"Səba Broyler"in rəhbərindən şikayət - FOTOLAR
Sosial
Oxunub: 532
14 noy 2017 | 11:45
"Səba Broyler"in rəhbərindən şikayət - FOTOLAR














Beyləqan rayon sakini Şirinov Qoşqar İsrail oğlu ölkə rəhbərliyinə şikayət edərək "Səba Broyler" şirkətinin rəhbəri Namiq Quliyevin onun ailəsinə dövlət tərəfindən ayrılmış vəsaiti mənimsədiyini iddia edir.

Qlobal.az-a müraciət edən Beyləqan rayon sakini Qoşqar Şirinov iddia edir ki, 5 ildir Beyləqan rayon mərkəzinə yaxın bir ərazidə vaxtı ilə dövlət tərəfindən onlara icarə əsasında verilmiş 16 ha torpaq sahəsinin 14 ha hissəsini Namiq Quliyevi taxılçılıq adı altında onlardan alıb. Belə ki, "Qarabağ Taxıl" MMC "Qoşqar" kəndli təsərrüfatından 14 hektar ərazini alıb. Ancaq aldığı torpağa görə, ödəməli olduğu kompensasiyanı vətəndaşa ödəməyib.

Qanuna görə sahibkar fermerə məxsus torpaq sahəsi şirkətə verilirsə sahibkara dövlət tərəfindən hesablanmış kompensasiya verilir. Qeyd edilən kompensasiyanı isə dövlət Namiq Quliyevin şirkətinə köçürüb. Ancaq 5 ildir Şirinovlar ailəsi həmin vəsaitə həsrət qalıblar. Yalnız 2 min manat vəsait aldığını deyən Qoşqar Şirinov dəfələrə şirkət rəhbəri Namiq Quliyevin qəbulunda olsa da sonda heç bir nəticə dəyişməyib.

Neçə ildir Namiq Quliyevin özbaşınalığı ilə üzləşən şikayətçi saytımız vasitəsi ilə ölkə başçısı İlham Əliyevə müraciət edərək "Səba Broyler"in qanunsuz əməllərindən təngə gəldiyini bildirir.

Qoşqar Şirinov yazır:

"Ailəmizə məxsus 14 ha torpaq sahəsini Namiq Quliyevin şirkəti tərəfindən alınmış və bizə düşən kompensasiya 4 ildir verilmir. Sizin alicənablığınız, vətəndaş üçün dayanmadan gecə-gündüz çalışmalarınız məhz Namiq Quliyev kimi vətəndaşı incidən sahibkarlar tərəfindən kölgə altına düşür.

Cənab Prezident!

Sizdən bir vətəndaş kimi xahiş edirəm ailəmizə verilməli olan kompensasiyanın bizə ödənilməsində köməklik edin. Hazırda ailəmdə ağır xəstə olduğu üçün bu vəsaitə ciddi ehtiyacım var. Mən bir Azərbaycan vətəndaşı olaraq sizə müraciət edərək, Namiq Quliyev kimi saxtakar birisinin ailəmizin haqqını mənimsəməsinin qarşısının alınmasına köməklik etməyinizi xahiş edirəm".

Qeyd edək ki, "Səba Broyler" şirkətinin rəhbəri Namiq Quliyev Bank Respublikanın prezidenti Natiq Quliyevin qardaşıdır. Namiq Quliyevin vətəndaşları aldatması barədə ölkə mediasında dəfələrlə müxtəlif şikayətlər səsləndirilsə də şirkət rəhbəri bunlardan nəticə çıxartmayıb. Bu yaxınlarda mediada Füzuli rayonundan olan bir qrup məcburi köçkünə məxsus Haramı düzündə "Səba Broyler”ə verilmiş torpaq sahələrində sakinlərə çatacaq kompensasiyanı şirkət rəhbəri mənimsəməsi ilə bağlı şikayətlər yer almışdı. Həmin şikayətlərdə iddia olunurdu ki, Namiq Quliyev "Azərsu” ASC prezidenti Qorxmaz Hüseynovun oğlu ilə Haramı düzündə şərikli torpaq sahələri əkib.

Mövzunu diqqətdə saxlayacağıq.

Qarşı tərəf də münasibət bildirə bilər.
"Səba Broyler"in rəhbərindən şikayət - FOTOLAR"Səba Broyler"in rəhbərindən şikayət - FOTOLAR"Səba Broyler"in rəhbərindən şikayət - FOTOLAR"Səba Broyler"in rəhbərindən şikayət - FOTOLAR"Səba Broyler"in rəhbərindən şikayət - FOTOLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...