Binəqədidəki “Dağlar” əxlaqsızlıq ünvanı sakinlərə “od qoyur”
Sosial
Oxunub: 1 437
26 yan 2018 | 20:19
Binəqədidəki “Dağlar” əxlaqsızlıq ünvanı sakinlərə “od qoyur”














“Çünki, bu ünvanda gün ərzində xeyli sayda “müştəri” qəbul olunur və hər gün də xalqımıza məxsus əxlaqımız, milli-mənəvi dəyərlərimiz bilərəkdən tapdaqlar altına atılır”

Bakı şəhəri, Binəqədi rayonundakı “Baksol yolu” adı ilə tanınan yaşayış massivində fəaliyyət göstərən “Dağlar” əxlaqsızlıq ünvanının qanunsuzluğa söykənən fəaliyyəti haqda, hələ bir müddət bundan əvvəl də tənqidi açıqlamalar dərc edirdik. Yəqin ki, xəbər portalımızın çoxsaylı oxucuları dərc olunanlarla bağlı məlumatlıdırlar. Adı çəkilən obyektin fəaliyyəti ilə bağlı məlumatları redaksiyamıza çatdıran mənbə bildirir ki, “bu obyektin təhlükəsiz-qorxusuz fəaliyyət göstərməsinin əsas səbəbi, obyektin əsl sahibinin yüksək çinli vəzifə sahibi olmasıdır”. Baxmayaraq ki, “Dağlar” əxlaqsızlıq ünvanını işlədən İlqar adlı şəxsdir, amma onu dərk etmək lazımdır ki, adı çəkilən obyektin arxasında “vuran əl” dayandığından, obyekti işlədənlər hər cür təhlükələrdən sovuşa bilirlər.

Düzdür, bu gün Binəqədi rayonu ərazisində neçə-neçə əxlaqsızlıq ünvanları var və həmin ünvanlar içərisində “Dağlar”ın adı daha çox məşhurdur. Çünki, bu ünvanda gün ərzində xeyli sayda müştəri qəbul olunur və hər gün də xalqımıza məxsus əxlaqımız, milli-mənəvi dəyərlərimiz bilərəkdən tapdaqlar altına atılır. Bütün bunların da kökündə, adı çəkilən ünvanda yaş həddindən asılı olmayaraq qadınların cinsi istismarının həyata keçirilməsi üçün lazımi şəraitin yaradılması və təhlükəsiz obyektlərdən biri hesab olunmasıdır. Xoşagəlməz hal odur ki, “Dağlar” adı ilə məşhur olan bu ünvan sadə sakinlərin məskunlaşdıqları əraziyə yaxın yerdə fəaliyyət göstərir ki, bu da ətraf ərazidə yaşayan sakinlərin haqlı narazılığına səbəb olmaqdadır. Bu günə kimi neçə-neçə sakinlər redaksiyamızla əlaqə saxlayıb yaşanan ab-havaya kəskin iradlarını bildirmişlər və obyekt rəhbərliyinin əxlaqımızı, milli-mənəvi dəyərlərimizi tapdaqlar altına atdıqlarını da vurğulamışlar. Onlar onu da bildirirlər ki, “obyekt sahibini xalqımıza məxsus problemlər, ümumi yaşam tərzi, gənclərin əyri yollara düşmələri, qeyd olan ünvanda minbir keçici xəstəliyin varlığı və s. deyil, yalnız onları daha çox var-dövlət əldə etmək düşündürür. Belə bir səbəblər üzündən də, hələ 2016-cı ildə qeyd olunan ünvanda yaşananları ictimailəşdirmişdik və müəyyən tədbirlər görülməsi üçün aidiyyəti qurumlara rəsmi məktublar da ünvanlamışdıq. 28 dekabr 2016-cı il tarixdə DİN-ə ünvanladığımız rəsmi məktuba, 28 fevral 2017-ci il tarixdə Binəqədi RPİ 4-cü polis bölməsinin rəisi, polis mayoru Etibar Balakişiyevin imzası ilə təsdiq olunmuş cavab verilmişdi. Verilmiş cavab məktubunda qeyd olunurdu ki, “Binəqədi rayonu, “Baksol yolu” adlı yaşayış massivində yerləşən “Dağlar” adlı restoranın fəaliyyəti dayandırılıb və hal-hazırda da fəaliyyət göstərmir”. Düzdür, verilmiş cavabdan sonra bir müddət həmin ünvan fəaliyyətini dayandırmışdı. Amma, bu gün adı çəkilən ünvanın “şıdırğı fəaliyyəti” sanki hər kəsi narahat etməkdədir. Çünki həmin ünvana üz tutan, yaxud da ora gətirilən “xanımlar”ın sayı çoxaldıqca, baş verən iyrəncliklərin əhatə dairəsi də artmaqda davam edir. Yəni, alan kim, satan kim! Bax budur “Dağlar”da yaşanan ab-hava, atılan addımlar. Gəlin indi birlikdə müzakirə edək və ortaq məxrəcə gəldiyimiz qənaəti birbirimizlə də bölüşək. Görəsən səbəb nədir ki, adı çəkilən ünvanda hər cür hoqqalara qol qoyulur, hüquq-mühafizə orqanı əməkdaşları isə susmağa üstünlük verirlər. Deməli, “torbada qara pişik” var ki, bu cür yanaşma da sərgilənir.

Bəli, bu gün cəmiyyətimizin deqradasiyaya uğramasında, gənclərimizin minbir xəstəliyin daşıyıcısına çevirilməsində, əxlaqımızın, mənəviyyatımızın korlanmasında, azyaşlıların tərbiyəsinin pozulmasında və s. adı çəkilən ünvanın müstəsna rolu var. Baxmayaraq ki, belə bir ünvanların fəaliyyət göstərmələrinə qarşı 2014-2018 illəri əhatə edən, yəni qadınların cinsi istismarı və cinsi istismarına şəraitin yaradılmasının qarşısının alınması məqsədilə yeni “Milli Fəaliyyət Planı” da imzalamışdır. Qəbul olunmuş “Milli Fəaliyyət Planı”nda insan alverinin səbəbləri, ona şəraitin yaradılması, hallarının müəyyən edilməsi və aradan qaldırılması, insan alveri qurbanlarının hüquqlarının bərpası və sosial reablitasiyasının həyata keçirilməsi nəzərdə tutulur. Bütün bunlar qəbul olunmuş sənəddə öz əksini tapsa da, nədənsə İlqar adlı şəxsin sahiblik etdiyi obyektdə və əraziyə cavabdehlik daşıyan hüquq-mühafizə orqanı əməkdaşlarının əməllərində, irəli sürülən tələblərə əməl olunmadığı açıq-aşkar görünür. Bu belə olduğu halda səbəb nədir ki, ortada müvafiq sərəncam və onun prinsipləri olsa da, İlqar adlı şəxs və digərləri nə sərəncamı saya salırlar, nə də ki, onun prinsiplərini qəbul edirlər. Axı, hər kəs qanuna, onun aliliyinə hörmət etməli, necə deyərlər şərəfli vətəndaş borcunu yerinə yetirməlidir. Görəsən sahiblik etdiyi obyektdə qadınların cinsi istismarına şərait yaratmaqla, vergidən yayınmaqla, gigiyenik qaydalara əməl etməməklə, hətta obyektdə çalışan işçilərlə əmək müqaviləsi bağlamamaqla, daha çox isə milli-mənəvi əxlaqımızı tapdaq altına atmaqla, İlqar adlı şəxsin və onun arxasında dayanan “möhkəm əl”in yerinə yetirdiyi “şərəfli vətəndaş” borcu budurmu? Gəlin bu haqda düşünək, belə bir olaylar haqda götür-qoy edək.

Hörmətli oxucular! Diqqətinizə onu da çatdırmaq istəyirik ki, “Dağlar” adı ilə tanınan əxlaqsızlıq ünvanının əsl sahibinin, hələlik adının çəkilməsini istəmədiyimiz rayonlardan birində polis rəisi vəzifəsini daşıyan şəxsə məxsus olduğu vurğulanır. Bu haqda bir qədər sonra bəhs etməyə çalışacağıq. Odur ki, bizi izləyin.

Azerinfo.az
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...