"Ancaq başın çox ağrılar çəkəcək" - AYB-nin adı QALMAQALDA
Sosial
Oxunub: 519
7 fev 2018 | 10:26
"Ancaq başın çox ağrılar çəkəcək" - AYB-nin adı QALMAQALDA















Şair-dramaturq Ramiq Muxtar Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb. Onun bu müraciətinə səbəb 38 ildir üzvü olduğu Azərbaycan Yazıçılar Birliyinin (AYB) şair və yazıçılar üçün mənzil bölgüsü zamanı üzləşdiyi haqsızlıqdır.

R. Muxtarın Reyting.az saytına göndərdiyi müraciətini təqdim edirik:

Hörmətli Mehriban xanım!

Mən, şair-dramaturq Ramiq Muxtar yəqin ki, Sizin yadınızda qalmışam. On il bundan qabaq mən ağır xəstəlikdən əziyyət çəkəndə şəxsən Sizin göndərişinizlə xaricdə əməliyyat olundum. Buna görə bütün ailəmiz Sizə və ailənizə həmişə dualar oxuyuruq.

Hörmətli Mehriban xanım!

Mən 38 ildir ki, Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm. Heydər Əliyevin ağır günlərində iki dəfə Naxçıvana görüşünə getmişəm. Bakıdan nazir İsgəndər Həmidov tərəfindən onun üstünə qoşun göndəriləndə, mən, Bakıda yaradılan YAP-ın əsas təbliğatçılarından biri olmuşam. Mənim partiya biletimin tarixi belədir: 11 mart 1993-cü il.

Bunu yazmaqda məqsədim odur ki, mən Heydər Əliyev hakimiyyətə gələndən sonra bəzi adamlar kimi partiyaya daxil olmamışam.

Hörmətli Mehriban xanım!

Mən ailə üzvlərimlə birlikdə cəmi 29 kv. m. iki kiçik otaqlı mənzildə yaşayıram. 1997-ci ildən Yazıçılar Birliyində yazıçı Anarın təsdiqi ilə Səbail Rayon İcra Hakimiyyətində mənzil növbəsində dayanmışam. Yazıçılar Birliyinə ayrılmış 9 mənzilin bölgüsündə yazıçı olmayan, əmək kitabçasında uzun illər turistlərlə işləyən Rauf Aslanov adlı bir fırıldaqçı mənzil komissiyasına sədr təyin olunmuşdur. O isə daha çox qazanmaq məqsədilə Səbail rayon icra hakimiyyətinin sabiq başçısı Sahib Ələkbərovla yazıçı Anarın təsdiq etdikləri siyahını kənara atıb, özündən saxta bir siyahı düzəldərək həmin mənzilləri 100 min manat dəyərində satmaqla 36 adam arasında bölünməyinə fitva vermişdir. Halbuki həmin 36 adamın cəmi 10 nəfərinin qanuni siyahıda adları vardı. Qalanları isə mənzil növbəsində dayanmayıblar və buna ehtiyacları da yoxdur.

Həmin iclasda mənə çatacaq mənzil əvəzində 25 min manat təklifinə rədd cavabı verib iclasdan çıxdım və bu hadisə barədə BaşProkurorluğa yazdım. Baş Prokurorluq isə mənim məktubumu Səbail Rayon Prokurorluğuna göndərdi. Həmin prokurorluğun müstəntiqi Əhməd Məmmədov heç bir araşdırma aparmadan yazıb bildirdi ki, bu bölgüdə heç bir cinayət əməli yoxdur. Halbuki, müstəntiq ilk növbədə Səbail Rayon İcra Hakimiyyətində təsdiq olunmuş mənzil növbəsində duranların siyahısını tələb etməli və kimlərə 25 min manat pul verilmişdisə onların mənzil şəraitinin arayışlarını toplamalı idi. Ona görə Səbail rayonunun sabiq prokuroru Şirxan Adıgözəlov mənə dedi ki, Ramiq müəllim, mən gedib Anardan izahat alan deyiləm. Qaralovdan xahiş et, işi Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərsin. Onlar bu məsələni araşdırsınlar.

İndi müstəntiq Əhməd Məmmədovdan başlanan cinayət məhkəmələr tərəfindən öz qanuni həllini tapmır. Hakimlər prokurorluğun saxta arayışı ilə öz hökmlərin çıxara bilmirlər. Təkcə Nərimanov rayon hakimi Turqay müəllim mənə dedi ki, şair, əvvəl-axır sən qanuni mənzilini alacaqsan, ancaq başın çox ağrılar çəkəcək.

Hörmətli Mehriban xanım!

Bu məsələ iləəlaqədar mənim "Reytinq" qəzetində "Saxtakarlıqdan əl çəkin" başlıqlı məqaləm dərc olundu. Çünki Yazıçılar Birliyindən məhkəməyə göndərilən saxta sənəddə nə Anarın imzası var, nə də Səbail rayonunun icra başçısı Sahib Ələkbərovun. O qədər tələm-tələsik yazılıb ki, heç günün, ayın tarixini də yazmayıblar. Hakimlər isə susur və məni 1000 manat cərmələyir ki, niyə Rauf Aslanova saxtakar demisən. İndi mən Sizə həm qanuni, həm də saxta siyahı sənədini göndərirəm. Özünüz baxın, görün, iki zabit veteran atası haqlıdır, ya Rauf Aslanov adlı yazıçı olmayan işbaz?

Hörmətli Mehriban xanım!

Sizə and verirəm doğulduğunuz seyid ocağına, haqq-ədaləti bərpa edin.

Mənə bəzi qüvvələr "Komsomolskaya Pravda" qəzetində Prezident İlham Əliyevə açıq məktub göndərməyi məsləhət görürdülər. Lakin mən ölkəmizin adına ləkə gəlməsin deyə o yolu tutmadım. Çünki mən Prezidentimizi də, xalqımızı da çox sevirəm. Və mən Əkrəm Əylisli deyiləm ki, öz şəxsi ambisiyamın xatirinə ölkəmi və xalqımı biabır edim.
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE