Hüseyn Bağırov hesabat verdi
Sosial
Oxunub: 714
6 fev 2018 | 22:13
Hüseyn Bağırov hesabat verdi













Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə cari ilin 29 yanvar tarixində keçirilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda ölkə Başçısı tərəfindən verilmiş tapşırıqlara uyğun olaraq müəyyənləşdirilmiş istiqamətlər üzrə konkret vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar 06 fevral 2018-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində geniş müşavirə keçirilib.
ETSN-nin mətbuat xidmətindən "Ölkə.Az"a verilən xəbərə görə, müşavirədə nazir Hüseyn Bağırov giriş sözü ilə çıxış edərək bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən təməli qoyulmuş və onun zəngin irsinin layiqli davamçısı olan ölkə başçısı cənab İlham Əliyevin uğurla həyata keçirdiyi genişmiqyaslı tədbirlər, uzunmüddətli dövr üçün düşünülmüş iqtisadi siyasət nəticəsində ölkədə makroiqtisadi sabitliyə və dinamik, davamlı iqtisadi inkişafa nail olunub.

Nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə cari ilin 29 yanvar tarixində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda ölkə Başçısı tərəfindən iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi, kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, ixrac potensialının gücləndirilməsi, idxaldan asılılığın azaldılması məqsədi ilə həyata keçirilən tədbirlərin davam etdirilməsi və səmərəliliyinin artırılması barədə müvafiq tapşırıq və tövsiyələr verdiyini qeyd edib. Bununla əlaqədar cənab Prezidentin tövsiyələrinə uyğun olaraq Nazirlik tərəfindən həyata keçirilmiş işlər barədə məlumat verib. O, Dövlət Proqramı çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aidiyyəti üzrə nəzərdə tutulmuş tədbirlərin icrası istiqamətində müvafiq işlər, o cümlədən aqromeşələrin salınması, əhalinin ekoloji cəhətdən təmiz içməli su ilə təminatı, hidrometeoroloji müşahidə və milli monitorinq sistemlərinin modernləşdirilməsi, dəniz suyunun duzsuzlaşdırılması, xüsusi mühafizə olunan təbiət ərazilərinin miqyasının genişləndirilməsi, yerin təkində təbii sərvətlərin axtarışı, kəşfiyyatı və s. sahələrdə müvafiq tədbirlərin görüldüyünü xüsusilə qeyd edib.
Daha sonra tədbirdə çıxış edənlərin görülmüş işlər barədə hesabatları dinlənilib.

Müşavirədə, həmçinin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda ölkə Başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müvafiq tədbirlərin görülməsi üçün atılacaq konkret addımlar təhlil olunub, proqramda aidiyyəti üzrə nəzərdə tutulmuş bütün tədbirlərin həyata keçirilməsinin tam şəkildə keyfiyyətlə və vaxtında başa çatdırılması üçün zəruri işlərin görülməsi barədə müvafiq göstərişlər verilib.

Tədbirin sonunda ölkə Başçısının “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında verdiyi tapşırıqların icrası ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin görəcəyi işlər müzakirə olunaraq istiqamətlər müəyyənləşdirilib.
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu