"UniBank" yenə də oyunbazlıq edir... - İDDİA
Sosial
Oxunub: 632
29 dek 2017 | 12:13
"UniBank" yenə də oyunbazlıq edir... - İDDİA















“Unibank” “Hamının bəyənəcəyi Yeni il hədiyyəsini təqdim edir” adı altında rəsmi internet səhifəsində xəbər yerləşdirib.
“Ölkə.Az”ın məlumatına görə, reklam xarakteri daşıyan xəbərdə bildirilir ki, şirkətlər 50, 100 və 150 AZN nominallı “Albalı Gift” kartını öz əməkdaşlarına və ticarət tərəfdaşlarına məmnuniyyətlə hədiyyə edə bilərlər.

Xəbərin başlığından istehlakçılar hədiyyə aksiyası olduğunu anlasalar da, xəbərin içində yazılanlarda banka məxsus olan kartın satışı nəzərdə tutulduğunu xəbəri oxuduqdan sonra başa düşürlər. Amma bu satış aksiya çərçivəsində qeyd olunur ki, bank kartı pulsuz təklif edir. Belə ki, kartı əldə etmək üçün nominalı qədər ödəniş edilir ki, kartın nominalı 50, 100, 150 manat arası dəyişir. Yəni, 100 AZN-lik “Albalı Gift” kartı almaq üçün 100 AZN ödənilməlidir.

Bank aksiya çərçivəsində əldə olunan kart və müştəriyə xüsusi dizaynlı hədiyyə zərfində təqdim olunmasından əlavə xərc tələb etmir. Amma reklamda kartın itdiyi və ya zərər gördüyü halda bərpasının mümkün olmadığını da bildirmir.

Yəni kartın sığortalanmadığını və müştərinin kartı əldə etdiyi anda əlindən düşüb zərər görməsi nəticəsində ən az halda 50, ən çox halda isə 150 manatının itəcəyini reklamında əks etdirmir. Bunun üçün də Azərbaycan Respublikası reklam haqqında qanunun 18.0.5. maddəsi var. Maddədə bildirilir ki, malların (xidmətlərin, işlərin) mənşəyi, kəmiyyəti və keyfiyyəti, yararlılıq müddəti, satış şərtləri, qiyməti barədə yalan və (və ya) natamam məlumatlar verməklə, yaxud yolverilməz reklam vasitəsilə satıcılar və (və ya) reklamçılar tərəfindən istehlakçıların (istifadəçilərin) aldadılmasının qarşısının alınması, bankın sözügedən reklamında natamam reklam verməsinə icazə vermir.

Bundan başqa reklam haqqında qanunun 4.2. maddəsində qeyd olunub ki, reklam əmtəə istehlakçılarının seçimini stimullaşdırmalı, onları aldatmamalı və çaşqınlıq hissi yaratmamalıdır. Xəbərin başlığı çaşqınlıq hissi yaradır. İstehlakçılar bankdan hansısa aksiya çərçivəsində hədiyyə qazanacaqlarını düşünə bilərlər.

Qeyd edək ki, sözügedən kartı əldə etmək üçün yaş məhdudiyəti yoxdur və sadəcə şəxsiyyət vəsiqəsilə əldə etmək olar.

Bank, verdiyi xəbərdə (reklamda) qeyd etməsə də bildirmək istəyirik ki, sözügedən kartı sadəcə Bakıxanov və Əcəmi filialından əldə etmək olar.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO