Kərə yağı ilə bağlı gizli oyun: hökumət idxal rüsumunu 3 dəfə azaldır, ancaq yağ indidən 1 manat qalxdı - Nə baş verir?
Sosial
Oxunub: 5 457
27 noy 2017 | 14:58
Kərə yağı ilə bağlı gizli oyun: hökumət idxal rüsumunu 3 dəfə azaldır, ancaq yağ indidən 1 manat qalxdı - Nə baş verir?












Bakı mağazalarında kərə yağının qiymətində son bir neçə gündə artım müşahidə olunur.

Mia.az xəbər verir ki, dekabrın əvvəlindən kərə yağının idxalına qoyulan gömrük rüsumu 3 dəfə azaldılır, amma alıcılar "BBC Azərbaycanca”ya indidən qiymət artımı hiss etdiklərini deyir.

Mağaza sahibləri qiyməti onların artırmadığını, idxalçı firmalardan son dəfə mal qəbul edərkən qiymətin artdığını gördüklərini deyir.

İdxal şirkətləri və yerli firmalar qiymət artımı iddialarını rədd edirlər.

Ekspertlərin fikrincə isə, rüsumun azaldılması qiymətə heç bir təsir göstərməyəcək, çünki ölkədə monopoliya var.

"Nə baş verib ki, birdən-birə bu qədər qalxıb?"

Aıcılar deyir ki, hazırda bir çox mağazalarda həm yerlı, həm də idxal kərə yağlaırnın qiymətində təxminən "1 manat artım müşahidə olunur".

""Anchor" yağının kilosu 1 həftə əvvəl 16 manat 90 qəpik idi, nə baş verdi ki, indi 17 manat 90 qəpik olub?", - deyə alıcılardan biri BBC-yə şikayətlənib.

Radionun müxbiri mağazalara baş çəkib və Anchor yağının paketləşdirilmiş 1 kilosunun qiymətinin 17.95 manat olduğunu görüb. Şəhərətrafı qəsəbələrin birində yerləşən və adının çəkilməsini istəməyən kiçik mazağa sahibi deyir ki, qiyməti onlar artırmayıb: "Biz sonuncu dəfə malı əvvəlkindən artıq qiymətə götürdük, səbəbini bilmirəm".

Kərə yağının qiymətinin qalxması dekabrdan bu məhsulun idxalına gömrük rüsumunun azaldılacağı ilə bağlı qərarın elanından sonraya təsadüf edir. BBC Azərbaycancaya danışan alıcılar ucuzlaşma gözlədikləri halda qiymət qalxmasını müşahidə etdiklərinə təəccübləniblər.

"Bahalaşma səbəbi inhisardır"

"Deyək ki, malın qiyməti 5 dollar göstərilirsə, onun dəyərindən 15 faiz yox, 5 faiz tutulacaq. On faiz qiymətə elə də ciddi təsir edə bilməz", - deyən iqtisadçı Nazim Baydəmirli hesab edir ki, gözlənən rüsum azalması kərə yağının qiymətini az da olsa ucuzlaşdırmalı idi, amma əksi baş verirsə, bu, inhisarçılıqdan xəbər verir. O, deyir ki, qiyməti bahalaşdıran və ucuzlaşmağa qoymayan "məmur sahibkarlığıdır".Kərə yağı ilə bağlı gizli oyun: hökumət idxal rüsumunu 3 dəfə azaldır, ancaq yağ indidən 1 manat qalxdı - Nə baş verir?Ekspert onu da bildirir ki, əsasən, Ümumdünya Ərzaq Təşkilatının statistikasına istinad edilir: "Orda Azərbaycana hansı ölkələrdən yağ gətirildiyi göstərilir. O rəqəmlərlə Azərbaycanda rəsmləşdirilən qiymət arasında bir neçə dəfə fərq görünür".

Ölkəyə yağ istehsal edən şirkətlərin nümayəndələri "BBC Azərbaycan”a məhsulun qiymətində artım olmadığını söyləyirlər.

"Kərə yağlarını Belarusiyadan, Ukraynadan gətiririk. Həmin yağlarda heç bir bahalaşma müşahidə olunmur. İki səbəbdən bizim idxal etdiyimiz yağlar daha ucuzudr. Birinci səbəb odur ki, MDB ölkələrindən gətirlən yağlar idxal rüsumundan azaddır. İkinci səbəb isə odur ki, logistik xidmətin göstərilməsi daha ucuz başa gəlir", – Veysəloğlu şirkətindən BBC Azərbaycancaya bildiriblər.

Yerli yağ istehsalçısı "Səba" şirkətlər qrupunun marketinq şöbəsindən BBC Azərbaycancaya deyirlər ki, son 6 ayda südün qiyməti 2 dəfə artıb. Amma onlar son günlərdə məhsulun qiymətini artırmadıqlarını deyirlər.

İqtisadiyyat Nazirliyi sualları cavablandırmayıb.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...