Bakıda evi uçurulan gənc ozunu doğradı – ”Torpağıma Hacıbala Abutalıbovun gözü düşmüşdü” +18VİDEO
Sosial / Video
Oxunub: 611
17 noy 2017 | 00:29
Bakıda evi uçurulan gənc ozunu doğradı – ”Torpağıma Hacıbala Abutalıbovun gözü düşmüşdü” +18VİDEO













Bakıda icra hakimiyyəti gənc ailənin evini dağıdıb, yeddi aylıq hamilə qadın həyat yoldaşı ilə küçəyə atıb.

Evi uçurulan Elşən Hüseynov Criminal.az saytına bildirdi ki, bu məsələdə geri çəkillməyəcək, özünü öldürməli olsa da, haqsızlıq edənlərlə mübarizə aparacaq: ”Mənim ev tikdiyim torpaq sahəsi Nizami rayonu ərazisində olsa da, söküntünü Suraxanı rayonu aparıb. Axı niyə? Çünki mənim torpağımda Bakının meri Hacıbala Abutalıbovun gözü var idi. Məhz söküntü əmrini icra edən də elə onun həm qohumu, həm də köməkçisi olan Vüsal İdris oğlu Cəfərovdur”.




E.Hüseynov söhbətə ilk olaraq H.Abutalıbovun onun törpağına necə gözü düşməsindən başladı: ”Mənim torpağım Nizami və Suraxanı rayonlarının sərhəddində yerləşir. Dəqiq ünvan Nizami rayonu, Şərq küçəsi 40/85-dir. Artıq 17 ildir həmin ünvandakı 27 sot torpağı Nizami rayon bələdiyyəsindən icarəyə götürmüşük. Hər il də buna görə dövlət rüsumu ödəyirəm. Hər şey normal idi, problemlər 8 ay bundan qabaq başladı. O vaxtdan ki, Hacıbala Abutalıbov şair Rüstəm Behrudinin qardaşı İlham Behrudigilə qonaq gəlmişdi. Həmin vaxt mənim torpağıma gözü düşüb, İlham Behrudi ilə torpağımın ətrafında xeyli gəziblər və Hacıbala müəllim deyib ki, bu torpaqdan xoşum gəlir. Və beləcə torpağıma müştəri çıxdı”.



Evi uçurulan şikayətçi deyir ki, dünən Bakı şəhər və Suraxanı rayon İcra hakimiyyətinin, polis əməkdaşları iştirakı ilə evi uçuruldu, hamilə həyat yoldaşı küçəyə atıldı, söyülüb-təhqir olundu:”Bu haqsızlığa dözmədim, özümü doğradım. Bu işlərin başında Hacıbala müəllim dayansa da, işi həyata keçirən onun köməkçisi Vüsal Cəfərovdur. Ağ Lexus-la gəlib baş verənlərə maşından tamaşa edirdi. Evi uçurdub getdilər, indi də Suraxanı icra hakimiyyətindən zəng edərək bizi susdurmaq üçün dilə tuturlar”.

E.Hseynov bildirdi ki, evi qanunsuz uçurulub. İş məhkəmədə olub və qərar verilib ki, həmin torpaq sahəsində nə tikinti, nə də söküntü aparıla bilməz. Məhkəmə qararını isə məmurlar heçə saydılar.

”Bu torpağı bizdən almaq üçün nə qədər dona girdilər. İlk olaraq Nazim adlı şəxs BMW X6 ilə gələrək dedi ki, guya torpaq sahəsi onundur. Əlində bir sənədi kənardan göstərdi, amma bilmədik nə sənədidir və kim verib. Sentyabrın 23-də Nazim butulkanı sındırıb xalam oğlunun boğazını yaraladı. Həmin vaxt 276 dəfə 102 xidmətin yığsaq da, əhəmiyyət verən olmadı. Sonradan məlum oldu ki, özünü Nazim kimi təqdim edən şəxs Şirin Rəhman oğlu Abbasovdur. Həmin Şirin Vüsal Cəfərovun adamıdır. Bundan sonra torpağıma Natiq Kərimxan oğlu Kərimov sahib çıxmaq istədi. O da dedi ki, Şirin kimdi, torpaq mənimdi. Bir müddət də bunlarla münaqişə yaşadıq. Suraxanı polisindəki müstəntiq Anar Məmmədov bir gün gəlib hasarımı uçurtdurdu, sonra da məni hədələdi ki, susmasam cinayət işi başlayıb məni həbs etdirəcək”.
Bu gün, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!