İcra başçısı “Razin talkuçkası”nı niyə sökmür? - FOTOLAR
Sosial
Oxunub: 581
30 noy 2017 | 13:58
İcra başçısı “Razin talkuçkası”nı niyə sökmür? - FOTOLAR















…Bura Bakıxanov qəsəbəsinin düyün nöqtəsidir. O düyün ki, Sabunçu rayon icra başçısı Adil Vəliyev də ya çözmür ya da çözə bilmir.

Amma bir səhər ordan keçəndə ərazinin buldozerin qabağına verilib şumlandığını görsələr çoxlarının ürəyincə olacaq. İlk dəfə Bakıda bir obyektin sökülməsi sakinləri qane edir.

Amma Sabunçunun icra başçısı Bakıxanov sakinlərinə və sürücülərə bu sevinci yaşatmağı çox görür.

Səbəbi məlum olmasa da, faktiki olaraq sözügedən yeri köçürmək müşkülə çevrilib. AzEuroNews.com-un məlumatına görə, söhbət Bakıxanov ticarət mərkəzindən gedir.

El arasında “Razin talkuçkası” adlanan yarmarkanın ərazisindən reportaj hazırlayarkən yerli sakinlər və sürücülərin birmənalı olaraq dediyi budur ki, ticarət məkanını köçürsünlər.

Hər gün tıxaclara, nəqliyyatın dəhşətli sıxlığına səbəb olan bu “talkuçka”nın saxlanmasının iqtisadi əsasları da yoxdur.

Bu massivdə xeyli sayda mağazalar, ucuz geyimlər satılan dükanlar var. Müştərilər də məhz onlara müraciət edirlər.

Bakıxanov ticarət mərkəzi uzun müddətdir ki, alıcı üzündən korluq çəkir. Üstəlik, qiymətlərin bahalığı yarmarkada süstlüyə səbəb olub.

Heç kəs yaxınlıqdakı ucuz mallar satılan mağazaları qoyub bu bazara girməz. Odur ki, ticarət mərkəzinin işləməsinin tək mənası tıxaclara səbəb olmaqdır.

Əslində, Sabunçu RİH başçısı Adil Vəliyev Fərhad Mirzəyev adlı iş adamına məxsus olan həmin ticarət mərkəzini bir dəfə sökdürməyə cəhd edib. Ancaq elə bir haray-həşir qoparıldı ki, icra hakimi geri çəkilməli oldu.

İş adamına da tapşırıq verildi ki, ərazini sahmana salsın. O da ilk vaxtlarda müəyyən qədər bazarın qabağına əl gəzdirdi. Amma nə tıxaclara son qoyuldu, nə də ərazidəki tör-töküntüyə…

Hazırda bazarın ətrafında hər gün tıxaclar, sıxlıq hökm sürür, maşın saxlamağa yer tapmaq olmur, avtobuslar onsuz da darısqal olan yolun hərəkət hissəsini zəbt edirlər və beləcə bu istiqamətdə bir xaos yaşanır.

Hələ bu azmış kimi, Bakıxanov TM-nin gedən yollar bərbad gündədir: çala-çuxur, yamaq-yamaq, səs-küy, piyadalar maşınların üstünə qaçır, avtomobillərlə avtobuslar bir-birinin yoluna girir və hər saat orada dözülməz vəziyyət hökm sürür.

Sakinlər deyirlər ki, “Razin talkuçka”sı indi dəbdə deyil və ora getmirlər. Qiymətlər də bahadır deyə ətrafdakı mağazalardan alış-veriş edirlər.

Bu halda bazarın saxlanması mənasızdır. Ticarət mərkəzini sökmək, sahibkarları ayrı-ayrı ticarət obyektlərinə yerləşdirmək, yolu genişləndirmək olar.

Qarmaqarışıqlıq, avtobusların siqnal səsindən qulaq batırması, natəmizlik, antisanitariya, insan selinin xaotik hərəkəti bu ərazini dəhşətli bir məngənəyə çevirib.

Bakıxanov bazarı 1995-ci ildən “Azəribiznes” adlanan qurumun tərkibində fəaliyyət göstərir, 4 hektarlıq ərazini əhatə edir.

Yarmarkaya bitişik bir neçə ticarət obyekti tikilib. Onların da “Razin talkuçkası”nın rəhbərliyinə aid olduğu söylənir.

Beləcə, 4 hektar ərazi iki tərəfli yolun tən ortasında bir obyektin qurbanına çevrilib. Elə satıcıların da işləri yaxşı getmir. Onların qazancı yer pulunu güclə ödəyir.

Bu bazarın varlığı yalnız yarmarka sahibini qane edir. Sakinlər və sürücülər isə Sabunçu icra başçısının bu bazarla bağlı qərar verəcəyi günü səbirsizliklə gözləyirlər…İcra başçısı “Razin talkuçkası”nı niyə sökmür? - FOTOLARİcra başçısı “Razin talkuçkası”nı niyə sökmür? - FOTOLARİcra başçısı “Razin talkuçkası”nı niyə sökmür? - FOTOLARİcra başçısı “Razin talkuçkası”nı niyə sökmür? - FOTOLARİcra başçısı “Razin talkuçkası”nı niyə sökmür? - FOTOLARİcra başçısı “Razin talkuçkası”nı niyə sökmür? - FOTOLAR
Bu gün, 17:25
Hikmət Hacıyev: "Sülh heç vaxt olmadığı qədər yaxındır, lakin buna mane olurlar"
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)