Xanım general 4 telefon nömrəsinin güdazına gedib - İLGİNC
Sosial
Oxunub: 666
3 fev 2018 | 11:38
Xanım general 4 telefon nömrəsinin güdazına gedib - İLGİNC















Sabunçu rayon Məhkəməsində ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edir. Fevralın 1-də baş tutan prosesdə təqsirləndirilən Natəvan Mirvətova ifadə verib.

MTN-in Əməliyyat-texniki İdarəsinin rəisi olan general xanım özünü təqsirli bilməyib, vəzifəsini düzgün icra etdiyini deyib. N.Mirvətova məhkəmədən barəsindəki cinayət işinə xitam verilməsini istəyib. “Yeni Müsavat”a etibarlı mənbədən daxil olan məlumatda deyilir ki, N.Mürvətovanın ittiham edildiyi epizodlarda qanunsuz dinləndiyi qeyd olunan telefon nömrələri faktiki işləməyib. Qanuna görə dinlənilmə nazir və onun müavini - yəni Eldar Mahmudov və Hilal Əsədovun üzərinə dərkənar yazdıqları raportlara əsasən aparılıb.

MTN-dəki məlum həbslər zamanı sənədlər götürülüb və araşdırmalar zamanı bəlli olub ki, 4 telefon nömrəsi üzrə müvafiq raportlar olmayıb. Sonradan bu nömrələrin dinlənilməyə hansı əsasla qəbul edilməsi araşdırlarkən idarə rəisi Natəvan Mürvətova izahat verib və bildirib ki, həmin nömrələr dinlənilməyə təqdim edilərkən işləmədiyindən, səhv olduğundan dinlənilmə icra olunmayıb. Buna görə də onu müvafiq rəsmiləşdirilmə aparılmayıb. Bununla belə N.Mürvətovaya ittiham elan edilib. Yada salaq ki, N.Mürvətovanın istintaqa cəlb olunduğu haqda mətbuatda yazılar dərc olunandan sonra sabiq MTN əməkdaşı Ərəstun Oruclu özünün facebook divarında Azərbaycanın yeganə qadın generalı haqda fikirlərini bölüşmüşdü.

“Bəlkə də təəccüblü gələcək sizə, amma etiraf edim ki, bu, tutulanların arasında bircə nəfərə görə həqiqətən çox təəssüflənirəm. Mediada soyadı müxtəlif cür hallandırılan general-mayor Natəvan Mirvətovanı yaxşı tanıyırdım. Vaxtilə onunla iş üzrə xeyli ünsiyyətdə olmuşdum. Bütün bu generallar arasında həmin rütbəyə yeganə layiq olan və Azərbaycanın tək general-xanımı idi. Amma çox təəssüf ki, Natavan xanımın işi ”çirkli" iş olmaqla yanaşı, həm də onu son 30 ilin ən miqyaslı informasiya daşıyıcısına çevirmişdi. O, həm də öz işinin yüksək səviyyəli peşəkarı idi. Bu isə həm onun özü, həm də bir çox başqaları üçün təhlükəli idi. Belə də oldu. Əminəm ki, Natavan xanım dəfələrlə mənim də telefon danışıqlarımın dinlənilməsinə tapşırıqlar verib, amma yenə də deyirəm ki, bu, onun işi idi. Heç nəyə baxmayaraq, arzu edirəm ki, bu xanım həbsxanaya düşməsin. Allah yardımçısı olsun və günahlarını bağışlasın" - deyə Ə.Oruclu qeyd etmişdi.
Musavat.com
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...