Əhalini donduran “Azəristilik”dən özbaşınalıq - İndi də məhkəmə ilə hədələyir
Sosial
Oxunub: 562
3 fev 2018 | 11:36
Əhalini donduran “Azəristilik”dən özbaşınalıq - İndi də məhkəmə ilə hədələyir














Azəristiliktəchizat” ASC istilik borcunu ödəməyən vətəndaşları məhkəməyə verəcək.Qurumun abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev bəzi abonentləri məsuliyyətsizlikdə ittiham edib. O bildirib ki, vətəndaşlar girişin bütün mənzilləri ümumi xidmətdə olduğunu düşünüb zənn edirlər ki, bir nəfərə görə binanın istiliyini dayandırmazlar.

R.Əliyev qeyd edib ki, aparılan statistikadan sonra hansı binalarda ödəniş etməyən abonentlər çoxdur, həmin binaya xəbərdaredici məlumat verilir: “Vətəndaş onsuz da istifadə etdiyi suyun pulunu ödəyir. Heç kim qabaqcadan supulu vermir. Xəbərdarlığa rəğmən ödəniş etməyənlərin ya istilik təchizatı dayandırılacaq, ya da məhkəməyə veriləcək”.

O deyib ki, 2017-ci ilin yekunlarına görəəhali istehlakçılarından yığıma görə göstəricilər 90 faiz təşkil edib: “Ümumilikdə borclular çox deyil. Amma ödəniş etməklə arası olmayan, məsuliyyətsiz abonentlərimiz də var. Ona görə məcburuq ki, xəbərdarlıq edək. Abonentlərimizin ən çoxu 100-200 manat borcu olur”.

Qurum rəsmisinin sözlərinə görə, qeyri-əhali qrupunun ödənişlərində problem yoxdur: “Onlar büdcə təşkilatlarıdır və nəzərdə tutulan müqavilə üzrə ödəniş edirlər”.

Təbii ki, “Azəristiliktəchizat”ın istilik borcunu ödəməyən vətəndaşları məhkəməyə verməsi onun hüququdur. Amma qurum məhkəməyə müraciət etməzdən öncə heç olmasa bir dəfə öz fəaliyyətini nəzərdən keçirsin. Məlumat üçün bildirək ki, hər il noyabrın 15-dən etibarən qış rejiminə keçidlə bağlı ölkə ərazisi istiliklə təmin olunmalıdır. Amma 2017-ci ilin müvafiq dövründə istilik paylanması ilə bağlı problemlər yaşandı. Hətta istiliyin təmin olunmasındakı gecikmə bir aya qədər davam etdi. Aidiyyəti qurumlar isə çoxsaylı şikayətləriinkar edir, istiliyin vaxtında verildiyini iddia edirdi. Konkret olaraq isə əhali “Azəristiliktəchizat”ın yaratdığı problemlər hesabına soyuqda qaldıqlarından gileylənirdilər. Ardı-arası kəsilməyən şikayətlərdən sonra qurum ərazilər üzrə hissə-hissə istilik verilişini təmin etdi.

İqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə bildirib ki, vətəndaşlara göstərilən bütün xidmətlər qarşılıqlı müqavilə əsasında həyata keçirilməlidir: “Bu müqavilələrdə hər iki tərəfin vəzifə və məsuliyyəti müəyyənləşdirilməlidir. Hansı tərəf məsuliyyətdən yayınsa və yaxud üzərinə götürdüyü vəzifələri yerinə yetirməsə, qarşı tərəf məhkəməyə müraciət edə bilər. Həmçinin müqavilədə operativ tədbirlər məsələsi nəzərdə tutulmalıdır. Əgər abonent öz üzərinə düşən vəzifəni yerinə yetirmirsə, vəsaiti vaxtında ödəmirsə, o zaman həmin müqavilədə təchizatçı tərəf hər hansı tədbirlərə əl atması nəzərdə tutulmalıdır. Mexanizm elə qurulmalıdır ki, başqalarının hüquqlarını pozmadan atdığı addım qarşılığında onun qədərini ala bilsin. Bütün binada istiliyi dayandırmaq “Azəristiliktəchizat”ın hüququ deyil. Əslində bir abonentə görə bütün binanın istiliyi dayandırılmamalıdır. İşləri elə qurmaq olar ki, hər bir mənzilin istiliyini ayrıca dayandırmaq üçün şərait olsun. Tutaq ki, bir binada 200 ailə yaşayır, borcunu ödəməyən 5-10 ailəyə görə digərlərin hüquqlarını pozmaq nə dərəcədə düzgün sayılır? Bu məsələlərdə boşluqlar çoxdur”.

İqtisadçı hesab edir ki, abonent və təchizatçı şirkət arasında bağlanan müqavilələrdə çatışmazlıq var: “Müştərilər təchizatçı şirkəti məsuliyyətə cəlb etmək üçün heç cür əsaslandırma apara bilmirlər. Əsalandırmaq üçün sübut etmək mexanizmi yoxdur. Boşluqlar çoxdur. Ötən ilin noyabrında istiliyin olmamasından şikayətlənən müştəriləri qeydiyyata almaq üçün mexanizmlər yoxdur. Müasir dünyada bu məsələlər çox aydın şəkildə çözülür. Amma təəssüf ki, bu mexanizmlər ölkəmizdə tətbiq edilmir. Bunun da ilkin səbəbi odur ki, inkişaf etmiş ölkələrdə maraqlı tərəflər var. Maraq sistemin işləməsi əsasında yaranır. Birinci, bütün xidmət sahələri dövlət şirkəti kimi fəaliyyət göstərməməlidir. İlk növbədə bütün təchizatçı xidmət sahələri özəlləşdirilməlidir. Yalnız bu zaman o sahədə inkişaf ola bilər. Xidmət edən şirkət müştərini yüksək xidmətlə təmin etməkdə maraqlı olacaq.

Göstərdiyi yüksək xidmətinin müqabilində abonentdən istədiyi ödənişi ala biləcək. Bu zaman dövlətə də xidmət edən şirkətin yaxasından tutub vətəndaşına normal xidmətin olunmasını tələb edə bilər. Amma dövlət heç vaxt öz şirkətinin yaxasından tutub vətəndaşın tərəfində dayana bilməz. İstəsə də, bu, mümkün deyil. Çünki şirkət dövlətin bir hissəsidir. Xidmət şirkəti özəl tərəf olmalıdır, eyni zamanda dövlətin və onun vətəndaşı qarşısında məsuliyyəti olmalıdır. Təəssüf ki, Azərbaycanda belə deyil. Azərbaycanda istilik sistemi sovet hökuməti dövründə necə qurulubsa, elə həmin formada da gedir. Sadəcə, suyun, mavi yanacağın və elektrik enerjisinin sayğaclarında bir qədər dəyişiklik, yenilik olub. Burda da dövlət səviyyəsində böyük möhtəkirliklər var. Hansı sahədə möhtəkirlik imkanları var, orada xidmətin keyfiyyəti düşür”.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...