""Evdən girib çıxanda yarıyadək camura batırıq"" - FOTOLAR, VİDEO
Sosial
Oxunub: 551
9 dek 2017 | 23:39
""Evdən girib çıxanda yarıyadək camura batırıq"" - FOTOLAR, VİDEO














Redaksiyamıza üz tutan bu xanım anlatdıqlarını daşa danışsaydı, daş əriyərdi. Amma nədənsə onun dedikləri bizim bəzi məmurların, səlahiyyət sahiblərinin ürəyindəki buzu əritmir.

İllərdir Binəqədi rayon İcra Hakimiyyətinin, Binəqədi rayon Bələdiyyəsinin yollarında get-gəldədir. Di gəl, dərdinə əlac edən, problemı yoluna qoyan tapılmır.

"Evdən girib çıxanda yarıyadək camura batırıq"""Evdən girib çıxanda yarıyadək camura batırıq"" - FOTOLAR, VİDEOSarıtel Şükürova. Həyat yoldaşı 1992-ci ildə Qarabağ savaşında, Füzuli ətrafında gedən döyüşlərdə şəhid olub. Böyük çətinliklərlə iki övladını ərsəyə gətirib. O zamanlar indiki Bayraq meydanı yerləşən ərazidə yaşayırmış. Amma sonra həmin ərazini satıb Binəqədi ərazisinə köçmək məcburiyyətində qalıb. Özü demiş, həyatının əsl cəhənnəmi də elə ondan sonra başlayıb: “2011-ci ildə Dövlət Bayrağı Meydanı tikiləcək deyə evi satmalı oldum. Orda üzü dənizə baxan gözəl mənzərəli evim vardı. Dedilər, satmalısız! Mən də razılaşmalı oldum. Kvadratı 1500 manatdan pul ödədilər. Halbuki evimi daha baha qiymətə satıb özümə normal yaşayış yeri ala bilərdim. Bu zilləti, əziyyəti də çəkməzdim. Pulum çatmadığı üçün buranı - Binəqədi rayonu Rəsulzadə qəsəbəsindəki (Binəqədi şossesinin sol yanındakı yaşayış massivi) ev aldım. O gündən bu günə biz kanalizasiya suyu, çirkab, üfunət üçündə boğuluruq. Yağış yağan kimi ətrafın bütün çirkli suları, qapqara kanaliasiya suyu həyətimizə axır. Həyətimiz yarım metrdən də yuxarı çirkli suyun içindədir. Payız başlayan kimi biz evdən bayıra çıxa bilmirik. İki gündür yenə dəhşətli vəziyyətdəyik. Gücümüz ancaq suyu motorla sovurub çıxarmağa çatır. Onun üçün də hər ay filan qədər işıq pulu ödəməyə məcbur oluram. Hazırda 390 manat işıq pulu yazıb. Mən o qədər pulu nə ilə, necə ödəyim? “""Evdən girib çıxanda yarıyadək camura batırıq"" - FOTOLAR, VİDEOŞikayətçi xanım deyir ki, küçə həyətdən də bərbad vəziyyətdədir: “Kanalizasiya suyundan yaranan gölməçələr, qurunt sularının hamısı küçəyə, ordan da həyətimizə axır. Evdən çıxıb bir yana getmək istəsək, yarıyadək çamura, çirkli suya batırıq. İllərlə iki uşaqla burda zülüm çəkmişəm. Amma nə dərdimizə yanan var, nə də problemi həll eləyən…”

“Skoro” keçə bilmədi, 24 yaşlı qızım qucağımda keçindi”""Evdən girib çıxanda yarıyadək camura batırıq"" - FOTOLAR, VİDEOƏn dəhşətlisi isə iki il bundan əvvəl baş verib. Ərazini çirkli su basdığı üçün şəhid ailəsinin həyətinə, evinin ətrafına nə taksi, nə də təcili yardım maşını yaxın düşə bilir: “2015-ci ildə məhz bu şəraitsizlik, yolun bərbad olması, hər yerdə göllənən çirkli sulara görə təcili yardım maşını bura girə bilmədi. 24 yaşlı cavan qızım üçün çağırdığım “skoro” küçəyə gələ bilmədiyinə görə balam qucağımda keçindi. (ağlayır) Əgər yol normal olsaydı, bəlkə də onu xilas eləmək olardı…”

"Döymədiyim qapı qalmayıb, İcra Hakimiyyəti, Bələdiyyə…"""Evdən girib çıxanda yarıyadək camura batırıq"" - FOTOLAR, VİDEO“Vəziyyətlə bağlı ağız açmadığım idarə, qapısını döymədiyim yer qalmayıb. Dəfələrlə icra hakimiyyətinə müraciət eləmişəm. Bələdiyyə sədri, nümayəndələri, daha kimləri deyim, Mübariz müəllim, İsrafil müəllim… Hamısı burdakı vəziyyətdən xəbərdardırlar. Qalstuklu kişilər gəlib baxırlar, hər dəfə deyirlər, “tədbir görəcəyik”, amma heç bir dəyişiklik yoxdur. Hər gələn bir bəhanə eləyib çıxıb gedir. Biz də ümidlə gözləyirik ki, bu ay düzələr, o biri ay həll olunar…Amma belə illər keçir, heç nə dəyişmir. Daha yorulmuşam. bu şəraitdə yaşamaqdan astma xəstəliyinə tutulmuşam. Bir oğlum var, indi o da xəstədir”.

Sarıtel Şükürova deyir ki, şəhid ailəsi olaraq indiyə qədər heç bir məsələ üçün heç kimə ağız açmayıb: “Mən onlardan nə istəyirəm axı? Yardım istəmirəm, pul istəmirəm. İndiyədək yardıma verdikləri heç nəyi almamışam. Qapılarda, evlərdə işləməli də olsam, ailəmi dolandırmışam. Amma bu məsələ mənim gücüm yetəcək iş deyil. Bu, vəzifədə oturanların, bunu görməyə borclu olanların işidir. Mənim həyat yoldaşım torpaq uğrunda ona görəmi canından keçdi ki, ailəsinə belə laqeyd, biganə münasibət göstərsinlər? Balası laqeydliyin, baxımsızlığın qurbanı olsun?”""Evdən girib çıxanda yarıyadək camura batırıq"" - FOTOLAR, VİDEOŞəhid ailəsinin dərdini çatdırmaq üçün biz də Binəqədi rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışdıq. Amma təəssüf ki, cəhdimiz alınmadı.

Rəsulzadə Bələdiyyəsindənsə sədr ərazidə olduğu üçün sualımızı Leyli Tahirova adlı əməkdaş cavabladı: “Araşdırıb sizə məlumat verərik”.""Evdən girib çıxanda yarıyadək camura batırıq"" - FOTOLAR, VİDEOÜmid edirik ki, “araşdıracağıq” cavabı nəzakət xatirinə deyilmiş söz olaraq qalmayacaq. Səlahiyyətlilər Sarıtel xanımın bu anlatdıqlarından sonra ona problemini yoluna qoymaqda yardımçı olacaqlar. Bizsə məsələni gündəmdə saxlayacağıq.

Altunay, Hurriyyet.org
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ