14-02-2018, 13:25 Oxunub: 1 192

"94 və 92" saylı uşaq bağçalarında şıdırğı pul yığımı - Özbaşınalıq

"94 və 92" saylı uşaq bağçalarında şıdırğı pul yığımı - Özbaşınalıq













"94 və 92" saylı uşaq bağçalarının müdirləri dövlət müəssisəsini şəxsi əmlakı kimi idarə edir. Bildiyiniz kimi, ölkə rəhbərliyi məktəbəqədər təhsil müəssisələrinə, uşaqların düzgün təlim-tərbiyə almasına böyük diqqət və qayğı göstərir.

Məhz bunun nəticəsidir ki, son illər ərzində Bakıda və rayonlarda onlarla uşaq bağçası əsaslı şəkildə təmir edilərək vətəndaşların istifadəsinə verilib. Həyata keçirilən bütün tədbirlərə baxmayaraq, bəzi uşaq bağçalarında neqativ hallar səngimək bilmir. Uşaq bağçaları Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verildikdən sonra problemlər daha da artıb. Redaksiyamıza daxil olan məlumatlara görə, Sabunçu rayonu, "94 və 92" saylı körpələr evi-uşaq bağçasında dəhşətli qanun pozuntuları mövcuddur. Məlumatı verən şəxs bildirir ki, bağçanın müdirləri dövlət büdcəsindən maliyyələşən müəssisəni şəxsi əmlakı kimi idarə edir: «Bu uşaq bağçasında şıdırğı pul yığımı gedir. Belə ki, bu bağçaların qapılarına yazılıb ki, qeyqiyyat yoxdur. Amma hər uşağa görə, valideyinlərdən 250-300 manat, ayda isə 20 manat pul alınır. Bundan başqa, müxtəlif bayram tədbirləri ilə əlaqədar olaraq da uşaqlardan pul yığılır. Məsələn, qarşıdan Novruz bayramı gəlir. Bu məqsədlə bağça müdirləri hər uşaqdan 50 manat yığılması barədə işçilərinə tapşırıq veriblər. Bu müdirlər üçün valideynlərin pulunun olub-olmaması maraqlı deyil. Hamı bir nəfər kimi müdirin istəklərini yerinə yetirməlidir». İddialara əsasən, bu bağça müdirləri dövlətin uşaqlar üçün ayırdığı ərzaq məhsullarına da göz dikir. Bu haqda növbəti yazımızda ətraflı məlumat verəcəyik. Bizi izləyin. Ümid edirik ki, BŞİH rəhbərliyi yazılanları araşdırıb bağça müdirinin barəsində tədbir görəcək. Qarşı tərəfi də dinləyə bilərik.
Azərbaycanda uşaq bağçası yandı Azərbaycanda uşaq bağçası yandı Hadise Hökumət qərar verdi: Uşaq bağçalarına qəbul qaydası dəyişəcək Hökumət qərar verdi: Uşaq bağçalarına qəbul qaydası dəyişəcək Sosial Bakıda uşaq bağçası yandı Bakıda uşaq bağçası yandı Hadise Uşaq bağçasında qorxulu fakt Uşaq bağçasında qorxulu fakt Gundem 172 saylı uşaq bağçası rüşvətxorluq yuvasına çevrilib 172 saylı uşaq bağçası rüşvətxorluq yuvasına çevrilib Sosial