Bioloji Təbabət Klinikasından narazılıq VAR
Sosial
Oxunub: 509
16 noy 2017 | 13:10
Bioloji Təbabət Klinikasından narazılıq VAR















Özəl klinikalardan birində dişlərini müalicə etdirən xanım pasient stomatoloq tərəfindən təhqir edilib. Həm dişlərinin sağlamlığından, həm də pulundan olan pasient klinikadan şikayətçidir.

Bu barədə Axar.az-a Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov məlumat verib. O bildirib ki, Bakıda fəaliyyət göstərən Bioloji Təbabət Klinikasının stomatoloqu Cəfər Fərzəliyev pasienti Sevil Ağamirovanın dişində apardığı əməliyyatı xəstənin narazılığı səbəbindən yarımçıq qoyub və üstəlik onu təhqir edib.

E.Hüseynov bildirib ki, dişindən müalicə alan pasient ödədiyi pula görə klinikadan ona heç bir qəbz verilməyib:

“Cəfər Fərzəliyev dişimi müayinə etmək üçün məni rentgenə göndərdi. 20 manat ödədim, ancaq qəbz verilmədi. Sonra dişimi düzəltmək üçün bir dişə görə 120 manat istədi. Ümumilikdə doqquz dişim üçün 1000 manat verməli idim. Əvvəlcədən 250 manat həkimə pul verdim. Həmin məbləğə görə mənə qəbz vermədi. Dişim 3 gündən sonra hazır oldu. Yəni koronkalar artıq hazır idi. Ödənişin qalanını istədi.

Ona pulu ödəməyə hazır idim, lakin ödədiyim pulların qəbzini tələb etdim. Həmçinin bildirdim ki, mənə müvəqqəti qoyduğu diş yaxşı oturmayıb, dişim, damağım ağrayır. Çənəmdə yaralar əmələ gəlib. Bütün bunlardan sonra o mənim üstümə bağırmağa başladı və məni təhqir etdi. Mənə rus dilində “von otsuda, afiristka, tı afiristka” dedi. Əlavə etdi ki, “görərsən, koronkalar başına nə oyun açacaq. Sənə elə belə lazımdır”.

E.Hüseynov bildirib ki, təhqir edilən və pulu mənimsənilən pasient bununla əlaqədar klinikanın direktoruna da müraciət edərək narazılığını bildirib:

“Klinikanın direktoru Elxan müəllimə şikayət etdim. Elxan müəllim müraciətimə əhəmiyyət vermədi və bildirdi ki, elə bil restoranda 500 manat hesab vermisən, get ver məhkəməyə, qalan 500 manatı da səndən alaq”.

S.Ağamirova üzləşdiyi haqsızlıqla bağlı Səhiyyə Nazirliyinə də müraciət edib. Nazirlikdən xanıma klinikanı məhkləməyə verməyi təklif ediblər:

“Səhiyyə naziri Oqtay Şirəliyevə də müraciət etmişəm. Səhiyyə Nazirliyinə müraciətimə cavab olaraq bildirilib ki, bu obyekt “Özəl tibbi fəaliyyət haqqında” Azərbaycan Respublikası qanununa əsasən işləyir. Siz məhkəməyə müraciət etməlisiniz”.

Məsələ ilə əlaqədar Axar.az-a açıqlama verən Bioloji Təbabət Klinikasının mətbuat xidmətinin rəhbəri Yusif Məhəmmədoğlu S.Ağamirovanın dediklərini böhtan adlandırıb. Bildirib ki, xanım müalicənin pulunu tam ödəməmək üçün bu yola əl atıb:

“Sevil Ağamirovanın dedikləri absurddur. O problem ilə əlqədar klinikamıza rəsmi müraciət etsəydi, məsələ mütləq araşdırılardı. Xanım müalicə üçün nəzərdə tutulmuş vəsaiti ödəmədik istəmədiyi üçün bu yola əl atıb. Ona edilən bütün müalicələr üçün ödədiyi bütün pulların qəbzi verilib. Xanım özü müalicə zamanında vaxtı-vaxtında gəlməyib. Bu müalicə növü elədir ki, həkim sizə dediyi vaxtlarda gəlməlisiniz. Xanım özü məsuliyyətsizik edib, bu səbəbdən də dişlərində, damağında problemlər yaranıb. İndi öz məsuliyyətsizliyi üzündən yaranmış problemi həkimin üzərinə atmağa çalışır”.

Klinikanın mətbuat xidmətinin rəhbəri bildirib ki, xanımın ittiihamlarına qarşı onlar özləri məhkəməyə müraciət edəcəklər:

“Bu barədə artıq məlumatlıyıq və özümüz hüquqi müstəvidə iş başladılacaq”.

Şikayətçinin ittiham etdiyi stomatoloq Cəfər Fərzəliyev də Axar.az-a açıqlamasında xanımın dediklərini təkzib edib:

“Gərək xanımı qəbul etməzdən əvvəl onu psixoloq yanına göndərəydim. Xanım klinikaya qızı ilə gəlmişdi və sonuncu dəfə dişinə baxanda qızı da bəyəndi. İndi xanım belə bir açıqlama verir. Kilinikanın kameralarında həmin xanımın burada etdiyi hərəkərlərin görüntüsü qalıb. Onun burada necə qışqırdığını, necə ifadələrdən istifadə etdiyini hamı görüb. İndi məni ittiham edir ki, onu təhqir etmişəm. Klinikanın kameralarına baxılacaq onsuz da, o zaman hamı görəcək ki, kim kimi təhqir edib. Mən azərbaycanlıyam və uzun illər Moskvada təhsil almışam, uzun illərdir bu işlə məşğulam. Mənim tərbiyəm icazə verməz ki, ağzıma söyüş alım. Xanım bunları müalicə üçün tələb olunan pulu ödəməməsi üçün edir”.
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası