Qızlar Universitetində nə baş verir? - tələbə-dekan qarşıdurması
2009-cu ildə Bakı Qızlar Universitetinin “Filologiya” fakültəsinin məzunu olan Xədicə Əfəndiyeva problemlə qarşılaşıb. Şikayətini Cebhe.info-ya ünvanlayan X.Əfəndiyeva bildirir ki, onun təhsil aldığı müddətdə qiymətləndirmə 5 ballıq sistemlə olub. Hazırda Türkiyədə təhsillə maraqlanan Xədicə Əfəndiyevanın transkript sənədindəki qiymətlər imkan vermir ki, o Türkiyədə təhsil alsın. O iddia edir ki, qiymətləri qərəzli formada aşağı salınıb.
Transkript tələbə təhsil müddətində fənlər üzrə topladığı kreditləri və qiymətləri özündə əks etdirən sənəd (akademik transkript, dövlət xətti ilə təhsil alanlar istisna olmaqla, xaricdə öz hesabına təhsil alan tələbələr - təhsil aldıqları dövlətin qanunvericiliyinə uyğun leqallaşdırılmış akademik transkript) hesab olunur. Onun sözlərinə görə, universitet öncə bu sənədi verməkdən imtina edib:
“Daha sonra transkript verilib. 100 ballıq sistemlə, balımı kifayət qədər aşağı salmaqla bir transkript verdilər. Belə ki, kafi qiymətlərimin (yəni "3") hamısı 100 ballıq sistemin ən minimal "qənaətbəxş" adlanan qiymətləri ilə əvəzlənib. Dekandan tələb etdim ki, ya vicdanla transkript çıxarın, ya da oxuduğum beşballıq sistemlə olan qiymətləri verin. Dekan təkliflərimdən imtina etdi. Dekan məni rektor Ağarəhim Rəhimovun yanına göndərdi. Rektor da bu məsələni üzərinə götürməkdən imtina etdi. Dedi ki, dekan bilər. 5 ballıq sistemin "3"ü 100 ballıq sistemdə 70-lə qiymətləndirilə bilər. Dekan Mirvari Akkoç nəyə əsasən mənə ən minimal balları çıxarıb?”.
Bakı Qızlar Universitetininn tədris işləri üzrə prorektoru Həvva Abdullayeva da məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verib. Bildirib ki, qiymətlərin dəyişdirilməsi, aşağı salınması mümkünsüzdür:
“Bu arxiv sənədidir. Nazirlik tərəfindən təlimatlı məktub göndərilib. Burada 3 qiyməti 51-55 balla göstərilir. Ona verdiyimiz transkripti bizə qaytarsa, köhnə sistemlə transkript verə bilərik. Yaxud da 51-55 baş çərçivəsində qiymətləndirməni 55 olaraq da göstərə bilərik. Lakin o tələbənin məqsədi nədir bilmirəm. Həmin transkripti qaytarmır”.
H.Abdullayevanın sözlərinə görə orta bal 67 olmalıdır ki, şəxs xaricdə təhsil üçün müraciət etsin: “Bu tələbəyə dərs demişəm. Qiyabi təhsil alıb. Ona başa sala bilmirəm ki, qiymətləndirmə bu cür olmalıdır”
Bu gün, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Bu gün, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Bu gün, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Bu gün, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Bu gün, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Bu gün, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi
Bu gün, 12:15
İlham Əliyev Portuqaliya prezidentini COP29-a dəvət edib
Bu gün, 11:45
Sülhməramlıların Qarabağı tərk etməsinin yeni görüntüləri - VİDEO
Bu gün, 11:36
MN: Azərbaycan Ordusu Ermənistanın kvadrokopterini zərərsizləşdirib - FOTO
Bu gün, 11:14
Azərbaycan XİN Fransaya cavab verib
Bu gün, 10:59
“Atam heç bir xəstəlikdən əziyyət çəkmirdi” - Tural Rəcəbli
Bu gün, 10:48
Əsgəran avtomobil yolunun inşasına start verilib
Bu gün, 10:40
İlham Əliyev Kayrat Sarıbayı qəbul edib
Bu gün, 10:35
Hadı Rəcəblinin müəllimlər, sosial şəbəkələr, gəlinlər haqda dedikləri gündəm olmuşdu...
Bu gün, 10:27
Sərhədlərin bağlı saxlanmasında İran nüansı... - AÇIQLAMA
Bu gün, 10:06
Azərbaycan QHT-si Narkotiklər üzrə Vyana QHT Komitəsinə üzv qəbul edildi
Bu gün, 09:55
Aytən Səfərovanın maşını aşdı, xəstəxanadadır - VİDEO
Bu gün, 09:37
Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bəlli olub
Bu gün, 09:18
Fransa səfiri Azərbaycandan geri çağırıldı
Bu gün, 09:10
Hadı Rəcəbli vəfat edib - YENİLƏNİB - AÇIQLAMA
Bu gün, 09:00
KİV: Rusiya sülhməramlıları Azərbaycanı tərk edir: TAM VƏ BİRDƏFƏLİK - VİDEO
Dünən, 16:00
R.Vardanyan - “Çirkli pulları yuma” hesabatlarında, yoxsa Nobel namizədliyində - ARAŞDIRMA
Dünən, 15:30
8 kəndlə bağlı qəti addım: Ordu hazır duruma gətirildi - GƏLİŞMƏ
Dünən, 14:57
İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
Dünən, 14:34
Akademik Zərifə Əliyeva
Dünən, 14:22
Ermənistanı sərhəddə Qərb qızışdırır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:22
İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq”