AMEA Polimer Materialları İnstitutu tərəfindən AÇIQLAMA
Sosial
Oxunub: 670
12 fev 2018 | 13:54
AMEA Polimer Materialları İnstitutu tərəfindən     AÇIQLAMA














AMEA Polimer Materialları İnstitutunun Kadrlar şöbəsinin keçmiş rəisi Ağayev Əlibala Eldar oğlu müxtəlif kütləvi informasiya vasitələrində institutun və AMEA-nın rəhbərliyinə qarşı heç bir əsası olmayan, böhtan xarakterli, həqiqəti əks etdirməyən, tamamilə yalan məlumatlar yaymışdır.

Əvvəla onu qeyd edək ki, 2014-cü ildə müvafiq sahədə ixtisası olmadığı halda, əvvəlki rəhbərlik , onun məcburi köçkünlüyünü və dörd övlad atası olmasını nəzərə alaraq, Əlibala Ağayevi işə qəbul etmişdir. Əlibala Ağayev dələduzluğa görə cinayət məsuliyyətinə cəlb olunmasını və məhkumluq həyatı keçirməsini işə qəbul olunan zaman kadrlar uçotunun şəxsi qeydiyyat vərəqəsində və tərcümeyi-halında göstərməmişdir.

Aidiyyatı qurumların araşdırmasından sonra məlum olmuşdur ki, o, əvvəllər bir neçə dəfə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Ağayev Əlibala işlədiyi müddətdə də “dələduzluq” fəaliy­yətindən əl çəkməmiş, vətəndaşları aldadaraq “borc” pul almış, borcu ödəməkdən imtina etmiş və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-57saylı, 16.12.2015-ci il icra sənədi ilə həmin borcun onun əmək haqqından tutulması qət olunmuşdur. Laçın Rayon Məhkəməsi Ağayev Əlibala Eldar oğlu haqqında yaranmış məhkəmə zərurəti ilə əlaqədar məlumat (17.10.2016 tarixli 1/96 saylı müraciət məktubu) istəmişdir. Bundan əlavə, vətəndaşların belə səpgidə qeydiyyata alınmayan çoxsaylı şifahi müraciətləri olmuşdur. Əlibala Ağayev Polimer Materialları İnstitutunda işləyən zaman qulluq mövqeyindən sui-istifadə etmişdir. O, işə yeni qəbul olunan, əmək müqavilələri uzadılan şəxslərdən müəyyən təmənna gözləmiş və qeyri qanuni sənədləşmə aparmışdır. O, institutun işçilərinə, o cümlədən qadın əməkdaşlara qarşı münasibətdə etik davranış qaydalarına riayət etməmişdir. Bu hallar həm Sumqayıt şəhərində, həm də institut daxilində sosial narazılığın yaranmasına səbəb olmuşdur. İşlərində yol verdiyi ciddi nöqsanlara görə Ağayev Əlibala Eldar oğluna PMİ-nin Elmi Şurası tərəfindən xəbərdarlıq edilmiş (30.03.2017 tarixli iclasın qərarı ilə) və AMEA prezidentinin sərəncamı ilə (№191, 07.04.2017) töhmət verilmişdir.

Bütün bu qeyd edilənlər nəzərə alınaraq, Ağayev Əlibala Eldar oğlu ilə bağlanmış əmək müqaviləsinə, müqavilənin müddətinin qurtarması ilə əlaqədar 30 iyun 2017-ci il tarixindən xitam verilmişdir, yəni o, qanuni əsaslarla işdən azad edilmişdir. Lakin Əlibala Ağayev iddia edir ki, işdən çıxarılmasına dair tapşırıq AMEA İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayevdən alınıb. Bildirirəm ki, Əlibala Ağayevin işdən çıxarılması ilə bağlı Fətəli müəllimdən heç bir “tapşırıq” gəlməmişdir. İddiasının Ali Məhkəmədə baxılmasına qərar verildiyinə baxmayaraq, Ağayev Əlibala Eldar oğlu AMEA-nın və Polimer Materialları İnstitutunun rəhbər işçiləri barədə əsassız ittihamları internetdə müxtəlif saytlarda yerləşdirmiş, dövrü mətbuatda “ictimailəşdirmiş” və bu yönümdə Polimer Materialları İnstitutunun direktoruna “xəbərdarlıq” və müəyyən mənada “hədə” məktubu ilə müraciət etmişdir.

Bundan başqa, Əlibala Ağayev Polimer Materialları İnstitutunun təmiri üçün üç milyon manat ayrıldığına və vəsaitin təyinatı üzrə xərclənmədiyinə dair yalan məlumat yayıb. Bu da onun ictimai rəyi çaşdırmağa yönəlmiş növbəti cəhdindən başqa bir şey deyil. Beləki, 2013-cü ildən, yəni Fətəli Abdullayevin AMEA-da çalışdığı müddətdə instituta əsaslı təmir üçün heç bir vəsait ayrılmamışdır.

“Sumqayıt” Mənzil Tikinti Kooperativindən mənzil alınması məsələsinə gəldikdə isə onu ictimaiyyətin nəzərinə çatdırırıq ki, AMEA İşlər İdarəsinin müdiri Fətəli Abdullayev və AMEA Polimer Materialları İnstitutunun rəhbərliyi, AMEA-nın və Polimer Materialları İnstitunun mənafeyinə ziyan gətirə biləcək qanun pozuntusuna yol verməmişdir.

AMEA Polimer Materialları İnstitutu 52-ci ildir ki, fəaliyyət göstərən nüfuzlu dövlət elmi-tədqiqat müəssisəsidir. İnstitutda 89 elmi işçi, o cümlədən 12 elmlər doktoru, 40 kimya üzrə fəlsəfə doktoru və AMEA-nın 5 müxbir üzvü çalışır. Polimer Materialları İnstitutunun nüfuzuna xələl gətirilməsinə, institut alimlərinin, eləcə də AMEA-nın rəhbər işçilərinin ünvanına yalan və böhtan xarakterli əsassız ittihamlar irəli sürülməsinə yol verilə bilməz. Bununla əlaqədar olaraq, yaxın zamanlarda Əlibala Ağayev haqqında lazımi ölçü götürülməsi üçün müvafiq səlahiyyətli qurumlara müraciət ediləcəkdir.


Polimer Materialları İnstitutunun direktoru,

AMEA-nın müxbir üzvü, k.ü.e.d., professor Bəxtiyar Məmmədov
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA