Sədrlə İdarə Heyətinin üzvü üz-üzə gəlib - "AtaBank”da QALMAQAL
Sosial
Oxunub: 667
5 fev 2018 | 13:17
 Sədrlə İdarə Heyətinin üzvü üz-üzə gəlib - "AtaBank”da QALMAQAL















İşdən çıxarılan vergilər naziri Fazil Məmmədovun əindəki maliyyə resurslarının alınması və təftiş edilməsi ilə bağlı ölkə mediasında məlumatlar səngimək bilmir. Sabiq nazirin nəzarətindəki şirkətlərib əlindən alınması demək olar ki, an məsələsinə dönüb. Fazil Məmmədovun əmlaklarının və maliyyə qaynaqlarının əksəriyyətinin ölkə içində olması isə bu iddiaların əsaslı olmasını deməyə əsas verir. Sabiq nazirin nəzarətində olduğu və rəhbərliyində bacısı oğlunun dayandığı AtaBank-la bağlı Tendensiya.com-a ilginc məlumat daxil olub. Həmin məlumatda vurğulanır ki, nazirin bankında sədr Dəyanət Quliyevlə İdarə Heyətinin üzvü Etibar Babaşlı üz-üzə gəlib. Sədrlə müavinin üz-üzə gəlməsinin isə əsas səbəblərdən biri yaxın aylarda AtaBank-ın Fazil Məmmədovdan alınması ilə bağlı olduğu iddia edilir.

Məlumatda bildirilir ki, bankın idarə heyətinin üzvü Etibar Babaşlıya AtaBank-da Fazil Məmmədova bağlı şəxslərin siyahısının tutulması tapşırılıb. Həmçinin Etibar Babaşlıya özünün komandasını yaratması təlimatı verildiyi iddia edilir. Məlumata görə, Etibar Babaşlıya verilən bu tapşırıqdan Fazil Məmmədovun AtaBank-dakı kadrları xəbər tutublar. Məhz bundan sonra bank sədri Dəyanət Quliyev Etibar Babaşlı ilə görüşərək ondan istefa ərzisəi yazılmasını tələb edib.

Ancaq Etibar Babaşlı sədrin ona etdiyi təklifdən imtina edərək işinin başında qalacağını bildirib.

Bildirək ki, "AtaBank”-ın idarə heyətinin üzvü Etibar Babaşlı vaxtı ilə Fazil Məmmədova yaxın olan şəxslərdən biri olub. İki il öncə "AtaBank”ın idarə heyətində baş verən dəyişikliklərdə Etibar Babaşlının vəzifədən gedəcəyi ilə bağlı məlumatlar yayılmışdı. Amma onun bütün dostları və ortaqları bankdan getsə də Babaşlı İdarə Heyətində yerini qoruyub saxlaya bildi. Etibar Babaşlının adı ölkə mediasına 2 il öncə İdarə Heyətinin digər üzvü, onun yaxın dostu və ortağı Elnur Osmanovun bankdan qovulması ilə gündəmə gəlmişdi. Həmin vaxt mediada dərc olunan məlumatlarda vurğulanırdı ki, Etibar Babaşlının yaxın dostu Elnur Omanov üçün məhkəməyə saxta sənəd təqdim etməsinin üstü açılmış və məsələ idarə heyətində müzakirə olunaraq ciddi söz söhbətə yol açmışdır. Həmin məlumatlarda Etibar Babaşlının Elnur Osmanovla şərikli biznes sahələrinin olduğu da əksini tapmışdı. Bankdan tendensiya.com-a daxil olan məlumata görə idarə heyətinin ən imkanlı şəxsi Etibar Babaşlı sayılır. Onun AtaBank-dakı vəzifəsindən sui-istifadə edərək bankdan ən yaxın adamlarının adına aşağı faizlə milyonlarla manat dəyərində kreditlər götürərək özünə böyük biznes sahələri yaratdığı iddia olunur.

Məsələ ilə bağlı araşdırmalarımız davam edir.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Bu gün, 10:31
Azərbaycanda zəlzələ olub
Bu gün, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Bu gün, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Bu gün, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Bu gün, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Bu gün, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Bu gün, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Bu gün, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Bu gün, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
Dünən, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
Dünən, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
Dünən, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
Dünən, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
Dünən, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO
Dünən, 13:15
Paşinyandan Azərbaycanla bağlı qərar
Dünən, 13:10
İlham Əliyev Rusiyada səfərdədir
Dünən, 12:10
Azərbaycanda bu məhsullar ucuzlaşacaq - AÇIQLAMA
Dünən, 12:05
Əhaliyə şad xəbər: Bu müddətdən sonra pensiyalar...
Dünən, 11:05
Hava hücumundan müdafiə bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib
Dünən, 11:01
ABŞ-nin hərbi bazasına 5 raket atılıb
Dünən, 10:56
Sülhməramlılar hara gedir? - "Bild"
Dünən, 10:32
Bakı vaxtı ilə Moskva - "Kommersant"
Dünən, 10:26
Erməni mediası Rusiya-Türkiyə problemini qabardır - Kreml sorğu göndərdi
Dünən, 10:22
İsrail 6 məqamda çıxılmaz vəziyyətdə: ABŞ əməkdaşlıq etməsə... - İsrail mediası
Dünən, 09:33
Ağ Ev Ukraynanı məxfi sülh masasından necə geri çəkdi: ABŞ Avropa Birliyini iqtisadi intihara məcbur edir
Dünən, 09:30
"El Klasiko"da 5 qol: "Real" son dəqiqələrdə qələbə qolunu vurdu - VİDEO
Dünən, 09:20
Füzuli şəhərinə daha 39 ailə yola salınıb - FOTO