ASİF ƏSGƏROVUN PİLOT LAYİHƏLƏR BAZARINDAN NARAZI VƏTƏNDAŞLARIN SAYI ARTIR-ÖZƏL
Sosial
Oxunub: 528
9 fev 2018 | 13:37
ASİF ƏSGƏROVUN PİLOT LAYİHƏLƏR BAZARINDAN NARAZI VƏTƏNDAŞLARIN SAYI ARTIR-ÖZƏL













Paytaxtın Nəsimi rayon İcra Hakimiyyəti başçısının «pilot layihələr bazarı» haqda Deryaz.az saytında təqdim olunan yazı geniş oxucu marağına səbəb olub. Həmin bazarın iştirakçıları olan, fəaliyyətləri rayon sakinlərini narazı salan bəzi firmaların adlarının çəkildiyi məqalə belə bir qənaətlə yekunlaşırdı ki, cənab başçının məqsədi heç də rayonu abadlaşdırmaq deyil,vətəndaşları narazı salmaq, tikinti şirkətlərinə pilot layihələr satmaqdır. Bu qənaətin doğruluğunun göstəricisidir ki, redaksiyamıza həmin müstəvidə baş alıb getməkdə olan neqativ hallar barədə yeni-yeni məlumatlar daxil olmaqdadır.Vətəndaş Orucova Sevinc Mirxan qızı Deryaz.az-ın redaksiyasına müraciət edərək Nəsimi rayonunun Səməd Vurğun küçəsi 941-ci məhəllədə pilot layihə icra edən «Teymuroğlu» Mənzil Tikinti Kooperaivindən (MTK) şikayətlənmişdir.Şikayətçinin verdiyi məlumata görə »Teymuroğlu» Mənzil Tikinti Kooperaivinə dörd nəfər şərikdir.Onlardan biri Akif Əsgərov 2016-çı ilə kimi Sumqayıt Telekominikasiyanın rəisi vəzifəsndə çalışıb,tikinti sahəsindən xəbərsizdir.2-ci şərik Elşad 2008-ci ildən Nəsimi rayon ərazisində tikdiyi bina hələ də yarımçıq olaraq qalır,vətəndaşlar mənzilinə köçə bilmirlər.3-ci şərik Münasib,4-ci şərikin adı isı Yusif adlı şəxsdir. Qeyd olunan ünvanda Sevinc Orucovanın etibarnamə ilə adından çıxış elədiyi anası Zivər Dədəkişi qızı Orucovanın hələ 1954-cü ildən qalma 101,7 m2 qeyri-yaşayış sahəsi olub. Bildirir ki, onun və digər qonşu sakinlərin müraciəti əsasında Nəsimi rayon məhkəməsi 26.01.2018-ci il tarixdə adı çəkilən MTK-nın söküntü işlərini dayandırması barədə qərar qəbul etmişdir. Lakin qərara məhəl qoymayan MTK məhkəmə icraçılarının gözü qarşısında binanı uçurmaqdadır. Sevinc xanım yazır ki, obyektin sökülməsinə etirazını bildirmək istərkən firmanın hüquqşünası Elnur adlı şəxsin kobud hərəkətlərinə məruz qalmış və xəsarət almışdır. Xəsarətin aşkar izləri tibbi-ekspertizanın rəyi ilə də təsdiqlənmişdir və Sevinc xanım aldığı xəsarətdən bu günə kimi müalicə alır.S.Orucova bildirir ki, onlara məxsus, söküntüyə məruz qalan obyektin 9 metr eni və üç tərəfə çıxış qapısı olub ki, bu da həmin obyektin iqtisadi baxımdan əsas cəlbedici cəhəti idi. Lakin MTK bunun qarşılığında onlara tikiləcək binada, fəaliyyət perspektivi aşağı olan 4 metr enində azsahəli(62m2), bir girişli qeyri-yaşayış sahəsi təklif edir ki,ya bununla razılaşmalısan ya da obyektsiz qalacaqsan deyirlər,bununla da heç cür razılaşa bilməzlər. Bu da müvafiq qanunvericiliyin tələblərinin pozulmasıdır.S.Orucova MTK-nın minimum məsrəflə sakinlərin köçməsinə nail olmaq, onları şərtləri firmaya sərf eləyən müqaviləyə qol çəkdirmək üçün hər cür təzyiq metodlarına əl atdığını qeyd edir ki, bu da yolverilməzdir….Amma yol verilir.Vətəndaşları incidən,tikinti sahəsində təcrübəsi olmayan,nizamnamə kapitalı 10 AZN olmayan,heç bir qanuna məhəl qoymayan və göbələk kimi çoxalan belə MTK-lara vətəndaşların talehini həll etməyi Asif Əsgərov görəsən nə məqsədlə tapşırır? Tikinti şirkətlərinin vətəndaşların başına gətirdikləri müsibətlərə məhz RİH başçısı tərəfindən göz yumulması heç cürə başa düşülən deyil. Mövzuya qayıdacağıq.
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı