Dələduzluq yoluyla bahalı evi əlindən alınan məcburi köçkün MSK üzvünün himayə etdiyi şəxslərdən Prezidentə müraciət etdi — SENSASİON FAKTLAR
Sosial
Oxunub: 559
14 dek 2017 | 15:08
Dələduzluq yoluyla bahalı evi əlindən alınan məcburi köçkün MSK üzvünün himayə etdiyi şəxslərdən Prezidentə müraciət etdi — SENSASİON FAKTLAR
















Ağdam rayonundan olan məcburi köçkün, Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, hazırda Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon, Moskva prospekti, ev 70 mənzil 28 ünvanında müvəqqəti kirayədə yaşayan zərərçəkmiş Cəfərzadə İfadə İsgəndər qızı üzləşdiyi dələduzluqla əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və digər müvafiq dövlət qurumlarının rəhbərlərinə açıq müraciət ünvanlayıb.
“Ölkə.Az”-ın məlumatına görə, zərərçəkmiş İfadə Cəfərzadə tərəfindən ədliyyə naziri Fikrət Məmmədova, Prezident Adminstrasiyası Hüquq şöbəsinin müdiri Fuad Ələsgərova, daxili işlər naziri Ramil Usubova, Baş nazirin müavini Əli Həsəsnova, Baş prokuror Zakir Qaralova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevə, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevə, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevə, DİN-nin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisinə, Bakı şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidova və DİN-nin Nərimanov Rayon Polis İdarəsinin rəisinə də müraciət olunub.

Zərərçəkmiş İfadə Cəfərzadənin şikayət məktubunda barəsində 03 dekabr 2015-ci ildə Nərimanov Rayon Polis İdarəsində AR Cinayət Məcəlləsinin 178.3.2 maddəsi üzrə cinayət işi başlanmış Əskərov Nazim Mahmud oğlunun, Gözəlov Famil Qasım oğlunun və “Atabank” ASC-nin Xəzər filialı müdirinin qanunazidd hərəkətləri barədə qeyd olunur.

Müraciətdə həmçinin deyilir:

“Mən 01 fevral 1965-ci ildə Ağdam rayonun işğal altında olan Boyəhmədli kəndində anadan olmuşam, Ağdam rayonunun Qasımlı Ə/NPoladlı kəndində qeydiyyatdayam.

2006-cı ildə Təhsil Nazirliyinin nəzdində olan Uşaq bağçalarının Maddi-Texniki Bazasında anbar müdiri vəzifəsində çalışırdım. Əslən Gədəbəy rayonunun Şınıx kəndindən olan həkim təhsilli Əskərov Nazim Mahmud oğlu isə həmin bazanın müdiri vəzifəsində işləyirdi. Mən Nazimlə elə 2006-cı ildən xidməti iş vaxtı tanış olmuşam. 2010-cu ildə N.M.Əskərov mənə bildirdi ki, Badamdar qəsəbəsindəki villasını təmir etdirmək istəyir. O təklif etdi ki, bunun üçün mən Binəqədi rayonu, Sulutəpə qəsəsbəsi, küçə 1, ev 8 ünvanında yaşadığım 2 mərtəbəli mənzilimi “Ekspressbank”a girov qoyub 50000 (əlli min) manat kredit götürüb ona verim. Əvəzində Nazim evdə saxladığı kirayəçi ərəblərdən mənə 100000 (yüz min) manat verəcəyinə söz verdi. Mən Nəsimi rayonu, Memar Əcəmi metrosunun yanındakı “Eksperress” bankın Nəsimi filialından nəzərdə tutulan məbləği girov müqabilində götürüb Nazim Əsgərova verdim.

Bu məsələdən əvvəl isə Nazim mənim Biləcəri qəsəbəsindəki, sənədsiz ikimərtəbəli, 4 otaqlı mənzilimi təklif etdi ki, gəl evi satıb Rusiyada qazanclı iş görək və özünə yaxın makler vasitəsilə evi satıb iş dalınca özünə yaxın qohumu olan Gözəlov Famil Qasım oğlu ilə birlikdə Rusiyaya getdilər. Qeyd etdilər ki, bütün pulları Rusiyada hansısa biznesə sərmayə kimi qoyublar. Nazim Əsgərov həm də mənə narahat olmamağı, aldığı bu pulla Rusiyada qazanc əldə edib artıqlaması ilə qaytaracağını dedi. Eyni zamanda tezliklə əldə edəcəyi pulla bankın borcunu da bağlayacağını və qalanını isə mənə verəcəyini vəd verib. Lakin bir müddətdən sonra bankdan mənə borcun qaytarılması üçün xəbərdarlıq zəngi olundu. Dərhal Nazim Əsgərova zəng edib banka olan borcun tam ödənilməsini tələb etdim. Nazim də borcu tam bağladı və evimi girovluqdan azad olunmasına şərait yaratdı. Elə bu zaman 2013-cü ilin oktyabrın 17-də rayonda yaşayan qardaşım ağır xəstəlikdən vəfat etməsilə əlaqədar Ağdama hüzr yerinə getməyə məcbur oldum. Bu arada Nazim mənə bildirdi ki, yaxşı olardı ki, Bakıya bir günlük gəlim ki, evimin mülkiyyət sənədlərini bankdan geri almaq üçün ona notarial qaydada etibarnamə verim. 20 oktyabrda (bazar günü) mən Bakıya gəldim. Nazim qohumu və dostu olan Famillə 43 saylı Notariat Kontoruna gedib əvvəlcə danışdılar. Bu arada mən avtomobildə onları gözləyirdim. Etibarnamə hazır olduqdan sonra məni imzalamağa dəvət etdilər. Dərhal sonra məni yenidən rayona hüzr yerinə yola saldılar. Sonradan mənə məlum oldu ki, Nazim və Famil “Ekspressbank”da girov qoyulmuş evimin sənədlərini baş etibarnamə əsasında götürüb və dərhal da (08 noyabr 2013-cü ildə) “Atabank” ASC-nin Xəzər filialınının müdiri ilə (Familin yaxın dostu olan) gizli sövdələşmələr apararaq mənim adımdan şəxsi məsələlər üçün 95 000 manat pul götürərək Binəqədidə yerləşən evimi yenidən banka girov qoyublar. Yəni, Nazim qohumu Familə də etibarnamə verməklə mənim xəbərim olmadan mənə məxsus Sulutəpə qəsəbəsində 5 sot torpağın üstündə tikilmiş 2 mərtəbəli mülkümü qanunsuz olaraq Nərimanov rayonunda, H.Əliyev pros.91 ünvanda yerləşən “Atabank” ASC-nin Xəzər filialına illik 20 faiz olmaqla 48 ay müddətinə girov qoyaraq əvəzində aldıqları 95 000 manat pulu mənimsəməklə mənə külli-miqdarda ziyan vurublar. Sonradan sənədlər əsasında məlum olub ki, 8 noyabr 2013-cü il tarixli “Atabank” ASC-nin tərtib etdiyi ipoteka müqaviləsində mənim adımdan ipoteka qoyan etibarnamə əsasında mənim əvəzimə imzalayan Gözəlov Famil Qasım oğlu (Bakı ş., 4-cü Mk/rn, Ə.İsgəndərov küçəsi ,ev 3/1, mən 51-də yaşayan) olub, “kredit alan” isə Nazim Əskərovdur (Bakı, 9Mk-rn, Cavadxan küçəsi, ev.3, mənzil 42-də yaşayan). Sonradan bankın Nazim Əskərovun adına göndərdiyi bildirişlərdən məlum olur ki, əsas borcdan, faiz borcundan ödəmələrin vaxtında edilməsi tələb edilir. Baxmayaraq ki, ipoteka müqaviləsi üzrə kredit götürən Nazim Əskərov bankın ödəniş cədvəlini şəxsən imzalayaraq öhdəlik götürüb. Mənim mülkümün bu dəstə tərəfindən dələduzluq yolu ilə banka girov qoyaraq əvəzində pul götürərərk mənimsəmələrindən yalnız 2014-cü ilin əvvəlində xəbər tutdum. Belə ki, “Atabank”ın Xəzər filialının problemli kredit üzrə mütəxəssisi olan Elşən adlı əməkdaşı mənə zəng edərək bildirdi ki, kreditin vaxtı-vaxtında ödənilməsi lazımdır. Bugünə qədər krediti ödəməmisiniz. Dərhal “Atabank”ın 28 may-da yerləşən mərkəzi ofisinə gedib Elşənlə görüşüb işin nə yerdə olduğunu soruşdum. Bir daha qeyd etdi ki, 15 dekabr 2013-dən sonra aldığınız kredit üzrə ödəniş yoxdur. Mən dərhal Nazimə zəng edib niyə mənim icazəm olmadan belə hərəkət etməsinin səbəbini soruşdum. Dərhal bankın borcunun tam ödənilərək, evimin girovluqdan azad edilməsini tələb etdim. Sonra Famillə görüşdüm. O da izah etdi ki, nə qədər pul götürmüşəmsə, hamısını Nazimə vermişəm, mənlik bir iş yoxdur. Nazim isə mənə bildirdi ki, narahat olma, qoy oğlumu Rusiyaya aparıb müalicə etdirim (narkotikdən əziyyət çəkən oğlunu) sonra qayıdıb gələn kimi bankın pulunu tam ödəyəcəyəm. Lakin Nazim mənim bank məsələsindən xəbər tutduğumu bilən kimi Rusiyaya qaçdı və geri qayıtmadı. Mən Nazimin Rusiyadan qayıtmadığını görüb məqsədini anladım və 2015-ci ilin oktyabrında “Atabank” ASC-nin yerləşdiyi Nərimanov rayonu üzrə Polis İdarəsinin (Pİ) dələduz dəstə haqqında şikayət ərizəsi təqdim etdim. Nərimanov rayon Pİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Elşən Zamanov fakt üzrə CM-nin 178.3.2-ci maddəsilə 150060444 saylı cinayət işinin başlanması barədə 03 dekabr 2015-ci il tarixində qərar qəbul edib. Lakin bu işin nəticəsi haqqında mənə indiyədək heç bir məlumat verilməyib. Bu arada, yəni, 2015-ci ilin fevralında pulun ödənmədiyini görən “Atabank” ASC-nin Xəzər filialının müdiri əvvəlcədən Nazim-Famil dəstəsilə gizli sövdələşdiyi kimi, ödənişin aparılmadığı 13-cü ayın başında məni və kredit alan Nazim Əskərovu Binəqədəi rayon məhkəməsinə iddia ərizəsi verərək əsas və faiz borclarının ödənilməsi üçün tutmanın ipoteka predmetinə yönəldilməsini tələb edib. İddia 15 sentyabr 2015-ci il tarixli qətnamə əsasında təmin edilərək, 2016-cı ildən icraata yönəlib. Mənə məxsus mülkün açıq hərracda satılaraq borcun tam ödənilməsi üzrə icra işləri hazırda davam etdirilir. Maraqlı burasıdır ki, Bankın “Xəzər” filialının müdiri əvvələrdə belə maxenasiyalarına görə DİN-nin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində istintaqa cəlb edilib və sonradan vəzifəsindən azad edilib. Yəni, 48 ay müddətinə verilmiş 95 000 manat pulun bank müdiri tərəfindən 13 aydan sonra geri tələb edilməsi üçün əvvəlcədən planlaşdırılan plan üzrə real bazar dəyəri 400 000 manat olan əmlakımın ələ keçirilmə məqsədi daşıyıb. Yoxsa ki, borcun qaytarılma müddəti 2017-ci ilin noyabrın 15-dək təyin olunmasına baxmayaraq bank müdiri niyə tez-bazar əl-ayağa düşməsini anlamaq çətin deyil. Bəlkə, kredit götürən və milyonlarla ölçülən varidata sahib olan Nazim Əskərov özünün də dediyi kimi borcu tam bağlamaq istədi. O zaman 4 illliyə verilmiş krediti 2 il vaxt keçməmiş dərhal ödənilməsini məhkəmə qaydasında tələb etməyin anlamı nədir? Deməli, Nazim-Famil və onun dostu olan bankın filial müdiri mən mülk sahibinin xəbəri olmadan əvvəlcədən gizli sövdələşərək “hər kəs öz payını götürsün” prinsipilə dələduzluq ediblər. Mən məcbur olub 2017-ci ilin fevralında onun arxasınca Rusiyaya gedərək, onunla görüşdüm və bank məsləsini tez bir zamanda yoluna qoymağı istədim. O yenə də söz verdi ki, bankın pulunu iki dəfəyə – bu ilin martında, qalan hissəsini isə avqust ayına qədər ödəyib qurtaracaq. Lakin yenə də o məni aldatdı, pulu ödəmədi. İkinci dəfə 2017-ci ilin avqustunda yenə onun dalınca Rusiyaya getdim, lakin onu tapa bilmədim”.

Şikayətçi Nazim Əsgərovun və oğlunun onu ölümlə hədələdiyini də söyləyib:
“Bu müddət ərzində onunla telefon əlaqəsi saxlayarkən məni ölümlə hədələdi. Dedi ki, bu işin arxasınca az düş, yoxsa səni məhv edərəm. Narkoman oğlu də mənim 6-cı sinifdə oxuyan oğluma zəng edərək hədələyib. Oğluma “səni özüm gəlib öldürüm, yoxsa başqasını göndərim?” deyə təhdid edib”.

İ.Cəfərzadə qeyd edib ki, Nazim Əsgərov 2014-cü ilin fevralından 2017-ci ilin sentyabrın 25-dək Rusiyada gizlənib:

“Nazim Əsgərov vəziyyətin sakitləşdiyini yəqin etdikdən sonra son 20 gündür ki, Azərbaycana qayıdıb. Yaxın qohumlarının mənə verdiyi məlumata görə, hazırda Nazim Əsgərov doğulduğu Gədəbəy rayonun Slavyanka kəndindəki 0,6 ha ərazidə inşa etdirdiyi əzəmətli imarətdə yaşayır və qonşu Qoşabulaq kəndində əvvəllər quraşdırdığı su sexində yenidənqurma işlərinə start verib. O, məndən dələduzluq yolu ilə oğurladığı pullar hesabına öz biznesini genişləndirməklə məşğuldur. Nazim Əsgərov 2014-cü ilin əvvəlində Rusiyaya qaçdıqdan sonra Bakıda, Qubada və Gədəbəydə olan çoxsaylı daşınmaz əmlaklar olan mülklərini baş etibarnamə göndərməklə arvadının və yaxın qohumlarının adına rəsmiləşdirib. Əsas məqsəd də etdiyi dələduzluq əməlinə görə sabah qanun qarşısında cavab verəcəyi halda milyonlarla manat dəyərindəki mülklərinin əlindən çıxmamasıdır. Hazırda Nazim Əskərov dələduzluq yolu ilə qazandığı və qiyməti milyonlarla ölçülən əmlaka sahibdir. Onun Səbail rayonu, Badamdar qəsəbəsi, Nəzərov küçəsi, ev 42 ünvanda 0,30 ha torpaq sahəsi üzərindəki 4 mərtəbəli (dəyəri 2 milyon manatlıq) villasında hazırda ərəblər aylıq 12 000 manata kirayə qalır. Bundan başqa, Nazim Əsgərovun Nəsimi rayonu, Cavadxan küçəsi, ev 3, mən 42-də yerləşən 4 otaqlı mənzili, Badamdara qəsəbəsində “Talışlar” məhlləsində yerləşən 4 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən 4 otaqlı mənzili, Quba rayonunda hektarlarla torpaq sahəsi və villası, Gədəbəy rayonun Slavyanka kəndində 0,6 ha torpaq sahəsi üzərində böyük ölçülü villası, Bakının, “Gənclik” metrostansiyası yaxınlığındakı “Caspian Shopping” də 90 kvadrat metrlik şəxsi mağazası, Badamdar qəsəbəsində, Nəzərov küçəsi, ev 42-də, buradakı villasının yanında yerləşən “Nicat” marketi, Gədəbəy rayonu, Qaralar kəndində irihəcmli su sexi var. Nazim Əsgərov 2010-cu ildən bəri heç yerdə işləmədəyi halda bu qədər əmlaka necə sahib olub? Təbii ki, dələduzluq və oğurluq yolu ilə”.

İ.Cəfərzadə Nazim Əsgərovun Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəisi, Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Fuad Cavadov tərəfindən himayə oldunduğunu bildirib:

“Hər dəfə məhkəməyə, polisə şikayət edəndə, Nazim Əsgərov məni yaxın qohumu Fuad Cavadovla hədələyir. Deyir ki, sən mənə heçnə edə bilməyəcəksən. Mənim Ədliyyə Nazirliyində və “yuxarılarda” Fuad Cavadov kimi yaxın adamım, qohumum var. Bundan başqa, Nazim Əsgərovun digər qohumu isə Bakı şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Rafael Allahverdiyevin müavini olmuş Faiq Məmmədovdur. Nazim Əsgərov qanunsuz əməllərinə görə Rusiyaya qaçmış Faiq Məmmədovun bacısı Nərminə Məmmədovanın həyat yoldaşıdır. Nərminə Məmmədova isə hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin mühasibidir”.

Müraciətinin sonunda İ.Cəfərzadə ölkə başçısına və müvafiq dövlət qurumlarının rəhbərlərinə müraciət edərək, Nazim Əsgərovun dələduzluq əməllərinə görə qanun qarşısında cavab verilməsini xahiş edir:

“Çox hörmətli cənab Prezident! Dələduz dəstənin rəhbəri olan Nazim Əskərov barəsində 03 dekabr 2015-ci ildən CM-nin 178.3.2 maddəsi üzrə cinayət işi başlasa da, hazırda o sərbəst şəkildə Gədəbəy rayonunda su sexi biznesi ilə məşğuldur. Sizdən artıq dərəcədə xahiş edirəm, ictimai təhlükəli Nazim Əskərovun və dəstəsinin yenidən Azərbaycanı tərk etmədən tez bir zamanda qanun qarşısında cavab verməsi və mənə vurduğu ziyanın ödənilməsi üçün aidiyyatı üzrə hüquq mühafizə orqanlarına göstəriş verə və bu işi şəxsi nəzarətinizdə saxlayasınız. Sizin ədalətinizə sonadək inanıram”.
Bu gün, 17:25
Hikmət Hacıyev: "Sülh heç vaxt olmadığı qədər yaxındır, lakin buna mane olurlar"
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)