“Ayıq sürücü”nün müştəriləri yol polisinə satması iddiasına DYP-dən CAVAB
Sosial
Oxunub: 500
4 fev 2018 | 12:36
“Ayıq sürücü”nün müştəriləri yol polisinə satması iddiasına DYP-dən CAVAB















Sosial şəbəkələrdə yayılan bir görüntü ayıq sürücü xidməti göstərən şəxs və şirkətlərin yol polisi ilə əməkdaşlığı məsələsini gündəmə gətirib.

"XəzərXəbər” məsələni araşdırıb. Həm yol polisi, həm də ayıq sürücü şirkətləri məsələyə münasibət bildiriblər.

Yol polisi öncə yolayrıcına gəlir, sonda onu görməsinlər deyə avtomobili bir qədər geriyə sürür.

Ayıq sürücünün idarə etdiyi avtomobil isə dayandıqdan və ayıq sürücü maşını tərk edib uzaqlaşandan dərhal sonra yol polisi həmin avtomobilə doğru hərəkət edir.

Bu görüntülər Bakıda bir binanın təhlükəsizlik kamerasına düşüb. Görüntü sosial şəbəkələrdə yol polisi ilə ayıq sürücü arasında işbirliyi olduğu iddiası ilə yayılıb. İddialara görə maşının sahibi ayıq sürücünü yola salandan sonra həyətdə maşını park etmək üçün sükan arxasına oturan kimi onu yol polisləri yaxalayıblar.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi idarəsi də rəsmi münasibət açıqlayıb. İdarənin bölmə rəisi Vaqif Əsədov "XəzərXəbər”ə bildirdi ki, bu iddialar içkili halda olan sürücülərin özlərini müdafiə etmək üçün ortaya atdığı əsassız fikirlərdir. Onun sözlərinə görə hətta əgər sürücü yaşadığı həyətdə belə avtomobilin sükanı arxasına sərxoş halda əyləşibsə bu qanunla yolverilməzdir və yol polisinin inzibati xətanı tətbiq etməsi üçün heç bir maneə yoxdur. Vaqif Əsədov sürücülərə ayıq sürücüyə güvənmədikləri halda özlərinə yaxın bildikləri şəxslərin köməyindən faydalanmağı tövsiyyə edib.

İddialarla bağlı ayıq sürücü xidmətlərindən biri ilə də əlaqə saxladıq. Şirkətin əməkdaşı Renad Əliyev "XəzərXəbər”ə bildirdi ki, əksər hallarda problemlər səyyar şəkildə fəaliyyət göstərən ayıq sürücülərdə baş verir. Onların şirkətində belə halın yaşanmasının mümkünsüz olduğunu bildirən şirkət əməkdaşı sürücülərə bütün lazımı təlimatları öncədən verdiklərini deyir. Belə bir iddia ilə müştərilərdən şikayət daxil olarsa və təsdiqlənərsə həmin sürücü ilə əmək müqaviləsinə xitam veriləcəyini bildirib.
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Dünən, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
27-03-2024, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
27-03-2024, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
27-03-2024, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
27-03-2024, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
27-03-2024, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
27-03-2024, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
27-03-2024, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb