Heydər Əsədovun fəaliyyəti fermerləri yox, məmurları zəngin etdi... - Yanlış siyasətin təzahürü
Sosial
Oxunub: 462
1 fev 2018 | 13:28
Heydər Əsədovun fəaliyyəti fermerləri yox, məmurları zəngin etdi... - Yanlış siyasətin təzahürü














“Bu gün demək olmaz ki, pambıqçılıq Azərbaycan kəndliləri üçün gəlirlidir, onlarda maraq yaranıb və onlar bu sahənin genişləndirilməsi ilə məşğul olacaqlar. Azərbaycan kəndlisində pambığa maraq qalmayıb. Bu ona görə belə oldu ki, müdaxilə oldu”.

Bu fikirləri kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov son illər dövlətin kənd təssərrüfatı sahəsinə yatırdığı ciddi yatırımları PİA.AZ-a şərh edərkən deyib.

Son illər neftin qiyməti dünya bazarlarında kəskin şəkildə aşağı düşdüyü zamanda ölkədə qeyri-neft sektorunun inkişafı prioritet sahəyə çevrildi. Xüsusən də dövlət son bir neçə ildə kənd təssərrüfatı sahəsinə ciddi yatırım etdi. Misal üçün pambıqçılığa, baramaçılığa və bir sıra başqa sahələrə... Keçən ilin pambıq yığımından, həmçinin baramaçılıqdan və digər sahələrdən əldə olunan nəticələrə görə demək olarmı ki, bu yatıırımlar özünü doğruldub və sadalanan sahələrdə inkişaf qənatbəxşdir?

Bu mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmova müraciət edib.

Mövzu ilə bağlı PİA.AZ-a danışan ekspert bildirib ki, kənd təssərrüfatı ilə məşğul olan insanları məcbur etdilər ki, ot, tərəvəz istehsal etməsinlər və pambıq əkini ilə məşğul olsunlar. Məmurlar deyirdilər ki, guya yeni, daha məhsuldar pambıq sortu ölkəyə gətiriblər və kəndliləri istehsal vasitələri ilə təmin ediləcəklər. Bununla da kəndlilər daha çox gəlir əldə edəcəklər. Amma fermerlərin əksəriyyəti bu il ziyana işlədi. Çünki məhsuldarlıq aşağı oldu:

“Bir müddət əvvəl ölkənin ərzaq buğdasına olan təminatını ödəmək üçün bu sahəyə subsidiya formasında maliyyə resursu ayrıldı. Son zamanlarda da neftin qiymətinin azalması höküməti məcbur etdi ki, qeyri-neft sektoruna diqqət yetirsin. Buna görə də kənd təssərrüfatına müəyyən qədər maliyyə resursları ayrıldı. Yəqin xatırlayırsınız ki, keçən il Sabirabadda çıxış edən prezident İlham Əliyev dedi ki, biz pambıqçılığın inkişafına hər il 100 milyonlarla dollar vəsait ayırmışıq və gələcəkdə də ayıracağıq.

Ümumiyyətlə bazar iqtisadiyyatının qanunlarına görə ayrılan hər bir vəsaitin səmərəli xərclənməsi, gəlir gətirməsi ən vacib amildir. Pul xərcləmək xatirinə maliyyə resursları ayırmaq lazım deyil. O sahədən gəlir əldə etmək üçün, o sahədə çalışanların marağını artırmaq üçün pul xərclənməlidir. Gəlin indi son iki ilə baxaq. 2016-2017-ci illərdə prezidentin də dediyi kimi 100 milyon dollarla vəsait pambıqçılığın inkişafına xərcələndi. Onu da qeyd edim ki, hər birinin dəyəri 1 milyon manatdan baha olan, yəni 860 min dollar olan bahalı kombaynlar alıb ölkəyə gətiriblər. Çox təəssüflər olsun ki, alınan kombaynlardan istifadə olunmur. Pambıq toxumunun, gübrələrin və digər istehsal vasitələrinin alınıb ölkəyə gətirilməsini müşahidə edirik. Ancaq bununla yanaşı gəlin görək bu sahədən kəndlilər, fermerlər və yaxud da dövlət müəyyən qədər gəlir əldə edə bilibmi?

2016-cı ildə hər hektardan 17,2 sentner məhsul əldə edilib. Bu nəticə də əvvəlki iki ildən 2 sentner aşağı idi. Hətta 2005-ci ildə ölkədə pambıqçılığa bir qəpik belə ayrılmayanda məhsuldarlıq indikindən 4 sentner çox idi. Yəni keçən il 17,2 sentner, 2017-ci ildə isə 15,1 sentner məhsul əldə olunub. Amma kütləvi informasiya vasitələri ilə belə informasiya ötürürlər ki, guya 2017-ci ildə əvvəlki ilə nisbətən 2,5 dəfə artıq məhsul istehsal olunub. Bu artım isə əkin sahələrinin artırılmasıyla əldə olunub. Söhbət artıq məhsul istehsal etməkdən getməməlidir, söhbət məhsuldarlığın artırılmasından, o sahəni gəlirli etməkdən, rəqabət qabliyyətli məhsul istehsal etməkdən getməlidir. Axı biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Əgər ölkəyə pambıq lazım olardısa, bu gün dünya bazarında daha keyfiyyətli , daha ucuz pambıq istehsal olunur.

Bir daha qeyd edim ki, bazar iqtisadiyyatı şəraitində daha çox məhsul istehsal etmək əsas deyil. Bazar iqtisadiyyatı şəraitində daha ucuz, daha keyfiyyətli, daha rəqabət qabliyyətli məhsul istehsal etmək vacibdir. Bizim pambıqçıların bir hissəsi 2016-ci ili zərərlə başa vurdu, 2017-ci ildə də bizim apardığımız hesablamalar göstərdi ki, ümumillikdə ölkə üzrə pambıqçılar 10 milyon manatdan çox zərərə məruz qalıb. Yəni hər hektara çəkilən xərc 870 manat olduğu halda, onların əldə etdikləri vəsait 790 manat olub. İndi təsəvvür edin, kim öz ziyanına fəaliyyət göstərər, iş qurar, əziyyət çəkər? Axı pambıq yetişdirmək digər kənd təssərrüfatı məhsulunu yetişdirməkdən qat-qat çətin və əziyyətlidir. İş burasındadır ki, kənd təssərrüfatı ilə məşğul olan insanları məcbur etdilər ki, ot, tərəvəz istehsal etməsinlər və pambıq əkini ilə məşğul olsunlar. Çünki onlar deyirdilər ki, guya yeni daha məhsuldar sort ölkəyə gətiriblər və kəndlilər istehsal vasitələri ilə təmin ediləcəklər. Bununla da kəndlilər daha çox gəlir əldə edəcəklər. Amma fermerlərin əksəriyyəti ziyana işlədi. Çünki məhsuldarlıq aşağı oldu.

Hətta yanvar ayının ilk günlərinə kimi pambıq yığıldı. Çünki Kənd Təsərrüfatı Nazirliyinin alıb ölkəmizə gətirdiyi sort da gec yetişən pambıq sortu idi və Azərbaycan iqliminə uyğun deyildi. Bir yandan da alınan texnikadan istifadə olunmadı. Çünki istifadə edə bilmirlər. Pambıq yığmağa da müəllimləri, həmikləri, məktəbdə işləyən texniki işçiləri, bələdiyyə fəallarını, yerli icra nümayəndələrini cəlb etdilər. Yəni dövlət büdcəsi hesabına əmək haqqı alan işçilər bu işə cəlb edildi. Bu gün demək olmaz ki, pambıqçılıq Azərbaycan kəndliləri üçün gəlirlidir, onlarda maraq yaranıb və onlar bu sahənin genişləndirilməsi ilə məşğul olacaqlar. Azərbaycan kəndlisində pambığa maraq qalmayıb. Bu ona görə belə oldu ki, müdaxilə oldu. Yəni istədilər ki, inzibatı qayda ilə, Sovet dövründə olduğu kimi bu sahə ilə məşğul olsunlar. Amma bu belə olmadı.

Ümumiyyətlə pambıqçılıqda məhsuldarlıq əksər ölkələrdə aşağı səviyyədədir. Hətta Türkiyədə, ABŞ-da, Çində, Hindistanda pambıqçılıq elə də yüksək səviyyədə deyil. Ancaq həmin ölkələr pambığı özləri emal edib, ondan yüngül sənayedə istifadə edib məhsul əldə edirlər. Məsələn, təsəvvür edin bu gün Çin, Türkiyə, ABŞ istehsalı olan cins paltarlar bazara çıxarılır. Onların dəyəri fərqlidir. Çünki keyfiyyət vacib amildir. Bəs Azərbaycan nə istehsal edir? Hökumət öhdəlik götürmüşdü ki, corab istehsalı ilə məşğul olacaqlar. Bu da gülməlidir. İstehsal olunan corab bu gün bazarda varmı? Pambıq istehsalı mürəkkəb sahədir. Hökumət istehsal etdiyi pambığı xammal kimi Rusiyaya ixrac edir və aşağı qiymətə Rusiya bazarına çıxarırlar.

Əslində bu sahədən gəlir əldə edən kəndlilər, fermerlər yox, pambığın emalı və ixarcı ilə məşğul olan yüksək vəzifəli dövlət məmurlarıdır. O məmurlar ki, onlar həm də sahibkarlıqla məşğuldurlar. Yəni dövlət büdcəsi hesabına ayrılan küllü miqdarda, yüz milyon dollarla vəsait yalnız və yalnız oliqarx məmurların biznesinin genişləndirilməsinə xidmət etdi. Demək olar ki, dövlət də pambıqçılıqdan hər-hansı gəlir əldə etmədi.

Bu sözləri baramaçılıq haqda da demək olar. Çünki baramanın toxumu da, baramaçılıqda istifadə olunan çəkil də xaricdən gəlir. Belə olan halda da istehsal baha-başa gəlir. Hər kiloqram barama üçün 5 manat subsidiya verilir. Halbuki, Qazaxıstan Azərbaycan manatı ilə 1 kiloqram baramanı 5 manata ixrac edir. Deməli bu sahə də dövlət büdcəsindən asılı vəziyyətdədir. Axı indiki şəraitdə belə bizneslə məşğul olmaq olmaz. Kəndlilərə, fermerlərə imkan vermək lazımdır ki, onlar özləri seçim etsin. Hansı sahə onlara fayda verər, hansı sahə onlar üçün gəlirli olar, həmçinin keyfiyyətli məhsul istehsal edib özləri bazara çıxara bilən sahələrdə imkan yaradılmalıdır. Yəni elə sahə inkişaf etdirilməlidir ki, o sahədən kəndli, fermer, ölkə də gəlir əldə edə bilə. Bunun üçün münbit biznes şəraiti yaratmaq lazımdır.

İnkişaf etmiş ölkələr kənd təssərrüfatını hansı formada inkişaf etdirmək lazım olduğunu nümunə kimi göstəriblər. Bu nümunə də ondan ibarətdir ki, kəndlilərə imkan yaradılmalıdır ki, onlar özləri seçim etsin, onlar müstəqil olaraq istehsal, idxalla, ixracla məşğul olsunlar. Özləri məsuliyyət daşısınlar. Dövlət işə qatışanda, işin nəticəsi Sovet hökumətinin apardığı siyasətin nəticəsi kimi olur”.
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE