Eldar Mahmudovun 1 milyardlıq xəyanəti bağışlanmayacaq - Həbs realdır...
Sosial
Oxunub: 573
5 yan 2018 | 12:56
Eldar Mahmudovun 1 milyardlıq xəyanəti bağışlanmayacaq - Həbs realdır...
















3 il əvvəl işdən çıxarılan sabiq nazir Eldar Mahmudovun həbsi məsələsi gündəmdədir. 2015-ci il oktyabrın 17-də tutduğu vəzifədən çıxarılandan sonra yaxın çevrəsində gerçəkləşən həbslər dalğasında keçmiş nazir yaxasını istintaqçılardan kənar tutmağı bacarmışdı. 2016-cı ili tam olaraq, 2017-ci ilin 10 ayını da Eldar Mahmudov bu vəziyyəti davam etdirə bildi. Artıq hər kəsdə belə bir fikir formalaşmışdı ki, Eldar Mahmudov istintaqa çağırılmayacaq, dindirilməyəcək.

Ötən ilin noyabrında isə Eldar Mahmudovu ilk dəfə istintaqa çağırdılar və “MTN işi”nin növbəti mərhələsi başladı. Zərərçəkənlər Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinin önünə gedib sabiq nazirin dindirilməsinin yekunlaşmasını gözlədilər, idarədən çıxan Eldar Mahmudovu xoş olmayan sözlərə “qonaq” etdilər. 2017-ci ilin sonuna qədər Eldar Mahmudov 4 dəfə dindirildi. 2018-ci ilin ilk aylarının da sabiq nazir üçün çox narahatlıqlarla zəngin olacağı xəbərləri gəlməkdədir. Bildirilir ki, sabiq naziri yaxın çevrəsində olmuş, hazırda həbs həyatı yaşayan generallarla üzləşdirəcəklər. Ötən il belə bir üzləşmələrdən biri artıq baş tutub. Eldar Mahmudovla ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyi Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi olmuş Akif Çovdarov üzləşdirlib. Üzləşmə mövzusunun Eldar Mahmudovun ölkədən 1 milyard dollar çıxarması ilə bağlı olduğu gələn xəbərlər sırasındadır.

Keçmiş MTN polkovniki İlham İsmayıl Eldar Mahmudovun barəsində yayılan xəbərlər və həbsinin gözlənilməsi haqda ölke.az-a deyib ki, ittihamların hamısı ölkədən pul çıxarmaq, pul mənimsəməklə bağlıdır: “Rəqəmlər isə milyarddan aşağı deyil. Eldar Mahmudovu da 1 milyard dolları ölkədən çıxardığına görə sorğu-sual edirlər. Eldar Mahmudovun Akif Çovdarovla üzləşdiyi ehtimal olunur. Çovdarov da demir ki, hansısa əməliyyatı həyata keçirərkən Eldar Mahmudov bizə mane olub. O da ölkədən pul çıxarılması barədə danışır”.

Əvvəllər Eldar Mahmudovun tutulmayacağı barədə açıqlamalar verdiyini deyən İlham İsmayıl qeyd edib ki, artıq bu fikirdən daşınıb. Oz artıq hesab edir ki, Eldar Mahmudovu ölkədən pul çıxardığına görə həbs edəcəklər.

Yada salaq ki, hazırda Eldar Mahmudovun qudası, Beynəlxalq Bankın sabiq prezidenti Cahangir Hacıyev də maliyyə xəyanətinə görə həbsdədir. Onu 15 milyard dolları ölkədən çıxarmaqda ittiham edib həbs etmişdilər. Sonradan ittihamların bir qismi təsdiqini tapmasa da, C.Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edildi. \\musavat.com\\
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE