"Semaşko"da açıq bazar qaydaları hökm sürür
Sosial
Oxunub: 788
6 fev 2018 | 12:31
"Semaşko"da açıq bazar qaydaları hökm sürür

















Səhiyyə sistemi ölkənin milli genofondu ilə bağlı strateji sahə olduğundan ölkə rəhbərliyi bu sistemdə həllini gözləyən bir çox problemlərin, çatışmazlıqların aradan qaldırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir. Son illərdə tibb ocaqlarının kadr potensialının gücləndirilməsi, ən müasir müalicə-diaqnostika mərkəzlərinin inşası, mövcud xəstəxanaların, poliklinikaların əsaslı təmiri və yenidənqurulması, onların dərman preparatları və digər texniki vasitələrlə təminatı istiqamətindəki tədbirlər daha geniş vüsət alıb. Bunu heç kim inkar edə bilməz. Qeyd edək ki, dövlət büdcəsindən bu sektora ayrılan vəsaitlərin artırılması səhiyyə müəssisələrinin fəaliyyətinin, ümumilikdə tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılmasına, vətəndaşları qayğılandıran bir çox məsələlərin həllinə yaxşı imkanlar açıb.
Lakin, müasir binaların, tibbi avadanlıqların da hamısı insanlara xidmət edir. Təəssüf ki, aparılan islahatların, xərclənən vəsaitlərin belə bu tibb ocaqlarında məğlub olduğu bir “xəstəlik” var. Bu mənfur xəstəliyin adı rüşvətxorluq və korrupsiyadır.
Bu amansız xəstəliyə “yoluxan” tibb ocaqlarından biri, bəlkə də birincisi daha çox Semaşko xəstəxanası kimi tanınan 1 saylı Şəhər Kliniki Mərkəzidir. Xəstəlik Mərkəzin bütün şöbələrini özünə məğlub edib, demək olar ki, bütün tibb personalı “acımasız azara” mübtəla olublar. Hətta baş həkim Ədalət Dadaşovun özünün belə bu amansız xəstəlikdən əziyyət çəkdiyi söylənilir.
Xəstəxanaya müraciət edənlər buraya dahi şairimiz Nəsiminin adının verilməsini daha doğru hesab edirlər. Çünki, elə ilk qədəmdən, kandardan “soyulma” prosesinə başlanılır. Özü də qansız, bıçaqsız. Burada xəstələri xəstələnməyinə peşiman edirlər ki, bir daha belə səhvə yol verməsin.
Paytaxtın ən iri və nüfuzlu xəstəxanalarından olan Kliniki Tibbi Mərkəzdə 30 min adama stasionar, 50-60 min adama ambulator yardım göstərilir. Burada 2 minə yaxın əməkdaş çalışır. Mərkəz dövlət tibb müəssisəsi olmaqla, rəsmən heç bir pullu xidmət yoxdur. Ancaq mərkəzdə havayı olan yeganə şey havadır.
Burada qiymətlər həm də bahalığı ilə fərqlənir. Digər xəstəxanalarda adi bir əməliyyat 400-500 manata başa gəldiyi halda Semaşkoda təkcə cərrahla narkoz həkiminin qiyməti 700 azn olduğu bildirilir. Qeyd edək ki, bu qiymətə tibb bacılarının və digər personalın “çayvoyu” daxil deyil. Eyni vəziyyət bütün sahələrdə hökm sürür. Xadimədən tutmuş həkiminə qədər hər kəs xəstəyə potensial qazanc mənbəyi kimi baxır.
Əvəzində isə baş həkim Ədalət Dadaşov KİV-lərə xəstələrə pulsuz tibbi xidmət göstərildiyini bildirir. Bu xoşbəxt xəstələrin kimlər olduğu isə kimsəyə məlum deyil. Çünki, burada “pulsuz” sözünün özünü belə pulsuz demirlər. \\editor.az\\
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...