“Günay Sığorta” vətəndaşı çıxılmaz vəziyyətə saldı - Sığorta pulunu ödəmir
Sosial
Oxunub: 649
25 dek 2017 | 13:24
“Günay Sığorta” vətəndaşı çıxılmaz vəziyyətə saldı - Sığorta pulunu ödəmir













"Günay Sığorta” şirkəti müştərisinə dəyən ziyanı ödəməkdən yayınır.

Bu barədə sığorta şirkətinin müştərisi Şirvan şəhər sakini Ceyhun Əsgərov AZXEBER.COM-a müraciətində bildirib. Onun sözlərinə görə, avtomobilini icbari qaydada "Günay Sığorta” şirkətində sığortalayıb. Dekabr ayının 2-də isə Bakıda zəncirvari qəzaya düşüb. Belə ki, Ziya Bünyadov prospektində idarə etdiyi 90 UJ 483 nömrəli Opel Astra ilə ara məsafəsi saxlamadığı üçün qarşıda eyni istiqamətdə hərəkətdə olan 90 UJ 145 nörməli Mercedes Benz avtomobilini arxadan vurub. Zərbənin təsirindən əzilən avtomobil də qarşıdakı 50 BX 703 nömrəli Mercedes Benz avtomobilinə çırpılıb. Nəsimi rayon DYP-nin əməkdaşları hadisə yerinə baxış keçirib. Daha sonra sığorta şirkətinin qaynar xəttinə qəza barəsində məlumat verilib. Yarım saat sonra şirkətin əməkdaşları hadisə yerinə gəlib avtomabillərin şəkillərin çəkərək sənədləşmə işləri aparıblar. Nəsimi rayon DYP-nin hadisə materialları "Günay Sığorta” Sığorta şirkətinə 04.12.2017-ci il tarixdə təqdim edib və araşdırma materialına əlavə edilib. Sığorta ödənişinin edilməsi barədə Günay Sığorta ASC-nin Sığorta Şirkətinin İdarə Heyyətinin sədrinə ərizə ilə müraciət edilib.

Ceyhun Əsgərov bildirib ki, sığorta şirkəti dəymiş zərəri qiymətləndirərkən avtomobilə baxış keçirməyib: "Bu hal göstərir ki, onlar sığorta hadisəsi nəticəsində dəymiş ziyanı istədikləri kimi qiymətləndirir, bundan sonra isə süründürməçilik halı başlayır”.

Şikayətçi bildirir ki, qanuna əsasən sığorta ödənişi bir həftə ərzində verilməli olsa da sığorta şirkəti süründürməçilik edir: "Elə edirlər ki, bezərək sığorta ödənişindən imtina edim. Bir neçə müddətdir ki, sığorta şirkətinin əməkdaşları nə əlaqə saxlamır nədə ki, telefona cavab vermirlər”.

O bildirib ki, sığorta şirkətinin əməkdaşlarının bu qanuna zidd hərəkətləri adi vətəndaşların sığorta şirkətlərinə inamsızlığı günü-gündən artır, avtomobil sahiblərini sığortadan yayınmağa məcbur olur.

Qeyd edək ki, "İcbari sığortalar haqqında” Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir.

C.Həsənov məsələ ilə bağlı "Günay Sığorta” şirkətinin rəhbərliyinə və Maliyyə Bazarlarına Nəzarət Palatasına da şikayət ərizəsi ünvanlayıb.

DİA.AZ olaraq məsələ ilə bağlı "Günay Siğorta" şirkətinin də mövqeyini dərc etməyə hazırıq.“Günay Sığorta” vətəndaşı çıxılmaz vəziyyətə saldı - Sığorta pulunu ödəmir“Günay Sığorta” vətəndaşı çıxılmaz vəziyyətə saldı - Sığorta pulunu ödəmir“Günay Sığorta” vətəndaşı çıxılmaz vəziyyətə saldı - Sığorta pulunu ödəmir“Günay Sığorta” vətəndaşı çıxılmaz vəziyyətə saldı - Sığorta pulunu ödəmir
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı