“Mədinə” tibb mərkəzində bənzəri olmayan rüsvayçılıq
Sosial
Oxunub: 1 839
27 noy 2017 | 01:28
    “Mədinə” tibb mərkəzində bənzəri olmayan rüsvayçılıq













Son vaxtlar televiziya ekranlarında özəl tibb müəssisələrinin “bənzəri olmayan” fəaliyyətləri haqda aparılan davamlı təbliğatlar, bu gün sanki televiziya tamaşaçılarının gözlərinə “soxulmaqdadır”. Amma bu yöndə aparılan təbliğatlar, deyəsən yavaş-yavaş “fiakso”ya uğramaq üzrədir.

Çünki, bu gün bəzi özəl tibb müəssisələrində baş alıb gedən rüsvayçılıq və soyğunçuluq amillərinin varlığını, süründürməçilik hallarını, xəstələrin, yaxud da onların yaxınlarının aldadılmalarını və s. eşitdikcə, sanki dəhşətə gəlirik. Çünki, özəl tibb müəssisələrində əldə olunan “uğurlar”ın elə bir formada təbliğatı aparılır ki, dövlət səhiyyə müəssisələrinin fəaliyyətləri sanki kölgə altında qalır. Xüsusilə səhər saatlarında özəl klinikalardan həkimlərin ayrı-ayrı televiziya kanallarına dəvət olunmaları və onların çalışdıqları klinikaların fəaliyyətindən ağızdolusu danışmaları və s. söylədiklərimizin açıq təsdiqidir. Bu yöndə belə bir təbliğatlar aparılsa da, hələ ki, bəzi özəl tibb müəssisələrinin adı ilə bağlı “ləkə”ləri heç cür silmək mümkün deyil. Belə ki, hələ bir müddət bundan öncə Bərdə şəhəri, M.Nəsibov küçəsi ev-84 ünvanda yaşayan Əhmədov Üzeyir Rəhim oğlu bir çox media qurumlarına söylədiyi açıqlamasında bildirmişdi ki, “2015-ci ildə həyat yoldaşımla birlikdə 2010-cu il təvəllüdlü övladım Əhmədli Elxan Üzeyir oğlunu, ilk əvvəl “Medistair” klinikasının psixatrı işləyən İkram həkimin yanına gətirdik. Buna səbəb, övladımızın nitqinin olduqca qüsurlu olması və rayondakı həkimlərin onun dərdinə əlac edə bilməmələri idi. Həmin vaxt İkram həkim Elxana baxdı və onda “autizm” xəstəliyinin olduğunu bildirdi. Çox keçmədi ki, o, bizi göndərişlə “Mədinə” tibb“ mərkəzinə göndərdi. Adı çəkilən tibb mərkəzində baş həkim Kamran Salayev bizi qəbul etdi və övladımı müalicə edib sağaldacağı vədini də verdi. Hətta, o, üzərinə belə bir öhdəlik də götürdü ki, əgər övladının problemi yüz faiz həllini tapmazsa, o halda ödədiyin pulları geri qaytara biləcəksən. Beləliklə, adı çəkilən tibb müəssisəsində övladımın ilyarım müddətinə müalicəsini həyata keçirsələr də, onun dərdinə əlac edə bilmədilər. Onu da vurğulayım ki, hər aylıq müalicəyə görə “Mədinə” tibb“ mərkəzinə 641$ pul ödəmişəm. Yəni, ilyarım müddət ərzində adı çəkilən tibb mərkəzinə üstüstə 7500$ pul köçürsəm də, son anda hansısa nəticəyə nail ola bilmədik. Onu da bildirim ki, övladımın müalicəsini baş həkim Kamran Salayev və tibb mərkəzinin reablitasiya mərkəzində baş həkim vəzifəsini daşıyan Fidan Talışlı ilə birlikdə həyata keçirirdi.

Elə ki, “Mədinə” tibb mərkəzinə aylıq ödənişləri ödəyirdim, o halda mənə qəbz verirdilər və yuxarı mərtəbəyə qalxarkən,nəzarətçilər verilmiş qəbzləri məndən alırdılar. Bir sözlə, adı çəkilən tibb mərkəzində həkimlər övladımı ilyarım müddətinə müalicə etsələr də, son anda heç bir nəticə əldə etmək mümkün olmadı. Belə olan halda başqa bir həkimin yanına getdik və qısa müddət ərzində, həmin həkimin həyata keçirdiyi müalicənin əhəmiyyətini də gördük. Müalicəni həyata keçirən həkim söhbət zamanı vurğuladı ki, “Mədinə” tibb“ mərkəzində və digər özəl tibb müəssisələrində xəstələrin müalicəsini bilərəkdən uzadırlar. Bu məqsədin arxasında da, həkimlərin valideyinlərdən daha çox pul əldə etmək istəyi durur”.
Üzeyir Əhmədov verdiyi açıqlamasında onu da bildirir ki, “Mədinə” tibb“ mərkəzində övladımın müalicəsi ilə bağlı heç bir nəticə əldə olunmadığını gördüm və Kamran Salayevdən ödəniş etdiyim pulların geri qaytarılmasını tələb etdim. Çünki, ilyarım müddətinə xərclədiyim pullar təkcə 7500$ olmayıb. Ona görə ki, ilyarım müddətinə həyat yoldaşım, digər övladım Bakı şəhərində kirayədə qalmağa məcbur oldular ki, bu da əlavə xərc idi. Bu gün də ödəniş etdiyim pulları geri qaytarmaq istəsəm də, Kamran Salayev “ödəniş etdiyin pullar heç vaxt geri qaytarılmayacaq, get nə bilirsən onu da et” deyir. Təəccüblü haldır, görəsən bu gün alıb-aldatmaq zamanıdır?”

Ümumi şəkildə baş verənləri təhlil etdikdə belə bir qənaətə gəlmək olur ki, Üzeyir Əhmədovun bu cür “oyuna” salınmasının kökündə “Medistair” klinikasında psixatr işləyən İkram həkimlə, “Mədinə” tibb“ mərkəzinin baş həkimi Kamran Salayev arasında əksəriyyətə bəlli olmayan “işbirliyi” əsas rol oynayıb ki, bunun da ağrı-acısı hələ də hiss olunmaqdadır.

Açıqlamada adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək