"Uşaq pulu bərpa edilsin" - Deputatdan təklif
Sosial
Oxunub: 687
23 noy 2017 | 21:31
"Uşaq pulu bərpa edilsin" - Deputatdan təklif















Azərbaycanda uşaq pulu yenidən bərpa edilməlidir.

Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisdə çıxışı zamanı bildirib.

Millət vəkili bildirib ki, hamiləlik və doğuşa görə, uşağın doğumuna görə ayrılan vəsaitlərin də artırılmasına ehtiyac var.

"Bu sahəyə ayrılan vəsaiti doğulan uşaqların sayına böldükdə hər bir uşağa 45 manat vəsait düşür. Bu da çox kiçik rəqəmdir”.

Millət vəkili bir sıra beynəlxalq təşkilatların Azərbaycanda uşaqların inkişafı ilə bağlı hesabatlarından bəzi rəqəmləri səsləndirərək siyahıda geriləməyimizin həm də uşaqların normal qidalanamaması ilə əlaqədar olduğunu deyib: "Azərbaycanda uşaqların boy artımında gecikmə var. Boy artımında gecikmə təkcə fiziki inkişafın zəif olması deyil, həm də əqli inkişafa da təsir edir. Ümumdünya Səhiyyə Təşkilatının qiymətləndirməsinə görə, Azərbaycan alçaqboylu ölkə hesab edilir. 200 ölkə arasında qadınlara görə 113, kişilərə görə 115-ci yerdəyik. Azərbaycan Pediatriya İnstitutunun açıqladığı rəqəmlərə görə, uşaqların boy artımında 6 faiz gecikmə var. Həmin rəqəmlərə görə uşaqların 55 faizi ana südü ilə qidalanmır. Əlbəttə, bu da ümumi inkişafa təsir edən məqamlardandır. Avropada son illərdə insanların boyu 11 faiz artıb. Bizim boyumuz artmaq əvəzinə azalıb. Avropada orta boy 179 sm, bizdə 172 sm-dir. Bizdə balıq istehlakı Orta Avropadan 3 dəfə azdır”.

Q.Həsənquliyev onu da vurğulayıb ki, uşaqların inkişafı üçün uşaq pulunun bərpasına ehtiyac var: "Biz uşaq pulunu ləğv etdik. Lakin bu məsələyə yenidən baxmalıyıq. Uşaqların normal qidalanması üçün uşaq pulu verməliyik ki, valideynlərin əməkhaqqından asılı olmayaraq, onların normal qidalanması təmin edilsin”.

Millət vəkili əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun ötən gün Milli Məclisdəki çıxışından təəssüf hissi keçirdiyini bildirib: "Səlim müəllim bildirdi ki, 2014-cü ildə prezidentin sərəncamına əsasən, şəhid ailələri və Qarabağ əlillərinin mənzillə təminatı üçün ildə 50-60 milyon manat nəzərdə tutulsa da, bu məbləğ tam təmin edilməyib. Prezidentin sərəncamına görə, bu qrup əhalinin mənzillə təminatı 2019-cü ildə həll edilməli idi. Lakin bu məbləğin nəzərdə tutulan miqdarda ayrılmaması o deməkdir ki, bu şəxslər hələ illərlə növbə gözləməlidirlər. Bu vəsaitin azaldılması əsaslandırılmalıdır. Əgər bunu əsaslandırmısınızsa, prezidentin tapşırığını yerinə yetirin”.
Bu gün, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Bu gün, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Bu gün, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Bu gün, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Bu gün, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Bu gün, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Bu gün, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Bu gün, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Bu gün, 12:09
Tarixi əməkdaşlıq
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ