Ermənistan üçün ölüm günü yaxınlaşır
Sosial
Oxunub: 1 273
6 fev 2018 | 00:53
Ermənistan üçün ölüm günü yaxınlaşır













İrəvan elə də uzaqda olmayan bəlanı gizlətməyə çalışır

Ötən il Ermənistanın xarici borcu 689 milyon dollar, yəni təxminən 13% artıb artaraq 5 milyard 494 milyon dollar olub.

İstiPress-in “news.am”a istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan milli statistika xidməti bildirib.

Göründüyü kimi, xarici borcun artım tempi yetərincə yüksəkdir, amma rəqəmləri ölkənin ümumi milli gəliri, yəni ölkədə istiehsal edilən ümumi daxili məhsulla (ÜDM) müqayisə etdikdə vəziyyətin daha ağır olduğunu görmək olur. Ermənilər nə qədər məlumat vermək istəməsələr də 2017-ci ildə bu ölkədə cəmi 11 milyard dollarlıq ÜDM istehsal edilib. Beləliklə, 2017-ci ildə Ermənistanın xarici borcunun ölkə ÜDM-nin 50 faizinə bərabər olduğu ortaya çıxır. Müqayisə üçün qeyd edək ki, 2017-ci ildə Azərbaycanın xarici borcu 7 milyard 172 milyon dollar olub. Bu, ÜDM-in 18,9 faizinə bərabər bir rəqəmdir.

Əslində, Ermənistanın xarici borcu təhlükəli 60 faiz səviyyəsinə yaxınlaşır. Dünya ölkələri adətən bu səviyyəyə çatanda defolt elan edirlər. Bu isə ölkənin müflis elan edilməsi və ondan sonra başlanan problemlər deməkdir.

Adətən ölkələr defolta yaxınlaşdıqlarını gizlədirlər və bu məsələni ört-basdır eləmək istəyirlər. Çünki defolt elanı ölkəni yeni kreditlər almaq imkanını sıfra endirir. Buna görə də belə ölkələrin hakimiyyətdə olan qrupları adətən defolta yaxınlaşdıqlarını gizlətməyə çalışırlar və çox vaxt statistikanı saxtalaşdırılar. Deflotun imzalandığı günü Ermənistanın ölüm günü saymaq olar.Çünki Ermənistan vacib infrastruktur layihələri ilə yanaşı, ordunun silahla təchizatında da Azərbaycanla ayaqlaşmaq üçün böyük borclara gedir və ötən il Rusiya ilə bilinən 400 milyon dollarlıq kredit müqaviləsi bağlayıb. Əgər 2018-ci ildə İrəvan eyni tepmlərlə xarici borca qaçacaqsa, bu, xarici borcun 6 milyard dolları keçməsini və deflotu qaçılmaz edə bilər. Buna görə, Ermənistan statistikası real vəziyyəti xalqdan gizlətmək üçün rahatlıqla rəqəmləri kiçildə bilər.

Çünki erməni KİV-ləri son günlərdə Rusiyadan tank əleyhinə lazer raket kompleksləri “Kornet” alınması barədə məlumatlar yayırlar. Təbii ki, bu, Rusiyanın kredit daxilində Ermənistana verəcəyi silahların siyahısında yoxdur, bunun üçün ya Moskva ilə yeni kredit müqaviləsi imzalanvıb, ya da başqa xarici ölkədən borc alınaraq Rusiyaya ödəniş edilib. Hər halda, real vəziyyət xalqdan gizlədilir və bu cür gizli borcların 2018-ci ildə də xeyli olacağı gözlənilir.

Ermənistan üçün ölüm günü yaxınlaşır

İstənilən halda, Ermənistanın statistika xidməti real vəziyyəti xalqdan gizlədəcək. Çünki bu xidmətin rəqəmlərinin əksəriyyətinin yalan olduğunu hətta Kremlin vəsaitləri ilə nəşr olunan “Sputnik Armeniya” portalı da qeyd edir. Portal yazır ki, statistika 2010-cu ildə Ermənistanda 183 min ton taxıl yığıldığını göstərib və 2015-ci ildə bunun iki dəfə artaraq 360 mini keçdiyini iddia edib. Portal qeyd edir ki, statistika 2017-ci ildə yenidən 180 min ton ətrafına qayıdıb və bu rəqəmlərin Ermənistanın daxili taxıl bazarına heç bir təsiri olmayıb. Ermənilər bu illər ərzində hər il Rusiyadan idxal edilən 300 min ton buğdanın hesabına qidalanıblar.

Amma istənilən halda, Ermənistan Qarabağı işğal altında saxlamaqda davam edərsə, bu bəladan xilas ola bilməyəcək. Çünki kreditorlar borclarını tələb edəcək və borcu ödəyə bilməyən İrəvanın yeni borclar ala bilməyəcək, həmçinin beynəlxalq məhkəmələrə veriləcək. Onda statistikanı xalqdan gizlətməyin xeyri olmadığını anlayan İrəvan istər-istəməz defolta getməli olacaq.
Bu gün, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Bu gün, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE