“Nardaranda bir-birini bıçaqlayıb bunu öz “qanun”ları ilə həll edirdilər” — “Nardaranda bir-birini bıçaqlayıb bunu öz “qanun”ları ilə həll edirdilər”
Sosial
Oxunub: 462
1 dek 2017 | 10:06
“Nardaranda bir-birini bıçaqlayıb bunu öz “qanun”ları ilə həll edirdilər” — “Nardaranda bir-birini bıçaqlayıb bunu öz “qanun”ları ilə həll edirdilər”














“Nə qədər acı olsa da, etiraf etməliyik ki, Nardaranda uzun illər qayda-qanun olmayıb. Bu qəsəbənin sakinləri uzun illər dövlət qanunlarına hörmətsizlik nümayiş etdiriblər”.
Bu barədə APA-ya müsahibəsində Sabunçu rayon Polis İdarəsinin rəisi, Nardaran əməliyyatının iştirakçısı, polis polkovniki Eldar İlyasov deyib.

O bildirib ki, hələ müstəqillik illərindən əvvəl Nardaranda sovet qanunları belə işləmirdi:

“O zamanlar da Nardaran sakinləri hökuməti tanımırdı və qəsəbə “dədə-baba” qanunları ilə idarə olunurdu. Vətəndaşlar bu qəsəbədə qanunla, icra hakimiyyətinin müvafiq sərəncamı ilə onlara verilmiş torpaqlarda ev tikə bilmirdilər.

Bir qrup qəsəbə sakini həmin vətəndaşı açıq-aşkar hədələyirdi, ölümlə təhdid edirdi. Deyirdilər ki, bura bizim dədə-baba torpaqlarımızdı, burda ev tikə bilməzsən, əgər tikəcəksənsə, o evi yandıracağıq.

Təbii ki, bütün bunlar dövlətimizin nəzarətində idi. Qəsəbə sakinləri ilə daim profilaktiki söhbətlər aparılırdı, onlara ölkənin qanunları izah edilirdi, bir sözlə, qəsəbədə nizam-intizam yaratmağa çalışırdıq. Təəssüflər olsun ki, qəsəbə sakinləri dövlət qanunları ilə hərəkət etmək istəmirdilər. Onlar başa düşmürdülər ki, Azərbaycanın dövlətinin qanunları var və bu qanunları heç kim poza bilməz”.

Polis rəisi bildirib ki, 2015-ci ilədək Nardaranda təhsil yox səviyyəsində idi.
“Nardaranlılar hər zaman uşaqlarının təhsil almasının əleyhinə olublar. Onlar qız uşaqlarını ümumiyyətlə dərsə göndərmirdilər. Valideynlər azyaşlı uşaqlarını dini mərasimlərə aparırdı, lakin məktəbdə təhsil almağa göndərmirdilər. Bu gün isə vəziyyət tamam dəyişib.

Polis Nardaranda yalnız təhlükəsizlik işləri ilə məşğul olmur. Polis həm də təhsildən yayınan uşaqların ailələri ilə maraqlanır. Uşaqların məktəbə getməsi üçün valideynlərlə danışıqlar aparır. Hətta elə valideynlər olub ki, bəhanə ediblər ki, paltarı olmadığı üçün uşağını məktəbə göndərə bilmirlər. Polis həmin uşaqların geyimini təmin edib. Baxırsan ki, yenə o valideynlər uşaqlarının təhsil almasını istəmirlər.

Aparılan təbliğat işləri nəticəsində 2016-cı ildə təhsildən yayınan əksəriyyəti qız uşağı olmaqla 55 nəfərin hamısı yenidən məktəbə qaytarılıb. 2017-ci ildə isə təhsildən yayınan 23 nəfərdən 20-si məktəbə qaytarılıb. Qalan 3 nəfər isə yaşayış yerini dəyişdirdiyi üçün başqa məktəblərə gedib. Bu gün Nardaran məktəbində davamiyyətə 100 % əməl olunur.

Onu da qeyd etməliyəm ki, əvvəlki illərdə Nardaran sakinləri hərbi xidmətdən yayınırdılar. Bu qəsəbədə gənclərin heç biri əsgər getmirdi. Həyata keçirilən tədbirlərlə 2016-cı ildə hərbi çağırışdan yayınan 765 nəfərdən 761 nəfərinin hərbi xidmətdə iştirakı təmin olunub. Bu il isə çağırışdan yayınan 660 nəfərdən 620-nin hərbi xidmətə getməsi təmin edilib. Qalanları müxtəlif səbəblərə görə hərbi xidmətə düşməyənlərdir”.

Eldar İlyasovun sözlərinə görə, Nardaran sakinləri 2015-ci ilədək birmənalı olaraq kommunal xərcləri ödəmirdilər:

“Qəsəbə sakinləri ilə aparılan profilaktiki tədbirlər nəticəsində 2016-cı ildə 43 min 608 manat, bu il isə 13 min 819 manat (ümumilikdə 54 min 427 manat) dövlət nəfinə pul ödəyiblər.

Əvvəlki illərdə Nardaran sakinləri arasında polisə müraciət edən demək olar ki, olmurdu. Onlar problemlərini öz “qanun”ları ilə həll edirdilər. Son hadisələrə qədər bu qəsəbədə cinayət törədən şəxslər məsuliyyətdən yayınırdı. Kimsə kiməsə bıçaqla xəsarət yetirdikdə onlar bunu öz aralarında həll edirdilər. Bunların “qanun”ları ilə bıçaqlanan şəxs sağaldıqdan sonra onu bıçaqlayanı bıçaqlamalıydı, bununla da iş bitirdi. Nardaranda belə bir özbaşınalıq hökm sürürdü. Lakin artıq belə deyil”.
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb