12-02-2018, 11:29 Oxunub: 169

Orta məktəblərdə yeni dələduzluq üsulu - Nazirlik hara baxır?

Orta məktəblərdə yeni dələduzluq üsulu - Nazirlik hara baxır?















"Məktəblərdə test keçirmək adı ilə pul yığılır"

Bunu "Milli Mədəniyyətin Təbliği” İctimai Birliyinin sədri, ictimai xadim Jalə Cəfərova facebook səhifəsində məlumat verib.

J.Cəfərova valideynlərdən pul yığılmasında Təhsil Nazirliyini suçlayır: "Hamımız bilirik ki, Təhsil Nazirliyinin icazəsi olmadan məktəbə daxil olub, bir müəllimə, bir şagirdə yaxınlaşıb sual ünvanlaya bilməzsən. O ki qala hansısa təşkilat gəlib, icazəsiz tədbir keçirə. Müəyyən səbəblərdən məktəblərin ünvanını deyə bilməsəm də altı məktəbdə "TTM” deyilən bir özəl şirkətin özbaşnalığından hiddətə gəlməmək mümkün deyil. Rusdili bölmənin 4-cü siniflərində test keçirilir".

"Deyəcəksiniz nə olsun? O olsun ki, məktəb direktorları da təkidlə valideynlərdən tələb edirlər. Bəli, tələb edirlər ki, uşaqlarınızı test imtahanına gətirməyə də bilərsiniz, ancaq qeydiyyatdan keçirib beş manatı ödəməlisiniz, yoxsa, uşaq dərsə buraxılmayacaq”, - deyə J. Cəfərova bildirir.

Təhsil Nazirliyindən isə bu iddialara cavab verilməyib.///xeber.info
Dövlət qulluğunda işləmək istəyənlərin nəzərinə — Test imtahanının vaxtı açıqlandı Dövlət qulluğunda işləmək istəyənlərin nəzərinə — Test imtahanının vaxtı açıqlandı Sosial Azərbaycanda ali məktəbə qəbulda test imtahanı ləğv edilir - Məleykə Abbaszadə AÇIQLADI Azərbaycanda ali məktəbə qəbulda test imtahanı ləğv edilir - Məleykə Abbaszadə AÇIQLADI Sosial TƏCİLİ!!! 10 min vakant yeri boşdur - Nazirlik işçi axtarır TƏCİLİ!!! 10 min vakant yeri boşdur - Nazirlik işçi axtarır Sosial Valideynlər Təhsil Nazirliyinə etiraz edirlər Valideynlər Təhsil Nazirliyinə etiraz edirlər Sosial Təhsil Nazirliyi gündəliklərlə bağlı açıqlama verdi Təhsil Nazirliyi gündəliklərlə bağlı açıqlama verdi Sosial