Məşhur klinikaların arxasından nazirlə generalın qudası çıxdı – İddialar
Sosial
Oxunub: 636
7 fev 2018 | 00:49
Məşhur klinikaların arxasından nazirlə generalın qudası çıxdı – İddialar














İki xəstənin əməliyyat zamanı öldüyü və adı MTN çetesinə qarışmış iki klinika barəsində yeni məlumatlar əldə etmişik.

İsmaric.az – a verilən məlumatda “Grand hospital” və “Avrasiya” klinikalarının arxasındakı əsas gücün kimliyi açıqlanıb.

Bu tibb ocaqlarının MTN-in Kadrlar Baş İdarəsinin rəis müavini, polkovnik Tehran Babatov olduğu söylənirdi.

[img=left]https://i0.wp.com/azeuronews.com/wp-content/uploads/2017/12/grand-hospital.jpg?w=1024[/img]

MTN şefi Eldar Mahmudovun “kassiri” kimi adı çıxan T.Babatovun yaxını olan baş həkim Asiman Həsənov sözügedən klinikalara nəzarət edir.

Tədris Cərrahiyyə Klinikasının baş həkimi vəzifəsindən azad edilərək bu klinikalara rəhbər olan Asiman Həsənovun adı mediada MTN çetesi ilə hallanırdı.

Yayılan xəbərlərdə deyilirdi ki, sertifikatlaşdırmadan keçə bilməyən savadsız həkimləri müxtəlif klinikalara yerləşdirməklə, savadlı və dürüst həkimləri sıxışdıran Asiman Həsənov əcnəbi həkimləri də Tehran Babatovun vasitəsi ilə Miqrasiya Xidmətinin caynağına keçirərək, tələyə salmağı və onları qul kimi işlədərək babat pul qazanmağın mexanizmini elə qurubmuş ki, çərçivədən çıxan istənilən şəxs MTN-in polkovniki tərəfindən cəzalanırılırmış.

Avrasiya klinikası

Hazırda bir çox klinikalar, o cümlədən Grand Hospital, Medical Plaza, Azərtürk Med Hospital və Laçın Klinikası bir başa Asiman Həsənovun nəzarətindədir.

Lakin bu klinikaların arxasından yeni bir ad çıxıb. İsmaric.az –a verilən məlumatda “Grand hospital” və “Avrasiya” klinikalarının əsas sahibinin Qulu Quliyev olduğu iddia edilir.

Məlumatlı şəxsin iddialarına görə, Q.Quliyev vaxtilə Xaçmaz “MERO” rəisi işləyib. Q.Quliyev indi klinikalara nəzarət edir.

Qulu QuliyevQulu Quliyev
Belə iddialar var ki, “Grand hospital” və “Avrasiya” klinikalarının sahibi Q.Quliyev “MERO” rəisi postuna yüksəlməsi heç də səbəbsiz olmayıb.

Çünki Q.Quliyev Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun qudasıdır. Məlumatda bildirilir ki, Q.Quliyev ədliyyə naziri Fikrət Məmmədovla da qohumdur.

Belə bir imkanlara və əlaqələrə malik olan Q.Quliyevin klinikaları yüksək səviyyədə qorunur.

Ancaq efirdə tez-tez reklam olunan “Grand Hospital” həkimlərinin əlində ölən xəstələrin xəbəri pasientlərin klinikaya inamını sarsıdıb.

dekabrın 19-da ürəyindən əməliyyat olunan 1962-ci il təvəllüdlü Nurağa Qasımovun ölümü barədə istintaq gedir.

Onu əməliyyat edən həkimin fəaliyyəti istintaq müddətində qadağan olunub. Onun əməliyyatdan sonra öldüyü bildirilib.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

Cəmi 14 gün əvvəl də “Grand Hospital” klinikasında ölüm hadisəsi baş vermişdi.

Gözündən əməliyyat olunan 20 yaşlı Ayşən Mirzəyeva “Grand Hospital” klinikasının həkiminin səhlənkarlığı və qeyri-peşəkarlığı ucbatından əməliyyat zamanı komaya düşmüşdü.

Beş gün komada qaldıqdan sonra isə dünyasını dəyişmişdi. “Avrasiya” klinikasında isə qiymətlərin fantastik olması xəstələri az qala komaya salır.

Azərbaycanda isə klinikaların sahiblərinin məmurlara məxsus olması yenilik deyil. Çünki şadlıq evlərindən tutmuş xəstəxanalara, “moyka”lardan adi qəzet köşklərinə qədər arxasından bir məmur barmağı çıxır.
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...