklə müştəri 20 il ərzində 1251 x 240 ay = 300,439 AZN toplam ödəniş həyata keçirəcək. Bunun 149,662 manatı əsas məbləğ, 150,777 manatı isə faiz məbləğidir.

Yəni, dəyəri (baha olmasına baxmayaraq) təxminən 166 min manat olan mənzil üçün hər bir müştəri 150 min manat (təxminən evin şişirdilmiş dəyəri qədər) faiz ödəməlidir.

Tikinti şirkətlərinin reklam fırıldağına münasibət bildirən iqtisadçı Vüqar Bayramov dünyanın heç bir yerində bu qiymətə və belə yüksək faizlə işləyən tikinti şirkətlərinin olmadığını deyib: “Effektiv faizlər birbaşa müştəriləri aldatmaq və onları real (nominal) olmayan faizlər ilə cəlb etmək məqsədi daşıyır. Əgər müştəri 4,4 faizlə kredit götürə bilməyəcəksə, mənzil və ya avtomobil kreditini rəsmilləşdirən zaman daha yüksək faizlərlə rastlaşacaqsa, belə saxta faizləri elan etmək biznesin ən adi etik prinsiplərinə ziddir. Təbii ki, kredit üzrə effektiv faiz 4,4 faizdirsə, o zaman real faiz şərtlərdən asılı olaraq 2 dəfəyə yaxın çoxdur.

Maraqlıdır ki, ötən il Mərkəzi Bank yalnız effektiv faizin qadağan edilməsi barədə banklara məktub göndərsə belə, yenə də müştərilərin aldadılması davam edir. Bu şirkətlər hətta müştəriləri cəlb etmək üçün mənzil və ya avtomobillərin effektiv qiymətlərini elan etsələr, təəccüblənməyin. Məsələn, avtomobil 15 min manat effektiv qiymətə təklif edilir. Avtomobili alanda real qiymətin 25 min manat, elan edilənin isə effektiv qiymət olduğunu bildirəcəklər. Təəssüf ki, bəzi şirkətlər biznes etikası və ya müştəri məmunluğunu deyil, qısa zamanda daha çox gəlir əldə etməyi hədəfləyirlər”.
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq