“Melissa Park”a qarşı fırıldaq ittihamı… - İDDİA
Sosial
Oxunub: 522
28 noy 2017 | 13:59
“Melissa Park”a qarşı fırıldaq ittihamı… - İDDİA















Paytaxtda fəaliyyət göstərən tikinti şirkətləri “4,4 % effektiv üsul” adı ilə müştəriləri aldadır. Belə ki, Xırdalan, Yeni Günəşli, Nizami, Yasamal və Biləcəri ərazilərində inşa edilən binalardakı mənzillər bazar qiymətindən dəfələrlə baha qiymətə satılır.
“Melissa Park” kimi inhisarçı tikinti şirkətləri hazırda bu yolla müştəriləri özlərinə cəlb etməyə çalışır. Xırda hesablama aparaq: “Melissa Park” yaşayış komleksində (Həsən bəy Zərdabi, küç 92A) mənzilin bir kvadratının qiyməti mərtəbədən asılı olaraq 1560-1790 manat arası dəyişir.
Kompleksdən 92.9 kv.m sahəsi olan mənzili almaq istəsəniz hər kv. metr üçün 1790 ödəməlisiniz. Mənzilin tam dəyəri – 92.9×1790=166,291 manat edir.
İlkin ödəniş 10 % (16,629 manat) ödəsəniz, yerdə qalan məbləği (166,291 – 16629 = 149,662 manat) 20 il hər ay 1251 manat ödəməlisiniz.
Beləliklə müştəri 20 il ərzində 1251 x 240 ay = 300,439 AZN toplam ödəniş həyata keçirəcək. Bunun 149,662 manatı əsas məbləğ, 150,777 manatı isə faiz məbləğidir. Beləliklə, dəyəri (baha olmasına baxmayaraq) təxminən 166 min manat olan mənzil üçün hər bir müştəri 150 min manat (təxminən evin şişirdilmiş dəyəri qədər) faiz ödəməlidir.
Tikinti şirkətlərinin reklam fırıldağına münasibət bildirən iqtisadçı Vüqar Bayramov dünyanın heç bir yerində bu qiymətə və belə yüksək faizlə işləyən tikinti şirkətlərinin olmadığını deyib:
“Effektiv faizlər birbaşa müştəriləri aldatmaq və onları real (nominal) olmayan faizlər ilə cəlb etmək məqsədi daşıyır. Əgər müştəri 4,4 faizlə kredit götürə bilməyəcəksə, mənzil və ya avtomobil kreditini rəsmilləşdirən zaman daha yüksək faizlərlə rastlaşacaqsa, belə saxta faizləri elan etmək biznesin ən adi etik prinsiplərinə ziddir. Təbii ki, kredit üzrə effektiv faiz 4,4 faizdirsə, o zaman real faiz şərtlərdən asılı olaraq 2 dəfəyə yaxın çoxdur. Maraqlıdır ki, ötən il Mərkəzi Bank yalnız effektiv faizin qadağan edilməsi barədə banklara məktub göndərsə belə, yenə də müştərilərin aldadılması davam edir. Bu şirkətlər hətta müştəriləri cəlb etmək üçün mənzil və ya avtomobillərin effektiv qiymətlərini elan etsələr, təəccüblənməyin. Məsələn, avtomobil 15 min manat effektiv qiymətə təklif edilir. Avtomobili alanda real qiymətin 25 min manat, elan edilənin isə effektiv qiymət olduğunu bildirəcəklər. Təəssüf ki, bəzi şirkətlər biznes etikası və ya müştəri məmunluğunu deyil, qısa zamanda daha çox gəlir əldə etməyi hədəfləyirlər” (Axar.az).
Bu gün, 10:25
Gənc həkim “Bitcoin”ə görə özünü öldürdü - FOTO
Bu gün, 10:17
Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA
Bu gün, 10:07
Ərdoğan təcili kabinetini toplayır
Bu gün, 09:33
Erməni deputat vətəndaşla dalaşdı - VİDEO
Bu gün, 09:29
Azərbaycanda bu şəxslər 500 manat CƏRİMƏ EDİLƏCƏK
Bu gün, 09:25
Qurban Qurbanovun görüntüsü GÜNDƏM OLDU - VİDEO
Bu gün, 09:00
Zəngəzur dəhlizinin inşasının yeni görüntüləri - VİDEO
Dünən, 16:00
Yeni müharibələr və Azərbaycan - NƏ ETMƏLİ?
Dünən, 15:30
Üçüncü dünya müharibəsi ehtimalı-Azərbaycan nə etməlidir? - İNCƏLƏMƏ
Dünən, 14:22
3-cü Dünya müharibəsi Cənubi Qafqaza yaxınlaşır: Azərbaycan belə qoruna bilər - AKTUAL
Dünən, 13:44
Tehranın "qisas"ı: ABŞ-İsrail-İran səhnəsi - GÖRÜNMƏYƏN MƏQAMLAR
Dünən, 13:24
Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilərək yenidən qurulacaq
Dünən, 12:23
Astana İrəvanla Bakıya dəstək verməyə hazırdır - Tokayev
Dünən, 12:19
Təhlükə var: Çölə çıxmayın! - İki gün boyunca…
Dünən, 12:06
İsrail İranın hücumuna tezliklə cavab verəcək - WSJ
Dünən, 12:01
İrəvan və Astana qardaşlaşmış şəhərlər oldu
Dünən, 11:12
COP29 Bakı Olimpiya Stadionunda keçiriləcək - RƏSMİ
Dünən, 11:08
Dollar bahalaşır - SƏBƏB
Dünən, 10:56
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın anım günüdür
Dünən, 10:38
May ayında 10 gün iş olmayacaq
Dünən, 10:31
Azərbaycanlı aparıcı həmcinsi ilə nişanlandı - FOTO
Dünən, 10:28
Türkiyədə bələdiyyə sədri həbs olundu - FOTO
Dünən, 10:00
Zelenskidən çoxmənalı paylaşım: Dünyada istənilən raketləri dayandırmaq üçün...
Dünən, 09:43
İranın hücumundan sonra neft qiymətləri düşür
Dünən, 09:39
Azərbaycanda zəlzələ olub
Dünən, 09:35
“Danışılmış savaş” iddiası – Aradakı sekundantların Vaşinqton və Ankara olduğu deyilir
Dünən, 09:19
ABŞ Rusiya və Çinin ortaq qatılacağı savaşdan çəkinir: Ağ Ev Yaxın Şərqdə yeni "qırmızı cizgiləri" təyin etdi