Azad Rəhimovun adamının “Buta Palace”da maxinasiyaları - İTTİHAM
Sosial
Oxunub: 546
15 fev 2018 | 12:09
Azad Rəhimovun adamının “Buta Palace”da maxinasiyaları - İTTİHAM















Bakı hava limanına gedən yolun üstündə yerləşən təmtəraqlı, bahalı “Buta Palace” barəsində iddialar heyrət doğurur.

AzEuroNews.com-un məlumatına görə, Fəxrin Əliyev adlı feysbuk istifadəçisinin (https://www.facebook.com/fahi.ayw) paylaşdığı informasiyalar qatı açılmamış gizlinlərə işıq salıb.

► Üç dostun oyunu və “günah keçisi”…

Onun sözlərinə görə, “Buta”nın əməkdaşlarından biri axır zamanlar şadlıq evindəki neqativ hadisələrin baş verməsindən danışıb.

“Bura Gənclər və İdman Nazirliyinin sifarişi ilə serblər tərəfindən inşa olunub. Bir vaxtlar mötəbər dövlət tədbirləri keçirilən bu yer indi şadlıq evinə çevrilib.

Bu sarayı üç dost – Mikayıl Zeynalov, xalası oğlu Həmid Məhəmmədyar və dostları Oqtay Məmmədov işlətmək qərarı verirlər.

Azad Rəhimovun adamının “Buta Palace”da maxinasiyaları - İTTİHAM

Elçin Zeynalov

Nazirlikdə ikinci adam sayılan, Azərbaycan Mili Avarçəkmə Federasiyasının prezidenti Elçin Zeynalov “Buta Palace”a nəzarəti Mikayıl Zeynalova həvale edir”.

Federasiya prezidenti E.Zeynalovun biznesmen olduğunu qeyd edən F.Əliyev bildirib ki, onun himayəsi ilə üç dost əvvəlcə “Buta Palace”ı nazirlərin və deputatların məkanına çevirməyə nail olurlar.

Belə aydın olur ki, onların maxinasiyalarının üstü açılır və oğurluq 6 ay çəkir. Belə ki, dövlət tədbirlərinin birində bu maxinasiyanın üstü açılır.

M.Zeynalov, H.Məmmədyar sonuncu şərik dostları olan O.Məmmədovu “günah keçisi” çıxararaq qurban verirlər.

► Mühafizəçinin intiharı və bilet “əməliyyatı”

F.Əliyev onu da öyrənib ki, bu günlərdə “Buta Palace”da mühafizəçilərdən biri özünün yandıraraq intihara cəhd etmək istəyib:

“Həmin mühafizəçi Rövşən Bayramovla görüşdüm. Deyir ki, rəhbərliyin diskoteka olan günlərdə pul alıb biletsiz içəri müştəri buraxmasının şahidi olub.

Ona görə də eyni işi özü də görüb. Maaşının azlığına görə bu addımı atmağa məcbur olub ki, qazansın. Çünki rəhbərlik də eyni cür edirmiş. Ancaq onu işdən çıxardılar.

Bundan əlavə, tədbir vaxtları öz adamlarına şərait yaradırlar. Onlar da qazandıqlarını müdiriyyətlə bölürlər.

Elçin Zeynalovun ümidlərini doğrultmayan dostların daha hansı işlərə əl atacağını bilmirik. Nəzərə almaq lazımdır ki, bu sarayda prezident və I vitse-prezidentin tədbirləri keçirilir”.

Qeyd edək ki, Elçin Zeynalov 1966-cı ildə Bakı şəhərində anadan olub. O, «İtaldizain Holdinq »in əsas səhmdarlarından biridir. 1996-cı ildən bugünə qədər “Italdizain” Şirkətlər Qrupunun baş direktoru vəzifəsini icra edir.

► Sarayın rəhbərini nazirə nə bağlayır?

Bu şirkət nazir A.Rəhimov tərəfindən açılıb. 1998-2006-cı il tarixinədək “İtaldizayn” Qapalı Tipli Səhmdar Cəmiyyətin baş direktoru vəzifəsində işləyən Azad Rəhimov bu müddətdə nazirlərin sifarişi ilə Azərbaycana mebel gətirib.

Araşdırmamıza elə nazirə məxsus “İtaldizayn” şirkətinə məxsus bir neçə mağazaya baş çəkməklə başladıq. Qeyd edək ki, bu qrupa əksəriyyəti şəhərin mərkəzində yerləşən 22 salon və butik daxildir: “İdea”, “Creative System”, iki “Villeroy & Boch” butik və salonu, “Bang & Olufsen”, “Ambiance”, dörd “Swarovski” butiki, “Royal Collection”, “Royal Collection – Watches & Accessories”, “Yves Delorme”, “Baccarat – Bernardaud”, “Museum”, “Chopard”, “Carpets Boutique”, “Lladro”, “Roberto Coin – de Grisogono”; iki “Eurodesign” və “Transeurocom” telekommunikasiya şirkəti; “İD Catering” keyterinq şirkəti və “Creacon” inşaat şirkəti.

Nazirə məxsus holdinq Avropa və Amerikanın 300-dən artıq şirkəti ilə birbaşa əməkdaşlıq edir. Bu isə o deməkdir ki, açıq rəqabət şəraitində “İtaldizayn Group”un təklif və xidmətləri bazarda ən yaxşılardandır.
Bu gün, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Bu gün, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Bu gün, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Bu gün, 12:09
Tarixi əməkdaşlıq
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Dünən, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Dünən, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Dünən, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Dünən, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Dünən, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”