Xırdalanda Baba Vəziroğlu ilə görüş keçirilib
Sosial
Oxunub: 1 257
17 fev 2018 | 16:46
Xırdalanda Baba Vəziroğlu ilə görüş keçirilib













Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə Abşeron rayonunda fevral ayının 16-da Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın , təhsil şöbəsinin nümayəndələrinin, Abşeron Yazıçılar Birliyi, Abşeron rayonunda fəaliyyət göstərən idarə və müəssisələrin əməkdaşları və məktəblilərin iştirakı ilə tanınmış nasir, şair, tərcüməçi, kinodramaturq, Abşeron Yazıçılar Birliyi, Əməkdar incəsənət xadimi, Baba Vəzir oğlu ilə görüş keçirildi.

Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində ümummilli liderin büstü önünə gül dəstələri qoyub, xatiarəsinə ehtiramlarını bildirdilər.

Dövlət Himninin səsləndirilməsi ilə başlan tədbiri açıq elan edən məktəbin direktoru Ədalət Camalova tədbir iştirakçıları və qonaqları salamladı.

Qeyd etdi ki, belə görüşlər ədəbi mühitin inkişafına, şagirdlərin şeirə, bədii ədəbiyyata marağının artırılmasına, mütaliə mədəniyyətinin yüksəlməsinə, dünyagörüşlərinin əhatəli olmasına və yazıçılarla oxucuların ünsiyyətinin daha da sıxlaşmasına xidmət edir. Ə.Camalova onu da qeyd etdi ki, Baba Vəziroğlu özünəməxsus yaradıcılıq üslubuna, dəst-xəttə malik bir qələm sahibidir. Oxucular onun əsərlərini həvəslə, maraqla oxuyurlar. Onun poeziyasında vətənə, xalqa, torpağa bağlılıq, sevgi – məhəbbət, saf, təmiz hisslər üstünlük təşkil edir. O, xüsusilə mahnı yaradıcılığı sahəsində səmərəli fəaliyyət göstərir.

Görüşün aparıcıları Pərvanə Nəzərova , Böyükxanım Bünyatova şairin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verdilər. Görüş boyu şairə maraqlı suallarla müraciət etdilər.

Görüşdə həmçinin məktəbin şagirdlərinin iştirakı ilə hazırlanmış, şairin həyat və yaradıcığından bəhs edən videoçarx nümayiş etdirildi.Azərbaycan Yazıçılar Birliyindən hazırlanan videoçarx da şairin və tamaşaçıların marağına səbəb oldu.

Məktəbin şagirdlərinin ifasında şairin “Taleyimdən keçən gün”, “Nəyi gözləyirsən”, “Kim bilir”, “Bu axşam”, “Hava”, “Gözüm səni axtaracaq”, “Dəniz”, “Xatirələr” şeirləri səsləndi.

Respublikanın tanınmış incəsənət ustalarının Rəşad İlyasov, Elariz Məmmədoğlu, Yusif Mustafayev, Zeynəb Dostəliyeva, Bilal Əliyev, Təranə Vəlizadə və Tanınmış xanəndə Zakir Əliyevin canlı ifasında şairin sözlərinə yazılmış mahnılar dinləyicilərin zövqünü oxşadı və sürəkli alqışlarla qarşılandı.

Oxucuları qarşısında bədii hesabat xarakterli çıxışı və söylədiyi yeni şeirləri ilə alqışlar qazanan Baba Vəziroğlu görüş iştirakçılarının sevimli şairə ünvanladığı çoxsaylı sualları da cavablandırdı.

Tədbirdə şairi bir daha ürəkdən salamlayan və yaradıcılığında yeni-yeni uğurlar arzulayan Abşeron rayon Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədova belə görüşlərin keçirilməsinin vacib olduğunu bildirərək tədbirin təşkililndə böyük əməyi olan məktəbin direktoru Ədalət Camalovaya təşəkkürünü bildirdi

Görüşdə Baba Vəziroğlu tədbirin bütün təşkilatçılarına, həmçinin Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovaya təşəkkürünü bildirərək, bir neçə şeirini tədbir iştirakçılarına ərməğan etdi.

Şairin kətan üzərində işlənmiş portretinin, görüşdən xatirə olaraq özünə hədiyyə edilməsini, Baba Vəziroğlu məmnunluğunu ifadə edərək, yüksək qiymətləndirdi.

Tədbirin sonunda Baba Vəziroğlunun sözlərinə bəstələnmiş “Məndən bir də olmayacaq” mahnısının sədaları altında, məktəbin şagirdləri ağ geyimdə zala daxil oldular. 20-dən artıq oğlan və qızlar səhnənin qarşısında və zal boyu vals nümayiş etdilər.
Xırdalanda Baba Vəziroğlu ilə görüş keçirilib
Xırdalanda Baba Vəziroğlu ilə görüş keçirilib
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO