Azərbaycanda dustaqlar kütləvi şəkildə azadlığa buraxılacaq - İDDİA
Sosial
Oxunub: 441
27 dek 2017 | 13:18
Azərbaycanda dustaqlar kütləvi şəkildə azadlığa buraxılacaq - İDDİA















“Ola bilsin ki, müəyyən kateqoriyalı məhkumlar 2018-ci ili evdə qarşıladılar. "Dələduzluq" və "Mənimsəmə" maddələri ilə məhkum olmuş və cəzasının 2/3-sindən çoxunu çəkmiş şəxslərə komanda verilib ki, təcili surətdə azadlığa çıxmaq üçün məhkəmələrə ərizə ilə müraciət etsinlər. Və məhkəmələr artıq bu istiqamətdə işə başlayıblar”.

AR Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıxov Sputnik Azərbaycan-a bildirib ki, bu tədbirlərin görülməsi cəzaçəkmə müəssisələrini əhəmiyyətli dərəcədə boşaldacaq.

Bu tədbirlər Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü ilə cinayət qanunvericiliyinə edilən son əlavələrin həyata keçirilməsi çərçivəsində görülür.

Prezidentin "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" sərəncamından sonra sözügedən tədbirlər start götürüb.

"Sözügedən prosedur şəxsi işi AR Cinayət Məcəlləsinə edilən dəyişikliyə uyğun gələn bütün məhkumlara aiddir və onların işi baxılmaq üçün növbə ilə məhkəməyə göndərilir. Bununla əlaqədar olaraq cəzasının əsas hissəsini çəkmiş məhkumlar artıq yaxın günlərdə azadlığa çıxmaq imkanı əldə edəcəklər. "Dələduzluq" maddəsi ilə həbs olunanların sayı çoxdur. Bu tədbirlər nəticəsində həbsxanalar nəzəçarpacaq dərəcədə yükdən azad olacaq. Bilirsiz ki, cəzasının üçdə iki hissəsini çəkmiş və azadlığa erkən çıxmağı arzulayan məhkumlar maddi zərərin əvəzini ödəməlidirlər. Səhv etmirəmsə, sözügedən məbləğ dövlətə ödəniləcək" – deyə Sadıxov bilidirb.

Dəymiş zərərə görə təzminatın ödənilməsi sayəsində məhkumların cəzaçəkmə müddəti qısaldılacaq, həmçinin erkən azadlığa buraxılma institutu qüvvəyə minəcək, eləcə də onların məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi məsələsi reallaşacaq.

"Həqiqətən də cəzaların humanistləşdirilməsi prezident tərəfindən atılmış çox ciddi addımdır. O da diqqətəlayiqdir ki, azadlıqların məhdudlaşdırılması kimi cəza növü qanunvericiliyə qaytarılıb. Əvvəllər Azərbaycanda şərti cəza almış məhkumlar üçün məntəqə tipli cəzaçəkmə müəssisələri fəaliyyət göstərirdi. Amma onlar 2011-ci ildə ləğv edildi. Əvəzində Probasiya Xidməti yaradılıb. Nə qədər az məhbus olsa, Azərbaycan üçün bir o qədər yaxşıdır" – deyə bölmə rəisi bildirib.

Xatırladaq ki, prezident İlham Əliyev 10 fevral 2017-ci ildə "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" sərəncam imzalayıb.

Sözügedən sənəddə prezident qeyd edib ki, dövlət idarəçilik sisteminin müasirləşdirilməsi və məhkəmə-hüquq islahatları sahəsində həyata keçirilən tədbirlər penitensiar xidmətin və bütövlükdə cəzaların icrası ilə bağlı fəaliyyətin müasir dövrün tələblərinə uyğun qurulmasını və səmərəli idarəetmənin təşkilini zəruri edir.

Cəzaların icrası sahəsində həyata keçirilən islahatlara baxmayaraq, son zamanlar aparılmış təhlillər göstərir ki, məntəqə tipli cəzaçəkmə müəssisələrinin normal fəaliyyəti təmin olunmur, ictimai işlər cəzasının icrası prosesində çətinliklər yaranır, cəzanı icra edən orqan və müəssisələrdə müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından kifayət qədər istifadə edilmir. İbtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur.

Odur ki, prezident penitensiar müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki bazasının gücləndirilməsi, cəzanı icra edən orqan və müəssisələrdə mövcud olan nöqsanların aradan qaldırılması, cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyanı istisna edən şəraitin tam təmin olunması, müasir texnoloji vasitələrin tətbiq edilməsi və cəza siyasətinin humanistləşdirilməsi məqsədilə bir sıra tədbirlərin görülməsinə qərar verib.
Bu gün, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Bu gün, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Bu gün, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Bu gün, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Bu gün, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Bu gün, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
Dünən, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
Dünən, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
Dünən, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
Dünən, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
Dünən, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO
Dünən, 13:15
Paşinyandan Azərbaycanla bağlı qərar
Dünən, 13:10
İlham Əliyev Rusiyada səfərdədir
Dünən, 12:10
Azərbaycanda bu məhsullar ucuzlaşacaq - AÇIQLAMA
Dünən, 12:05
Əhaliyə şad xəbər: Bu müddətdən sonra pensiyalar...
Dünən, 11:05
Hava hücumundan müdafiə bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib
Dünən, 11:01
ABŞ-nin hərbi bazasına 5 raket atılıb
Dünən, 10:56
Sülhməramlılar hara gedir? - "Bild"
Dünən, 10:32
Bakı vaxtı ilə Moskva - "Kommersant"
Dünən, 10:26
Erməni mediası Rusiya-Türkiyə problemini qabardır - Kreml sorğu göndərdi
Dünən, 10:22
İsrail 6 məqamda çıxılmaz vəziyyətdə: ABŞ əməkdaşlıq etməsə... - İsrail mediası
Dünən, 09:33
Ağ Ev Ukraynanı məxfi sülh masasından necə geri çəkdi: ABŞ Avropa Birliyini iqtisadi intihara məcbur edir
Dünən, 09:30
"El Klasiko"da 5 qol: "Real" son dəqiqələrdə qələbə qolunu vurdu - VİDEO
Dünən, 09:20
Füzuli şəhərinə daha 39 ailə yola salınıb - FOTO
Dünən, 09:15
Ermənilər nə istəyir? - Kəndimizin yolunu bağlamaqda israrlıdırlar, Paşinyan isə...
20-04-2024, 13:44
Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş
20-04-2024, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür