Abutalıbovun oğlu adını dəyişib və 20 milyon dollara hotel alıb
Sosial
Oxunub: 437
9 fev 2018 | 09:17
Abutalıbovun oğlu adını dəyişib və 20 milyon dollara hotel alıb














“İsrafil Abutalıbov Bakıda bir vaxtlar öz bədxərcliyi, tez-tez dəbdəbəli məclislər qurması ilə ad çıxarmışdı, sonra isə...”

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbov (yeni adı Abu Bəkr - gununsesi.info) İstanbulun Sultanahmet məhəlləsində dəyəri 20 milyon dollara olan hotel alıb. Sayt yazır ki, Türkiyədə vətəndaşlıq statusu alaraq, adını da Abu Bəkr kimi yazdıran Bakı merinin oğlu aldığı hotelin yenilənməsi üçün daha bir neçə milyon xərcləyib.

“Ajwa” adı ilə fəaliyyət göstərən hoteldə Azərbaycan mətbəxini təklif edən ayrıca restoran da fəaliyyət göstərir. Sayt Abutalıbovun Türkiyədə biznesini genişləndirməsi ilə bağlı daha maraqlı məlumatlar üzə çıxıb. Belə ki, turizmgazatesi.com-un yazdığına görə, Abu Bəkr Abutalıbov “Ajwa” markası ilə ikinci hotelini də Kapadokyada açacaq.

İsrafil Abutalıbov adı illərdir ki, mətbuatın gündəmindən düşmür. 2006-cı ildə qəzetlər İsrafil Abutalıbovun öz bahalı avtomobilində İstiqlaliyyət küçəsindəki elit dükanların birinə girərək qəzəbli halda oradan biri 2 min dollar olan qadın paltarı aldığını, həmin paltarla maşınının şüşələrini və təkərlərini silib nümayişkaranə şəkildə cırdığını və zibil qutusuna atdığını yazırdı. Səbəb də o imiş ki, İsrafil bəyin rəfiqəsi o dükandan həmin paltarı almaq istəyib. Amma satıcılar ona paltarı əyninə geyib yoxlamağa icazə verməyib.

Qız bundan qəzəblənərək İsrafil bəyə məlumat verib. Sonrası məlumdur... Bu xəbər yaddan çıxmamış İsrafil Abutalıbovun İngiltərəyə köçməsi xəbəri gəlmişdi. Sabiq rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun qızı ilə boşanandan sonra İsrafil Abutalıbov uzun müddət Londonda yaşamışdı. Bakıya illər sonra tamam başqa qiyafədə və düşüncədə qayıdan Hacıbala Abutalıbovun oğlu atasının belə işdən çıxmasına təkid etməsi xəbərləri yayılmışdı. Belə xəbərlər vardı ki, İsrafil Abutalıbov vəhhabilər kimi uzun saqqal saxlayır, onlar kimi şalvarının balağını gödəldib. Valideynləri bundan təəccüblənsə və gözləmədikləri belə yeniliyə etiraz etsə də, o, heç kimə və heç nəyə məhəl qoymadan düşüncəsindən dönməmişdi.

Abutalıbovun oğlu adını dəyişib və 20 milyon dollara hotel alıb


Evə qapılaraq gündə 5 rükət namazını qılır, vaxtını yalnız dini ədəbiyyat oxumaqla keçirirdi. Əvvəlki pompeyvari həyat tərzini dəyişən gənc Abutalıbov evdə valideynləri ilə tez-tez uzun-uzadı söhbət və mübahisələr edir, onu başa düşmələrini istəyir, yaxınlarının da “Allah yoluna gəlməsini” tələb edirdi. İsrafil Abutalıbovun Bakıda yəhudi əsilli iş adamı Qurban Mahmudova təzyiqlər göstərməsi də yaddaşlardan silinməyib. Yasamal rayonu, Nazim Hikmət 25 ünvanında yerləşən iki otaqlı obyekti İsrafil Abutalıbovun adamı Bəxtiyar Məmmədov 2009-cu ildə “SPEKTR” Kiçik Müəssisəsindən müqavilə əsasında icarəyə vermişdi. Orada lombard fəaliyyəti ilə məşğul olan yəhudi iş adamı günlərin birində İsrafil Abutalıbovun ultimatumu ilə üzləşmişdi. Oğul Abutalıbov iş adamından təcili şəkildə ofisdən çıxmasını tələb edirdi, onun fəaliyyətinin dinə zidd olduğunu bildirirdi. İş adamı isə əlində müqavilə olduğunu və müqavilə müddəti bitməyincə ofisdən çıxmayacağını deyirdi. Sual edirdi ki, əgər onun fəaliyyəti dinə ziddirsə, icarəyə verilən əmlakın hansı pullar hesabına alındığı da açıqlansın. Bilinsin ki, İsrafil Abutalıbov hansı hesabdan, hansı biznesdən gələn gəlirlə həmin əmlakları aldığını açıqlasın.

Abutalıbovun oğlu adını dəyişib və 20 milyon dollara hotel alıb


Yada salaq ki, İsrafil Abutalıbovun yeganə iş yeri haqda məlumat var. O, 2008-ci ilə qədər Konstitusiya Məhkəməsi sədrinin köməkçisi vəzifəsini tutub. Adı mətbuatda qalmaqallı olayların baş qəhrəmanı kimi keçəndən sonra vəzifəsindən uzaqlaşdırılmışdı.

İsrafil Abutalıbov Bakıda bir vaxtlar öz “səxavəti”, bədxərcliyi, tez-tez dəbdəbəli məclislər qurması ilə ad çıxarmışdı. BŞİH başçısının ərköyün balasının bahalı maşınlar həvəskarı olduğu da deyilirdi. Qadınların əhatəsində aktiv gecə həyatı yaşamağı ilə “məşhurlaşan” bu gənc məmur övladı üçün heç bir hədd-sədd yox idi. Onun bir gecədə dəstə-dəstə pul xərcləməsi haqda da əfsanələr dolaşırdı. Yəhudi əsilli iş adamının İsrafil Abutalıbovun Bakıda əmlakları hansı hesabdan alması sualı bu gün də aktuallığını saxlayır. Eyni sual Türkiyədəki əmlaklarla bağlı da keçərlidir.
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO