Sabiq nəqliyyat nazirinin qardaşının «Halal İnşaat»ında haram iş görülür - GİLEY
Sosial
Oxunub: 597
12 yan 2018 | 16:13
Sabiq nəqliyyat nazirinin qardaşının «Halal İnşaat»ında haram iş görülür - GİLEY














Ucar rayonu Alpı kənd sakini Əhmədov Novruz Həsənqulu oğlu tərəfindən «Təzadlar» qəzeti redaksiyasına şikayət məktubu daxil olub. Məktub vergilər naziri Mikayıl Cabbarova ünvanlıdır… «Cənab nazir! Sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı İldırım Məmmədova məxsus olan Ucar rayonu «dörd yol» ərazisində yerləşən "Halal İnşaat" adlı pərakəndə və topdansatış bazasında saxta tikinti materialları satıb vətəndaşlara ziyanlar vururlar», -deyə şikayətini əsaslandıran rayon sakini daha sonra yazır: «…Burada alış-veriş zamanı ödənilən pula görə təqdim edilən kassa ödəniş qəbzləri də saxtadır. Ancaq bunun qarşısı alınmır, heç bir tədbir görülmür. Ucar rayonunun dörd yol ərazisində Qarabörk kəndində yerləşən "Halal İnşaat" topdan və pərakəndə bazasının əsil sahibi Ziya Məmmədovun qardaşı İldırım Məmmədovdur. Buranı Rafael Məhərrəmov adlı şəxs işlədir. Maqazinin bütün sənədləri Rafaelin atası Maariif Məlik oğlu Məhərrəmovun adınadır. 2017-ci ilin aprel ayı tarixində "Halal İnşaat"dan mən şəxsən 180 ədəd 50 kloqramlıq kisədə «Qaradağ YR-500» markalı sement, 612 metr armatur, 2 maşın qum və 2 maşın doğranmış çınqıl aldım. Həmin materiallarla həyətyanı sahəmdə tikinti özülü hazırlandı, beton töküldü. Ancaq sement tam keyfiyyətsiz olduğu üçün 15 gün keçməsinə baxmayaraq tökülən beton tam yararsız oldu və bərkimədi. Bununla da mənə 3500 manat maddi ziyan dəydi. Bu barədə "Halal İnşaat" bazasına məlumat verdim. Oranı işlədən Rafael Məhərrəmov evimə gəlib tikintiyə baxdı və bildirdi ki, «Belə hallar olur, bu bizlik deyil Qaradağ sement zavodu saxta sement istehsal edirsə buna mən nə etməliyəm?". Mən bu qanunsuzluq, saxtakarlıq barədə İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehsalçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə də şikayət ərizəsi ilə müraciət etdim. Lakin nə sirdirsə, onlar da heç bir tədbir görmədilər. Hətta aldığım tikinti materiallarına görə "Halal İnşaat" bazasına ödədiyim pulun kassa qəbzinin saxta olmasını da mənə Ucar rayonunda yerləşən vergi idarəsinin əməkdaşı bildirdi. Bunu isə vergidən gəlirləri yayındırmaq məqsədi ilə edirlər. Bu minvalla "Halal İnşaat"da hər ay vergidən külli miqdarda gəlir gizlətməklə dövlətə ziyanlar vurulur. Bu qədər saxtakarlığın qarşısında əlimdə subutlarımın olmasına baxmayaraq "Halal İnşaat" barəsində heç bir tədbir görülmür. Çünki "Halal İnşaat" sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı İldırım Məmmədovun himayəsi altında fəaliyyət göstərir. Sonradan mənə dedilər ki, adını halal qoymuş bu bazada haram işlər görülür ki, buna görə tək mən yox çoxlu sayda vətəndaşlara ziyan dəymişdir. Digər Ucar sakinlərinin bu bazadan aldıqları Qaradağ sementləri saxta çıxmışdır, onlara dəymiş ziyanlar ödənilməmişdir. Uzun müddətdir ki. bu saxtakarlıq "Halal İnşaat"da davam etsə də qanuni tədbir görülmür. Belə çıxır ki, "Halal İnşaat" bazası pul qazanmaq üçün Qaradağ sement zavodu ilə əlbir olub saxta sementləri camaata satırlar.
İqtisadiyyat naziri Şahin Mustafayevin işçiləri Ziya Məmmədovdan niyə qorxur?
Mən kasıb adamam bir neçə il boğazımdan kəsib tikinti üçün pul yığmışdım ki, o da Ziya Məmmədovun qardaşının himayəsində saxta fəaliyyət göstərən mağazanın yolunda qurban getdi.
Məni təəccübləndirən odur ki, iqtisadiyyat naziri cənab Şahin Mustafayevin işçiləri də «Halal İnşaat»a yaxın gələ bilmirlər, nəqliyyat naziri Ziya Məmmədovdan qorxurlar… 25 yanvar 2018-ci il tarixdə iqtisadiyyat naziri cənab Şahin Mustafayev Ucar rayonunda vətəndaşların qəbulunu keçirəcək ki, həmin qəbula mən də yazılmışam. Mən mətbuat vasitəsi ilə həm Azərbaycan Respublikasının vətəndaşlarına müraciət edib məlumat verirəm ki, Qaradağ sement zavodunun məhsullarını almayın, ehtiyatlı olun, oranın sementləri saxta və keyfiyyətsiz çıxır. Özüm bunun canlı zərərçəkəniyəm. Həmin sement kisələrinin bükülüləri və kisələri evimdə saxlanılır. Odur ki, iqtisadiyyat naziri cənab Şahin Mustafayevə, vegilər naziri cənab Mikayıl Cabbarova müraciət edib xahiş edirəm, Ucar rayonunda saxta və qanunsuz fəaliyyətlə məşğul olan "Halal İnşaat" tikinti malları bazasında ciddi yoxlama aparılmasına tapşırıq versinlər. Onlar belə saxta və qanunsuz fəaliyyətləri ilə dövlətə, vətəndaşlara külli miqdarda ziyan vururlar. Onların mənə təqdim etdikləri ödəniş qəbzi də saxtadır ki, bu birbaşa cinayət əməlidir. Xahiş edirəm, ciddi tədbirlər görəsiniz".
Redaksiyadan: şikayətçi Novruz Əhmədovla təkrar əlaqə saxladıq və o, həmin saxta sementin kisələrinin, eləcə də çürüntü kimi bərkiməmiş beton məmulatlarının video görüntüsünü bizə göndərdi. Təəssüflər olsun ki, şikayət ərizəsində adı çəkilən maddi məsul şəxs Rafael Məhərrəmovun bizə təqdim edilmiş mobil telefonuna dəfələrlə zəng etsək də telefon gah söndürülmüş göstərdi, gah da zəngimizə cavab verən olmadı. Onun da problemə dair mövqeyini öyrənməyə çalışırıq… \\tezadlar.az\\
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu