İqtisad Universitetində sular durulmur - GİLEY
Sosial
Oxunub: 556
27 noy 2017 | 15:27
İqtisad Universitetində sular durulmur - GİLEY














Azərbaycan Dövlət İqtisad Universitetinin rus dili kafedrasının müəllimi Zərifə Yaqub qızı Mansurova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, surəti Azərbaycan Respublikasının I vitse-prezidenti Mehriban Arif qızı Əliyevaya, surəti Azərbaycan Dövlət İqtisad Universitetinin Rektoru Ədalət Cəlal oğlu Muradova və "Təzadlar" qəzeti redaksiyasına müraciət göndərib.

Müraciətdə deyilir:

"Hörmətli Cənab Prezident!
Bildirirəm ki, Sizə ünvanlandırdığım müraciət tədbir görülməsi üçün Təhsil Nazirliyinə tapşırıldığına baxmayaraq göstərdiyim qanunsuzluqlar onlar tərəfindən yoxlanılmadan ümümi qaydada cavablandırılmışdır (surəti əlavə olunur).
Azərbaycan Dövlət İqtisad Universitetində yaranan acınacaqlı vəziyyət barədə həm də informasiya xarakteri daşıyan sizə növbəti müraciətimin səbəbi rus dili kafedrasının müdiri Rzayeva Gülnarə Namiq qızı, tədris və təlim texnologiyaları üzrə prorektor Bağırov Damət Abbas oğlu və İnsan Resursları şöbəsinin müdiri Qəhrəmanov Nizami Əmir oğlunun ixtisasca hüquqşunas olmadığı üçün bu kimi səhvlərə yol verib, tərcüməçi olan müəllim vəzifəsinə işə götürülüb, müəllim isə tərcüməçi işinə təyin edilir) birgə guya ki, prosedur qaydalarını yerinə yetirdikləri "Böyük kələk layihəsi"ndən xəbərdar etməkdi. Belə ki, onlar müəllim və işçilərə universitet daxili daimi iş yerlərini müvəqqəti iş yeri ilə əvəzləməkləri barədə ərizə imzalatmağa çalışırlar. Məqsəd isə həmin daimi iş yerlərini azad etməklə yeni vakant yerlər ayırmaq və yeni işçi götürmək üçün rəhbərliyə (yəni özlərinə) şərait yaratmaqdır. Hal hazırda işçilərə bu üsul artıq tətbiq olunub, mənə isə zəng vuraraq həmin ərizəni yazmağa məcbur edirlər, əks halda işdən çıxarılmaqla hədələyirlər.
Xahiş edirəm mənə köməklik edəsiniz, çünki onlar 1980-ci il avqust ayının 15-dən bu günədək fasiləsiz pedaqoji fəaliyyətimi dayandırmaq istəyindədirlər. Əks halda kafedrada "reytinq" adı altında dərs saatları bölgüsünü alver mənbəyinə çevirməyə yüksək professionallıqla davam ediləcək, qalan dərs saatları gizlədiləcək və biz də rəhbər vəzifədə olanların növbəti dələduzluq addımının qurbanına çevriləcəyik. Sizə böyük inamla və ümidlə müraciət edən rus dili kafedrasının müəllimi Zərifə xanım Yaqub qızı Mansurova.

Redaksiyadan: məsələ ilə bağlı Təhsil Nazirliyinin mövqeyini öyrənməyə çalışırıq... \\tezadlar.az\\
Bu gün, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Bu gün, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Bu gün, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Bu gün, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Bu gün, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Bu gün, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Bu gün, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Bu gün, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Bu gün, 12:09
Tarixi əməkdaşlıq
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ