Benzinlə bağlı əhaliyə bəd xəbər - Bax bu əsil biabırçılıqdır
Sosial
Oxunub: 10 988
31 yan 2018 | 13:48
 Benzinlə bağlı əhaliyə bəd xəbər - Bax bu əsil biabırçılıqdır














Bakıda YDM-lərdə benzin fırıldağı - sürücüləri belə incidirlər

Azərbaycanda benzindoldurma məntəqələrində avtobobillərə vurulan yanacağın oğurlanması ilə bağlı iddialar var. Bununla bağlı şikayət edən sürücülərins ayı artır.İllərdir ki, bununla bağlı sosial şəbəkələrdə, mediada dəfələrlə xəbərlər yayılıb.Amma problem həllini tapmır.Məsələ ilə bağlı “Cümhuriyət” qəzetinə də çoxsaylı şikayətlər gəlir.Sürücülərin dediyinə görə, Bakının bütün yanacaq doldurma məntəqələrində avtomobillərə vurulan benzindən 20 faiz kəsilir.Məsələn, 20 manatlıq benzin 20 saniyə ərzində vurulur. Yanacaq sürətlə köpük halında vurulur ki, nəticədə çənə həcmdən daha az yanacaq daxil olur. Şikayətlərin çox olmasına rəğmən bu sahədə monitorinq aparılmır.Maraqlısı budur ki, yanacaqdoldurma məntəqələrində edilən bu fırıldağı sübut etmək praktiki olaraq mümkün olmur.

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov “Cümhuriyət” qəzetinə açıqlamasında birliyə bu barədə çoxsaylı şikayətlərin gəldiyini vurğulayıb. Onun sözlərinə görə, şikayətlərin çoxu benzinin keyfiyyətsiz olması ilə bağlıdır:

“Bu sahədə şəffaflıq yoxdur. Şəffaflıq olmayan yerdə isə problemlər yaşanır. Əhali bilməlidir ki, yanacaq doldurma məntəqələrində açıq yerə qoyulmuş “menzurka” deyilən bir ölçü cihazı var. Bu cihaz benzinin düzgün vurulub-vurülmamasını, benzinin burxılıb-buraxılmamasını ölçən bir cihazdır. Hər bir istehlakçı “menzurka” ilə vəziyyəti yoxlaya bilər.Bununla bağlı bizə də şikayətlər daxil olur.Şikayətlərin çoxu yanacağın kəsilməsi və benzinin keyfiyyətsizliyi ilə bağlıdır.Digər şikayətlər isə benzin doldurularkən qalığın yanacaq borusunun içərisində qalmasındandır.İstehlakçıların verdiyi məlumata görə həmişə sayğacın qarşısında dayanmağa icazə vermirlər.Müxtəlif bəhanələr edib insanın gözünü sayğacdan yayındırmağa çalışırlar.Belə olan halda operatorlar çox cəld rəqəmi dəyişdirə bilirlər.Ona görə də istehlakçılar mütləq qəbzləri götürməlidirlər, sayğaca nəzarət etsinlər, “menzurka” tələb edib, benzinin vurulma düzgünlüyünü yoxlasınlar”.

Eyyib Hüseynov bu məsələdə başqa bir fırıldağın da üstünü açıb. O, deyib ki, yanacaqdoldurma məntəqələrində olan aparatların içərisində bir “bolt” var:

“O “bolt” onların çörək ağacıdır. Həmin boltu sağa-sola vurmaqla benzinin artıq və əskik olmasını tənzimləmək olur.Təəssüf ki, o “bolt” insanların əlinə çatmır və onlar bunu bilmirlər”.

AİB sədri onu da əlavə edib ki, sürücülər bununla bağlı aiddiyati qurumlara müraciət edə bilərlər: “Bütün bu kimi hallarda istehlakçılar Standartlaşdırma, Metrallogiya və Patent üzrə Dövlət Komitəsinə, yaxud İqtisadiyyat Nazirliyinin müvafiq qaynar xəttinə müraciət etsinlər. Dövlət orqanları buna cəld müdaxilə etsələr, problemi sübut etmək mümkün olar”.
Bu gün, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Bu gün, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Bu gün, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Bu gün, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Bu gün, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Bu gün, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Bu gün, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Bu gün, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Bu gün, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Bu gün, 10:31
Azərbaycanda zəlzələ olub
Bu gün, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Bu gün, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Bu gün, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Bu gün, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Bu gün, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Bu gün, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Bu gün, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Bu gün, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
Dünən, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
Dünən, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
Dünən, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
Dünən, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
Dünən, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO
Dünən, 13:15
Paşinyandan Azərbaycanla bağlı qərar
Dünən, 13:10
İlham Əliyev Rusiyada səfərdədir
Dünən, 12:10
Azərbaycanda bu məhsullar ucuzlaşacaq - AÇIQLAMA