Azərbaycanlı milyonçunun adını daşıyan küçədən şikayət var
Sosial
Oxunub: 1 240
16 yan 2015 | 00:00
"Səhər Allah qoysa, burda bir dənə zibil olmayacaq"

Şabranda Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri zibilin təmizlənməməsindən şikayətçidirlər. Vəziyyət o həddə çatıb ki, Milli Qəhrəmanın ana və bacısı küçələrindəki zibillik əlindən köçüb getmək istəyir.
ANS TV-nin məlumatına görə, zibilxanaya çevrilən Şabran şəhərinin Hacı Zeynalabdin Tağıyev küçəsidir. Məşhur milyonçu Zeynalabdin Tağıyevin Xaçmazdan çəkdirdiyi Şollar su kəməri də məhz bu küçənin yaxınlığından keçir, xeyriyyəçi indi sağ olsaydı, yəqin ki, tərəddüd etmədən su kəmərinin ağzını bu tərəfə çevirərdi ki, bəlkə zibil yığınını yuyub apara. Amma çətin ki, su, it-pişik cəmdəyi, dəri tikələri ilə dolu olan bu çirkabı təmizə çıxarsın. Artıq uzun müddətdir ki, antisanitariya da yaşamaq məcburiyyətində qalan Milli Qəhrəman Roman Yusifovun ailəsi də bu dəhşətli üfunətdən canını qurtarmağın yolunu köçüb getməkdə görür.
Şikayətçi Kübra Yusifova yaranmış vəziyyətin dözülməz olduğunu dedi: "Burda yaşamaq mümkün deyil. Necə yaşayım? Bu zibilliyin əlindən yaşamaq mümkün deyil".

Şikayətçilər küçədəki zibilliyin tam təmizlənərək buraya zibil qutularının qoyulmasını tələb edirlər.

Şabranın adla tanınan dırnaqarası məşhur zibilliyinə yerli aidiyyatı qurumların nümayəndələrin də gəldilər. Şabran yaşıllaşdırma və təmizlik idarəsinin rəisi Zahir Məmmədov dedi ki, küçəyə hələlik zibil qutuları qoymaq mümkünsüzdür.
Şabran şəhər icra nümayəndəliyinin mühəndisi Vüsal Rüstəmov isə küçəyə zibil qutularının qoyulması məsələsinə baxılacağını dedi.
"Zibilin son vaxtlar burda yığılıb qalmasının səbəbi ola bilər ki, bir neçə gündür havanın soyuq və qarlı olması ilə əlaqədar. Səhər Allah qoysa, burda bir dənə zibil olmayacaq".
Hacı Zeynalabdin Tağıyevin adını daşıyan küçənin zibil yığınından təmizlənməsi üçün qurumlar vəd verdilər. Bu vədi yerinə yetirməmək isə həm Tağıyevin ruhuna, həm də rayon rəsmilərinin öz vəzifələrinə hörmətsizlik olar.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO