Apteklərdə satılan bu göz damcısı saxta imiş - Nazirlik istifadəni qadağan etdi
Sosial
Oxunub: 589
13 dek 2017 | 15:27
Apteklərdə satılan bu göz damcısı saxta imiş - Nazirlik istifadəni qadağan etdi













Azərbaycan Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə edilən müraciətə əsasən, Türkiyənin "Universe Pharma İlac” şirkətinin istehsalı olduğu göstərilən "OKSİAM-B” adlı göz damcısı dərman formasında olan məhsulun saxta olub-olmaması mərkəzin əməkdaşları tərəfindən araşdırılıb.

AZXEBER.COM-a daxil olan məlumata görə, araşdırmalar zamanı müəyyən olunub ki, qeyd edilən mənşəyi məlum olmayan məhsul saxtadır. Belə ki, Türkiyənin "Universe Pharma İlac” şirkətinin məhsulun qablaşması üzərində göstərilən ünvanda heç bir istehsalat sahəsi mövcud deyil və məhsul Türkiyə Səhiyyə Nazirliyi Dərman və Tibbi cihaz qurumu (TİTCK) tərəfindən dövlət qeydiyyatına alınmayıb.

Qeyd olunub ki, Türkiyənin "Universe Pharma İlac” şirkətinin istehsalı olan "OKSİAM-B” adlı məhsul dərman vasitəsi kimi Səhiyyə Nazirliyi tərəfindən qeydiyyata alınmayıb. Həmçinin "Dihac MMC” tərəfindən həmin dərman vasitəsinin ölkəyə idxal edilməsinə razılıq verilməsi barədə Analitik Ekspertiza Mərkəzinə müraciət daxil olmayıb.

"Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının 2006-cı il 22 dekabr tarixli qanununun 6.1-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dərman vasitələrinin Azərbaycana idxalına, ölkə ərazisində istehsalına, satışına və istifadəsinə yalnız Səhiyyə Nazirliyində dövlət qeydiyyatına alındıqdan sonra yol verilir.

Analitik Ekspertiza Mərkəzinin dərman vasitələrinin keyfiyyətinin yoxlanılması laboratoriyasında "OKSİAM-B” adlı göz damcısı dərman formasında olan məhsulun nümunələrinin fiziki-kimyəvi və mikrobioloji ekspertizası aparılıb. Aparılan ekspertiza nəticəsində nümunənin tərkibindəki inqrediyentlərin miqdarının qeyd olunan göstəricilərdən aşağı olması, sitikolin təsiredici maddəsinin ümumiyyətlə olmaması, "pH” göstəricisinin qələvi mühitə yaxın olması, sıxlığının aşağı olması və nümunənin qeyri-steril olması müəyyən edilib. Oftalmoloji istifadə üçün nəzərdə tutulan dərman vasitələrinin qeyri-steril olması yolverilməzdir. Nəticə etibarilə, nümunə keyfiyyətsiz, qeyri-effektiv, yararsız və insan sağlamlığı üçün təhlükəli hesab edilir.

Bütün bunları nəzərə alaraq, əhalinin təhlükəsiz dərman vasitələri ilə təmin olunması məqsədi ilə qeyd edilən saxta, mənşəyi məlum olmayan məhsulun idxalı, satışı və oftalmoloq həkimlər tərəfindən istifadəsi qadağan edilib. Topdan və pərakəndə əczaçılıq müəssisələrinə məhsulun yığışdırılması barədə xəbərdarlıq edilib.

""OKSİAM-B” adlı dərman forması göz damcısı olan məhsul ilə rastlaşsanız bu məhsulu istifadə etməyin! Bu məhsulu istifadə etmisinizsə və ya istifadəsi zamanı əlavə təsir müşahidə etmisinizsə, tibb müəssisəsinə müraciət edin. Həmçinin bu barədə məlumatları Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi Farmakonəzarət Sektoruna (Ünvan: AZ1065, Azərbaycan Respublikası; Bakı şəh.,Fuad İbrahimbəyov küç., 31.; Faks: (99412) 596-07-16 ; e-mail: adr@pharma.az; Tel.:(99412)596-05-20 Qaynar xətt (99412) 596-07-12) bildirməyinizi xahiş edirik”, - mərkəzdən bildirilib.
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO