“Bakı küçələrində elə adamlar dilənir ki, villaları belə var” - Sabiq polis rəisi
Sosial
Oxunub: 523
29 noy 2017 | 14:44
“Bakı küçələrində elə adamlar dilənir ki, villaları belə var” - Sabiq polis rəisi












Sabiq polis rəisi, kriminalist Mahmud Hacıyev Bakı küçələrindəki dilənçilərlə bağlı maraqlı açıqlama verib.

Azerinfo.az xəbər verir ki, o, modern.az-a açıqlamasında küçələrdəki dilənçilərin bəzilərinin villasının belə olduğunu deyib: "İşsizlik artmaqdadır, bunu heç kim inkar edə bilməz. Amma bir neçə yerdə evi, hətta villası olan dilənçilər də mövcuddur. Elə insanlar var ki, dilənçilik onlar üçün vərdişə çevirilib. Onlara ev də, maşın da, lap pul da versən, yenə də dilənəcək. Amma bir çörək üçün əl açıb dilənənlər günümüzün reallığıdır. Onları bu yoldan çəkindirmək isə dövlətin əlindədir. Əvvəllər belə fikirlər vardı ki, dilənənlər qaraçıdır. Amma indi dilənənlərin əksəriyyəti azərbaycanlı qadınlardır. Axşam saatlarında metro çıxışlarında, yol ayrıclarında, işıqforların yanında durub, xarici maşın görəndə atılırlar üstünə. Bir qəpikdən ötrü min dil tökürlər. Bunların hamısı sosial-iqtisadi durumla əlaqədar olan problemlərdir. Amma bu, Azərbaycanda kütləvi xarakter daşımır”.

Kriminalist deyib ki, hansısa məsuliyyətə cəlb etməklə məsələni kökündən həll etmək olmaz:

"Həbs etməklə, qadağalar qoymaqla onların qarşısını almaq olmaz. Kimisə tutub 15 sutka iş kəsməklə nə ictimai-inzibati xətaların, nə də cinayət tərkibli əməlin qarşısını almaq olar. Artıq bu cür metodlar effektli deyil. Müasir dövrümüzdə bütün problemlərin həlli hüquqi dövlətlərdə olduğu kimi təkliflərdən, profilaktik tədbirlərdən keçir. Artıq biz anlamalıyıq ki, cəza problemin qarşısını almaq metodu deyil, yalnız müvəqqəti üsuldur. Məsələni kökündən həll etmək üçün isə sivil metodlardan istifadə etmək lazımdır”.
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO